Birbaşa danışıqlar lazlmdırmı – bu məsələ Gürcüstanda diskussiya mövzusuna çevrilib " />

Abxaz müxalifətçi Gürcüstan tərəfi ilə dialoqun lehinə çıxış edib. Tbilisidən ona nə cavab verilib?

Birbaşa danışıqlar lazlmdırmı – bu məsələ Gürcüstanda diskussiya mövzusuna çevrilib

Abxaziyada baş verən son hadisələrin – müxalifətin çıxışı və de-fakto prezidentin istefasının tələb olunması fonunda Abxaziya siyasətçiləri Gürcüstanın media məkanında daha çox görünməyə başlayıblar. Onlar Gürcüstan jurnalistlərinə müsahibələr verir və birbaşa gürcü-abxaz danışıqlarının mümkünlüyündən danışırlar.

Abxaziyalı müxalifətçi, de-fakto prezident kürsüsünə namizəd Aslan Bjaniyanın Tbilisi ilə dialoqun vacibliyi haqda söz açdığı müsahibəsi Gürcüstanda müzakirə mövzusuna çevrilib.

Digər təcrübəli abxaz siyasətçi – Sergey Şamda da eyni şeyi təkrarlayıb. Onun sözlərinə görə, o, “Gürcüstan tərəfi ilə münasibətlərin normallaşdırılması” tərəfdarıdır.

Tbilisidə bu bəyanatları necə oxuyurlar? Gürcüstanın siyasi və ekspert çevrələrinin nümayəndələri Suxumi ilə dialoqu dəstəkləyirlərmi?

____________________________________________________

Abxaziya siyasətçiləri nə deyib?

Tbilisi və Suxumi arasında dialoq mümkündür – Abxaziya müxalifətinin lideri Aslan Bjaniya deyib. O, bu haqda Gürcüstanın “InterpressNews” agentliyyinə məlumat verib. 

Bjaniyanın sözlərinə görə, Tbilisi və Suxumi arasında münasibətlər etimadın və iqtisadi əməkdaşlığın möhkımləndirilməsindən başlamalıdır.

“Dialoq olmalıdır. Hansı vəziyyətdə, hansı formatda, hansı formada, bunun heç bir fərqi yoxdur.

Tərəflərin bu dialoqda nə qədər müddət iştirak etməsi önəmli deyil. Bu mövzu ilə bağlı mənim öz fikrim var və mən fikrimlə istənilən auditoriya ilə bölüşməyə hazıram, əgər ümumiyyətlə mənim fikrimin bir önəmi olacaqsa”, – o deyib.

Abxaziyalı siyasətçi hesab edir ki, son nəticədə “iki dövlət arasında xoş qonşuluq, ədalətli və yaxşı münasibətlər qurulmalıdır”.

Yaxın gələcəyə gəlincə, Bjaniyanın fikrincə, ilk növbədə ölkələr arasında etimad bərpa olunmalıdır.

“Bu istiqamətdə addımlar atmaq lazımdır və mən əminəm ki, bu, bizə mövqelərimizə yaxınlaşmağa kömək edəcək. Bu cür addımlar iqtisadi sahədə də atılmalıdır”, – Aslan Bjaniya deyib.

Bjaniyanın sözlərinə görə, tərəflər arasında iqtisadi əlaqələr bu gün də mövcuddur. O, deyir ki, Gürcüstanın və Abxaziyanın özəl şirkətləri arasında əməkdaşlığı dəstəkləyir.

Digər Abxaziya müxalifətçisi, keçmiş de-fakto baş nazir və xarici işlər naziri Sergey Çamba da “Mtavari Arxi” telekanalına müsahibəsində Tbilisi və Suxumi arasında hazırda hökm sürən konfrontasiyaya qarşı çıxır. Şambanın sözlərinə görə, Tbilisi və Suxumi təkbətək danışıqlara başlamalıdır.

“Biz oturub, danışıqlara başlamalıyıq. Bunun üçün müxtəlif formalar var”, – o deyib.

Sergey Şamba tez-tez Gürcüstan tərəfi ilə birbaşa dialoqun vacibliyini dilə gətirən siyasətçidir.

• 2008-ci il avqust müharibəsindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı zaman Tbilisi abxaz və osetin tərəfləri ilə birbaşa dialoq aparmaqdan imtina edib, çünki bu ərazilərin Rusiya tərəfindən işğal olunduğu, Rusiyanın isə beynəlxalq aləm qarşısında cavabdehlik daşımalı olan yeganə münaqişə tərəfi ollduğu qənaətindədir.

 

• 2008-ci il avqust müharibəsindən sonra Cenevrə diskussiya formatı yaradılıb. Rusiya və Gürcüstan yalnız bu format vasitəsilə beynəlxalq vasitəçilərin iştirakı ilə münaqişəli regionlar üzrə danışıqlar aparırlar. Gürcüstan və Rusiyadan başqa Cenevrə danışıqlarında ABŞ nümayəndələri və ATƏT həmsədrləri, Avropa İttifaqı və MBT təmsilçiləri iştirak edirlər. Diskussiyalarda həmçinin Sxinvali və Suxumi nümayəndələri də iştirak edirlər.

