Koronavirus: ən təhlükəli vəziyyət İtaliyada, ən məchul vəziyyət isə İrandadır. Dünyada və Qafqazda martın 12-ə olan əsas faktlar və rəqəmlər
Əsas mənbə — CNN və BBC-nin xüsusi icmalı.
• Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də axşam COVID-19 koronavirusunun qlobal pandemiyasını elan edib.
• 2019-cu ilin dekabrında mərkəzi Çində ilk yoluxma halları aşkarlanandan martın 12-i səhər saatlarına qədər dünyada 126,258 nəfər koronavirusa yoluxub.
• onlardan 4,638 nəfər ölüb.
• 68,284 nəfər isə sağalıb.
• Koronavirusun dünyada yayılmasının statistikasını buradan izləmək mümkündür.
•Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
• Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar
Hazrda ən çox beş ölkə ziyan çəkib:
• Materik Çin: 80,932 yoluxma halı; 3,056 ölüm.
• İtaliya: 12,462 yoluxma halı, 827 ölüm.
• İran: 9,000 yoluxma halı, 354 ölüm.
• Cənubi Koreya: 7,869 yoluxma halı, 66 ölüm.
• Fransa: 2,284 yoluxma halı, 48 ölüm.
Qafqazda vəziyyət
•Azərbaycanda 14 nəfər yoluxub, onlardan üçü sağalıb və xəstəxanadan evə buraxılıb. Bütün xəstələnənlər İrandan gəlib. Azərbaycan İranla sərhədi bağlayıb, bütün ölkədə məktəblər və uşaq bağçalarıişini dayandırıb.
•Ermənistanda dörd nəfər xəstələnib. İlk yoluxan şəxs İrandan, qalan üç nəfər isə İtaliyan Ermənistan vətəndaşları üçün təşkil olunan xüsusi reyslə gəlib. Ölkə İranla viza rejimi tətbiq edib, məktəblər və uşaq bağçaları bağlıdır.
•Gürcüstanda 24 nəfər xəstələnib. Onlardan ikisi İrandan, qalanlar isə İtaliyadan gəlib. Gürcüstan İranla sərhədi bağlayıb, məktəblər və uşaq bağçaları işləmir.
İtaliyada böhranın dərinləşməsi – ölkə yoluxanların sayına görə Çindən sonra ikinci yerdədir
•İtaliyada martın 11-də cəmi bir sutka ərzində dörd mindən çox yeni yoluxma halı qeydə alınıb. Hazırda xəstələrin sayı 12,462 nəfərə çatıb, onlardan 827 nəfəri ölüb. Xəstələr arasında “Yuventus” futbol klubunun oyunçusu Daniel Ruqani də var.
• Martın 10-da İtaliya tamamən karantinə qapanıb. Martın 12-dən yeni qadağa qüvvəyə minib – artıq yalnız təhsil müəssisələri, ofislər və muzeylər yox, həm də bütün kafelər və restoranlar, ərzaq mağazalarından və apteklərdən başqa bütün alış-veriş məkanları da bağlanıb.
İran – vəziyyət kritikdir, Qum şəhərində morqdan qorxunc video yayılıb
• İranda koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı kəskin artıb. Virus ölkənin bütün əyalətlərinə yayılıb. Rəsmi qaydada 9 min nəfərin xəstələndiyi və 354 nəfərin öldüyü elan olunub. Amma beynəlxalq və yerli mütəxəssislər bildirirlər ki, rəqəmlərin açıqlanandan daha yüksək olma ehtimalı böyükdür.
Sosial şəbəkələrdə bu videoçarx yayılıb. Burada Qum şəhərində koronavirus yoxlaması üçün gözlədilən meyitlərlə dolu morq əks olunub.
ABŞ-ın 26 Avropa ölkəsi üçün girişi bağlamaq haqda qərarı avropalıları şoka salıb
•ABŞ-da, o cümlədən də Nyu Yorkda xəstələrin sayının sürətlə artması – martın 11-də bir gün ərzində 600 yoluxma halı qeydə alınıb. Ümumilikdə martın 12-i səhər saatlarına olan məlumata əsasən, 1,312 yoluxma halı aşkarlanıb. Onlardan 70 nəfəri Çindən və Yaponiyadakı “Diamond Princess” kruiz gəmisindən evakuasiya olunan Amerika vətəndaşlarıdır. Qalan hallar ABŞ-ın 43 ştatında aşkarlanıb və təsdiqlənib. 38 nəfər koronavirusdan ölüb.
•Martın 11-də axşam prezident Donald Tramp xalqa müraciətlə çıxış edib və ölkədə fövqəladə vəziyyət elan edib, virusun məhz Çin ərazisində meydana gəldiyi üçün olanlarda bu ölkəni günahlandırıb. Həmin gün bir qədər əvvəl çıxış edərkən Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen də “bu virusun Birləşmiş Ştatlarda yox, Çində Xubey əyalətinin Uhan şəhərində meydana gəldiyini” vurğulamağı vacib bilib.
•Tramp bəyan edib ki, ABŞ Şengen zonasının üzvləri olan 26 Avropa ölkəsi üçün ölkəyə girişi bağlayıb. Bir neçə Avropa ölkəsinin Vaşinqtondakı səfiri bildirib ki, onlar şok içindədirlər, çünki onlara heç bir xəəbərdarlıq edilməyib – baxmayaraq ki, onlar son bir neçə gün ərzində Prezident Administrasiyası illə mütəmadi əlaqədə olublar.
•Stenford Universitetinin əməkdaşları və tələbələri arasında da iki koronavirusa yoluxma halı qeydə alınıb, indi orada ümumilikdəüç nəfər xəstələnib. Tədris tamamən onlayn rejimə keçib. Administrasiya kampus ərazisində yaşayan tələbələrə oradan getmələri ilə bağlı xüsusi rica ilə müraciət edib. Harvard və ölkənin digər universitetləri də onlayn rejimə keçib və tələbələrdən kampus ərazilərini tərk etmələri xahiş olunub.
•Oyunçuların birində koronavirus aşkarlanandan sonra ABŞ-ın milli basketbol liqası mövsümü dayandırıb.
Tom Henks Avstraliyada koronavirusa yoluxub
• Aktyor Tom Henks və onun həyat yoldaşı aktrisa Rita Uilson koronavirusa yoluxub. Onlar yeni film çəkilişində olduqları Avstraliyada müalicə olunurlar. Ümumilikdə ölkədə 126 yoluxma halı təsdiqlənib, dörd nəfər ölüb.
Martın 12-də Avstraliya hökuməti koronavirusla mübarizə üçün 17,63 milyon Avstraliya dolları ayırıb. Paketə əməkhaqqı və xırda biznes üçün pul ödəmələrinə sərf ediləcək subsidiyalar da daxildir.