Zəlzələdən zərərçəkənlər üçün yeni evlər tikilir
Zəlzələnin evsiz qoyduğu insanlar üçün Şamaxıda çoxmərtəbəli bina inşa edilir. Dördmərtəbəli bina 44 mənzildən ibarət olacaq.
• Ermənistanda zəlzələ – 30 il sonra
• Gürcüstanda ilk dərinsulu limanın inşası
Fevralın 5-də təxminən 5 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində yüzlərlə ev ziyan görüb. 200 ev qəzalı vəziyyətə düşüb və xüsusi komissiya bu evləri sökmək qərarına gəlib.
Fəlakət günündən keçən bir ay ərzində bəzi evlər artıq bərpa olunub və ya yenidən inşa edilib, – AzərTac informasiya agentliyi xəbər verir. Martın 8-də bu evlər istifadəyə veriləcək. Çoxmərtəbəli binanın inşasının nə zaman sona çatacağı isə hələ bəlli deyil.