Deportasiya edilənlər Tbilisiyə xüsusi aviareyslə gəliblər" />

Almaniya Gürcüstanın 50 vətəndaşını ərazisindən çıxarıb

Deportasiya edilənlər Tbilisiyə xüsusi aviareyslə gəliblər

Almaniya Gürcüstanın 50 vətəndaşını vizasız rejimi pozduğuna görə, ölkə ərazisindən çıxarıb, “Interpressnews” agentliyi xəbər verir. Aralarında uşaqların da olduğu deportasiya edilən şəxslər Tbilisiyə xüsusi reyslə gəliblər. Onlardan bəzilərinin sözlərinə görə, onların deportasiyası haqda qərar məhkəmə tərəfindən qəbul edilib, ölkədən çıxarılma sxemi isə sadə olub – “evdən götürüb, aeroporta aparıblar”.

“Almaniya ərazisində qanunsuz qalan Gürcüstan vətəndaşlarının ölkədən deportasiya edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Gürcüstan vətəndaşları sığınacaq müraciəti üçün heç bir səbəbləri olmadığına görə deportasiya olunublar”, – bu prosesi müşahidə edən “Fronteks” şirkətinin nümayəndəsi İrma Tsiramua jurnalistərə bildirib.

•  Bundan əvvən ən son Gürcüstan vətəndaşları Almaniyadan fevralda deportasiya olunub. Almaniyaya Kutaisi-Meminqem reysi ilə uçan 19 nəfərə bu ölkənin ərazisinə ayaq basmaq haqqı verilməyib və onlar eyni təyyarə ilə geri qaytarılıblar.

•  Almaniya xeyli əvvəl Gürcüstan vətəndaşları arasında sığınacaq istəyənlərin və onların iştirak etdiyi cinayətkar qruplar tərəfindən törədilən cinayətlərin artması ilə bağlı narahatlıq ifadə etmişdi. Fevralın 8-də Şimali Reyn-Vestfaliya torpağının Nazirlər Kabinetinin üzvü İoaxim Ştamp Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılmasını tələb edib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının qaçqın statusu almaq cəhdləri əhəmiyətli dərəcədə çoxalıb, gürcü kriminal bandalarının fəaliyyəti isə almanları hədsiz narahat edir.

•  Gürcüstan Avropa Komissiyasından analoji xəbərdarlıqları artıq əvvəl də alıb. Avropa Komissiyası açıq şəkildə bəyan edib ki, mütəşəkkil kriminal strukturlarda birləşən gürcülər Avropa üçün böyük problemə çevrilib.

Martıq 6-da miqrasiya məsələlərinin müzakirəsi üçün Almaniya Federal Daxili İşlər Nazirliyinin miqrantların qaytarılması üzrə qərargahının rəhbəri Kristian Klos və Almaniya Xarici İşlər Nazirliyinin qaçqınlarla iş və miqrasiya məsələləri üzrə səlahiyyətli nümayəndəsi Annet Günter Gürcüstana gəlib. Tbilisidəki görüşlərdə deyilib ki, Almaniya sığınacaq almaqla bağlı baxılan müraciətləri əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşır. Gürcüstan tərəfi əmin edib ki,vəziyyətin qarşısının alınması üzrə tədbirlər görməyə və müvafiq qanunverici dəyişikliklər qəbul  etməyə başlayır.

•   Martın 6-da Gürcüstan ilk konkret addımı atıb, hər hansı qanun pozuntusuna yol verən və soyadını dəyişən şəxslərin kimliyini daha asan müəyyən etmək məqsədilə soyadın dəyişdirilməsi qaydasını sərtləşdirib.

• Almaniya səfirliyinin məlumatına görə, viza rejiminin liberallaşdırılmasından sonra sığınacaq almaq istəyənlərin sayı təxminən üç dəfə çoxalıb. Yalnız bu ilin yanvarında Almaniyada ən azı 700 nəfər sığınacaq almağa cəhd göstərib və praktiki olaraq onların 100 faizinin istəyi rədd edilib.

• Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim 2017-ci il martın 28-də qüvvəyə minib. 2017-ci ilin martından dekabrına qədər Avropaya səfər üçün vizasız rejimdən 170 min Gürcüstan vətəndaşı istifadə edib.

• Avropa İttifaqı “dayandırma mexanizmini” işə salmaq və əgər Gürcüstan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, vizasız rejim şərtlərinə yenidən baxmaq haqqını özündə saxlayır. Gürcüstan hakimiyyəti bildirir ki, yaranmış problemlərə rəğmən vizasız rejim üçün hazırkı mərhələdə heç bir təhlükə yoxdur.


More on JAMnews