Ermənistanda iki ictimai nəqliyyat dayanacağında günəş paneli quraşdırıb və indi onların köməyilə mobil telefonları, planşetləri və digər alətləri enerji ehtiyatını doldurmaq mümkündür. Günəş panelləri buraya Avropa İttifaqının “Ermənistanda enerji səmərəliliyi günləri” təşəbbüsü çərçivəsində gətirilib.
Panellərdən birinin necə işlədiyini bu gün Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski şəxsən yoxlayıb. O, bu dayanacağı “Avropa İttifaqının günəş dayanacağı” adlandırıb.
Səfir bildirib ki, panellər dayanacaqlarda ölkədə tükənməyən günəş enerjisindən istifadəni stimullaşdırmaq üçün quraşdırılıb və burada bir ilə yaxın qalacaq. Daha sonra panellər ehtiyacı olan qurumlara, məsələn, təhsil müəssisələrinə veriləcək.
“Ermənistan günəşlə zəngindir və bu təbii xəzinədən istifadə etmək lazımdır. Energetika sahəsi Ermənistanda prioritetdir, buna görə də Avropa İttifaqı bu ölkəyə yerli, icma və dövlət səviyyəsində enerji səmərəliliyini inkişaf etdirmək üçün uzun müddətli yardım təqdim edir”, – Svitalski qeyd edib.
Ermənistanın ekspert və siyasət çevrələrində daima Ermənistanın “iynəyə oturubmuş kimi Rusiya qazına oturduğu” haqda fikirlər səslənir və hesab edilir ki, enerji sahəsində alternativlər axtarmaq lazımdır.
Bununla bağlı olaraq, Svitalski vurğulayıb ki, Avropa İttifaqı Ermənistanın müstəqilliyinə bütün ciddiyyəti ilə yanaşır. Enerji asılılığı bütün ölkələr, o cümlədən də Ermənistan üçün çox mühüm amildir: “Biz Ermənistanın enerji müstəqilliyinə dəstək olmaq məqsədi ilə çox şey edirik”.
Pyotr Svitalski bildirib ki, Ermənistana enerji proqramlarının həyata keçirilməsi üçün 30 milyon avro ayrılıb. Və bu məbləğin böyük hissəsi Ermənistan və Gürcüstan arasında ötürücü xətlərin inşasına yönəldiləcək.
“Bizim müşahidələrimizə görə, alternativ, tükənməyən enerji mənbələri başqa ölkələrdən asılı deyil, günəş enerjisi tamamilə sizindir. Nefti, təbii qazı və ya kömürü olmayan Ermənistan kimi bir ölkə üçün bu həqiqətən mühüm fresursdur”, – Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri qeyd edib.
Səfirin sözlərinə görə, artıq bu istiqamətdə sərmayə yatırımı üçün zaman yetişib: “Bütün ermənilər daha ucuz enerji əldə etmən və müstəqil olmaq istəyərdi. Aİ hesab edir ki, zamanla bunların hər ikisi mümkün olacaq”.