Tbilisidə dəyərləndirmə

22 mart seçkilərindən sonra Abxaziyanın de-fakto prezidenti ola biləcək abxaz siyasətçi Bjaniyanın bəyanatları Tbilisidə maraqla qarşlanır.

Onun bəyanatlarını şərh edərkən, Gürcastanın baş naziri Giorgi Qaxariya Suxumi ilə birbaşa dialoqu dəstəkləyib-dəstəkləmədiyini açıqlamayıb.

“İşğal xəttlinin hər iki tərəfində Gürcüstan vətəndaşlarının vəziyyəti bizim üçün hədsiz vacibdir və əlbəttə ki, danışıqlar aparmaqdan başqa çarə yoxdur”, – Qaxariya deyib.

Bjaniyanın bəyanatların ilk cavab verən Gürüstan Təhlükəsizlik idmətinin rəis müavini Aleksandr Xocevanişvili olub. O, faktiki olaraq Suxumi ilə birbaşa fialoq imkanını istisna edib və qeyd edib ki, Suxuminin təşəbbüsü təkbətək yox, Cenevrə danışıqlarında beynəlxalq vasitəçilərin iştirakı ilə müzakirə olunmalıdır.

“Bizin Cenevrə formatımız var, orada biz bütün problemlər haqda danışırıq və əlbəttə ki, əgər onun təşəbbüsləri analoji formatda təqdim olunacaqsa, biz bütün bu məsələləri daha intensiv müzakirə edəcəyik”, – Xocevanişvili deyib.

“Lelo” yeni müxalif hərəkatda başqa cür düşünürlər. Təşkilatın xüsusi bəyanatında deyilir ki, “birbaşa gürcü-abxaz dialoqu doğru yanaşmadır və tərəflər arasında etimadın bərpası üçün demək olar ki, yeganə vasitədir”.

“Lelo” qeyd edir ki, Tbilisidə abxaz tərəfinin dialoqa hazır olmasını göstərən “bu cür siqnallar çoxdan eşidilməyib” və buna görə də bu bəyanatlar diqqətə layiqdir.

Politoloq Tornike Şaraşenidze Bjaniyanın bəyanatını ümidverici adlandırıb:

“O deyir ki, istənilən formatda dialoqa hazırdır. Bizim tərəfimizdən naz eləməyin və şərt qoymağın yeri yoxdur. Zaman keçir və vaxt həm bizim, həm də onların əleyhinə işləyir. Onlara (abxazlara) bundan daha çox ziyan dəyir, çünki onlar tam özünütəcrid yolunda addımlayırlar, amma bu prosesi (danışıqlar) başlatmaq bizim marağğımıza uyğundur”, – Şaraşenidze deyib.

Onun sözlərinə görə, bu proses Tbilisidən asılı vəziyyətdədir.

“Mən bizim cəmiyyətimizin müəyyən hissəsində bu bəyanatdan sonra isteriya başlayacağından qorxuram. Əgər biz [birbaşa] formatdan qorxsaq, daha 28 il keçəcək. Biz hələ Abxaziyanı xatırlayırıq, növbəti nəsillər oranı ümumiyyətlə xatırlamaycaq… Və biz bunu [problemi] növbəti nəslə qoya bilmərik. Gələcək nəslin bunun üçün nə iradəsi, nə də vasitələri olacaq”, – Şaraşenidze qeyd edib.

Münaqişələr üzrə ekspert Paata Zakareişvili JAMnews-a bildirib ki, o, abxaz siyasətçilərinin bəyanatlarında xüsusi bir şey görmür və onlar dəfələrlə Tbilisi ilə dialoqun vacibliyi haqda danışıblar:

“Bunlar proaktiv bəyanatlardır, onların təşəbbüsü deyil – gürcü jurnalistlər zəng vurub, sual verirlər, onlar da cavb verir. Gürcülər seviniblər ki, abxazlara onlara qayıdacaq.

Bu belə deyil… Mən düşünmürəm ki, Gürcüstan hakimiyyəti bu imkandan yararlanacaq… Onlara, gəlin Cenevrədə danışaq, demək artıq doğru cavab deyil. Əgər biz abxazlarla hər hansı münasibətləri bərpa etmək istəyiriksə, biz təkəbbürlü cavablar verməməli və abxaz tərəfini bərabər hesab etdiyimizi göstərməməliyik… Bizim üçün Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında birbaşa danışıqlar ona görə yolverilməzdir ki, çünki buna Rusiya israr edir. Amma Rusiyanın nə dediyi bizi niyə maraqlandırır? Bəzən Rusiya istəmədiyini deyir – birbaşa dialoqun başlanması Rusiyanın marağında deyil, Rusiyanın real istəyi Abxaziyanın təcrid olunmasıdır. Biz də ona bunda kömək edirik”, – Zakarieşvili deyib.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews, və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews