Rusiyaya qarşı beynəlxalq sanksiyalar bir az da sərtləşdirilib " />

ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları nədən ibarətdir və nəticələri necədir?

Rusiyaya qarşı beynəlxalq sanksiyalar bir az da sərtləşdirilib

ABŞ Konqresinin nümayəndələr palatası səs çoxluğu ilə Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanun layihəsinin lehinə səs verdi. İndi də növbə senatındır, amma onun analoji şəkildə səs verməyəcəyinə az şübhə var, çünki məhz konqresin yuxarı palatası bu qanun layihəsinə başladı.

İyulun 25-də ABŞ Konqresinin nümayəndələr palatası Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların  tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul etdi. Layihə həm də sanksiyaların ləğvi və ya dəyişdirilməsinin  yeni qaydalarını nəzərdə tutur – indi ABŞ prezidenti bunu konqresin dəstəyini almadan edə bilməyəcək.

Bir ay əvvəl qanun layihəsini Senat da razılaşdırdı, buna görə də burada səsvermə formal xarakter daşıyacaq, onun qüvvəyə minməsi üçün isə ancaq ABŞ prezidenti Donald Trampın imzası lazımdır.

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları nədən ibarətdir?

Qanun layihəsi ABŞ-ın maliyyə nazirinin üzərinə dövlət katibi və milli kəşfiyyatın direktoru ilə birlikdə hər il dövlətə yaxın sahibkarlar və şirkətlər, onların Vladimir Putinə yaxınlığı və Rusiya iqtisadiyyatına təsirinin səviyyəsi haqqında hesabat vermək öhdəliyini qoyur.  

Bundan başqa, istənilən xarici, o cümlədən Rusiya ilə birgə, misal üçün, qaz borusunun tikintisi layihələrini həyata keçirən Avropa şirkətlərinə qarşı da cərimə sanksiyaları tətbiq olunacaq.

Bundan əlavə, enerji sektoruna aid Rusiya şirkətləri üçün kreditləşmə dövrü 90 gündən 60 günə qədər qısaldılır.

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları nədən ibarətdir?

ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirildiyi yeganə mənbə deyil.

Avropa İttifaqı hakimiyyəti iyulun 26-da bildirib ki, Rusiyaya qarşı yeni genişləndirilmiş sanksiyalar razılaşdırılıb.

Qərar Siemens şirkətinin ilhaq olunmuş Krıma dörd turbinin satılması ilə əlaqədar bu yaxınlarda yaranan qalmaqalla birbaşa bağlıdır.

Şirkətin məlumatına görə, onların turbinləri “Texpromeksport”la olan müqaviləyə əsasən, Krasnodar vilayətində quraşdırılmalıydı, amma qeyri-leqal yolla Krıma gedib çıxıb, bu da Aİ sanksiyalarının pozulması deməkdir və Siemens-i böyük həcmdə cərimə gözləyir.

Yeni sanksiyalar siyahısına üç şirkət və dörd fiziki şəxs əlavə ediləcək.

Reuters agentliyi bildirib ki, siyahıya energetika nazirliyinin məmurları və turbinləri ilhaq olunmuş yarımadaya göndərən şirkət əməkdaşları düşəcək.

İcmal: Rusiyaya qarşı beynəlxalq sanksiyaların səbəbləri barədə

Rusiya ilə Qərb arasında münasibətlərin kəskin şəkildə pisləşməsi 2014-cü ilin yazına təsadüf etdi, bu zaman beynəlxalq qiymətə görə, Rusiya Krımı ilhaq etdi və Ukraynanın cənub-şərqində müharibəyə başladı.

Bu hadisələrdən dərhal sonra ABŞ və Avropa İttifaqı bir neçə Rusiya və Krım məmurlarına qarşı sanksiya tətbiq etdilər.

ABŞ və Avropa İttifaqının sanksiyaya düşən insanların siyahıları çox oxşardır, bu siyahılara aşağıdakılar düşüb: Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, Rusiya prezidentinin müşaviri Sergey Qlazyev, Krım Respublikasının başçısı Sergey Aksyonov və daha bir neçə nəfər  yüksəkvəzifəli dövlət məmuru. Onlara ABŞ və Avropa İttifaqına giriş yasaqlanıb, həm də Qərb ölkələrindəki aktivləri dondurulub.  

Növbəti bir neçə ay ərzində Amerika və Avropa hökumətləri yavaş-yavaş sanksiyaları genişləndirdilər.

2014-cü il iyulun ortalarına ABŞ-ın sanksiya siyahısına Rusiya prezidenti Vladimir Putinə yaxın olan sahibkarlar İqor Seçin, Yuri Kovalçuk, Gennadi Timçenko və Rotenberq qardaşları əlavə olundu.

Cəmi bu ana qədər Amerikanın skiyahısında 44 fiziki şəxs varıydı.

Sanksiyalara həm də bir neçə Rusiya şirkəti də məruz qalıb, onların arasında aşağıdakılar var:

  • Amerika hakimiyyəti tərəfindən “Rusiya Federasiyasının yüksəkvəzifəli səlahiyyətli şəxslərinin şəxsi bankı” adlandırılan “Rossiya” bankı;
  • “Volga group” – Gennadi Timçenkonun aktivlərini birləşdirən şirkət,
  • “Rosneft”, “Vneşekonombank” və “Qazprombank” nəhəng dövlət şirkətləri.

Avropa İttifaqının sanksiyaları altına düşən insanların siyahısı həmin vaxt Amerikanın siyahısından bir qədər böyük idi. Burada 72 soyad varıydı, amma siyahının əsas fiqurları ABŞ-ın siyahısında olduğu kimiydi.

17   iyul 2014-cü il tarixində Donets vilayəti yaxınlığında Malayziyanın mülki təyyarəsi qəzaya uğradı, nəticədə 298 nəfər həlak oldu.

Qəzadan bir neçə gün sonra ABŞ-ın dövlət katibi Cim Kerri Kremli separatçılara köməkdə ittiham etdi, təyyarə onların ərazisindən vurulmuşdu. Bu da Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə təkan verdi.

Növbəti yarım il ərzində Avropa parlamenti daimi sanksiyalar altına düşən özəl şəxslər və şirkətlərin siyahısını genişləndirməklə məşğuluydu.

Avropa İttifaqı bura nəhəng Rusiya banklarını: “Sberbank”, VTB, “Rosselxozbank”ı əlavə etdi, həm də Avropa şirkətləri üçün Rusiya iqtisadiyyatının infrastruktur, nəqliyyat, telekommunikasiya və enerji sahələrinə sərmayə qoyuluşuna qadağa qoydu.

2015-ci ilin fevral ayının ortalarından Avropa İttifaqının  sanksiya siyahıları dəyişdirilməyib. Ora 146 fiziki və 37 hüquqi şəxs daxildir.

Eyni  zamanda ABŞ-ın sanksiyaları daima yenilənir və daha çox insan və şirkətləri əhatə edir.

Artıq 2014-cü ilin sentyabr ayında РБК yazırdı ki, Amerikanın sanksiyaları “Rusiyanın neft sahəsinin 90%-dən çoxunu və demək olar ki, bütün Rusiya qaz hasilatını əhatə edir”.

“Qazprom”, “Lukoyl”, “Transneft”, “Qazprom neft”, “Surqutneftqaz”, “Novatek” – bütün bu iri neft və qaz hasilatı ilə məşğul olan korporasiyalar sanksiyadan qaça bilmədilər.

Rusiyanın müdafiə sənayesi kompleksinin iki şirkətləri də bu siyahıya daxil oldu. Eyni zamanda ABŞ Rusiyaya müdafiə təyinatlı mal və xidmətin ixracını dayandırdı.  

Bundan sonra da əvvəlki sanksiyaları genişləndirən və onların prezident tərəfindən ləğvini çətinləşdirən qanun layihəsi qəbul edildi

РБК-nın  xəbər verdiyinə görə,  Rusiyanın energetika nazirinin keçmiş müavini Vladimir Milovun fikrincə, yeni sanksiyalar Rusiya iqtisadiyyatı üçün ciddi fəsadların yaranmasına səbəb olacaq.

Əsas problem ondan ibarətdir ki, Rusiya şirkətlərinin böyük ehtiyacı olduğu Qərbin kredit ehtiyatlarına yolu çətinləşəcək.

Məhz Qərbin kreditləri Rusiya iqtisadiyyatına 2008-2009-cu illərdə bərpa olunmağa kömək etdi, bu zaman Rusiya şirkətlərinin ümumi borcu  

360 milyard dollardan 660 milyard dollara qədər qalxmışdı.

Hazırda borc 470 milyard dollar təşkil edir və onu Vladimir Milovun fikrincə əvəz edəcək heç nə yoxdur.


More on JAMnews