Şagird müəllimlə eyni hüquqa malikdir, hətta onunla mübahisə də edə bilər" />

Ermənistanda təhsil sistemi islahatının 5 mənfi və 5 müsbət cəhəti

Şagird müəllimlə eyni hüquqa malikdir, hətta onunla mübahisə də edə bilər

Ermənistanda təhsil islahatı başlayan gündən artıq 10 il keçib, amma onun müsbət, yoxsa mənfi nəticələrinin daha çox olduğunu anlamaq çətindir.

Müsbət cəhətləri 

Dərslər daha dinamik olub

İslahatdan sonra yeni formatda keçilən dərslər “interaktiv dərslər adlanır. Yəni, keçmişdəki kimi, müəllim izah etdi, şagirdlər dinlədi və yadda saxladı metodu artıq köhnəlib. Yeni dərs metodunda müəllim şagirdləri də dərsin izahına cəld edir, mövzu onlarla birlikdə araşdırılır. Bundan əlavə yeni islahatlar şagirdlərin yalnız bilik almasını yox, aldıqları bilikləri elə dərs zamanı öz sinif yoldaşları ilə qruplarda işləyərək, verilən tapşırıqları öz yeni tipli iş dəftərlərində çözərək təcrübədə tətbiq etmələrini təmin edir.

Məktəblərdə hər bir şagirdin fərdiliyi qorunur

Sovet dövrünün məktəblərini xatırlayanlar üçün bu əsl sensassiyadır: artıq təhsil prosesinin mərkəzində müəllim yox, şagirddir. Şagird müəllimlə eyni hüquqa malikdir, hətta onunla mübahisə də edə bilər. İslahat keçmişdə olduğu kimi müəllimin dərslərində geri qalan şagirdləri gözləmədən yeni dərsin izah edilməsinə şərait yaradan məktəb quruluşundan imtina etməyi tələb edir.

Artıq müəllim hər bir şagirdlə fərdi qaydada hazırlaşmalı və lazım gəldikdə onlarla birlikdə dərsdən kənar məşğul olmalıdır. Bir sinifdə 20-25 nəfər olan şəhər məktəblərinin müəllimləri üçün bu, heç də asan deyil. Kənd məktəblərində isə vəziyyət daha sadədir – burada bir sizinfdə çox nadir hallarda 10-15 şagird olur.

Texniki avadanlıq

Artıq 2005-ci ildən Ermənistanın bütün məktəblərində internet var, kompüterlərin də sayı çoxalıb. Bu, dərsin mənimsənilməsinə kömək etməklə yanaşı, müəllimlərin biliklərini təkrarlamasına kömək edir. Müəllimlər üçün yeni dərs ləvazimatları hazırlanıb.

Seçim azadlığı

Yeri gəlmişkən, bir az da məktəb ləvazimatlarından danışaq. Artıq müəllimlər hansı kitablardan dərs keçəcəklərini özləri seçir. Seçim olduqca böyükdür – bir fənn üçün bəzən 4-5 kitab olur. Təhsil Nazirliyinin məmurları artıq bu mövzuda müəllimlərə məsləhət vermirlər.

10 bal

Məktəblər 10 ballıq qiymətləndirmə sisteminə keçib. Bu sistem şagirdlərin bilik səviyyəsini daha yaxşı qiymətləndirməyə imkan verir. Bir çoxları düşünür ki, bu qayda müəllimlərə daha obyektiv qiymətləndirmə aparmağa şərait yaradır.

Mənfi cəhətləri

Yuxarı sinif şagirdləri daha çox sevilir

Təhsil islahatları nəticəsində orta məktəblər iki hissəyə bölünüb – əsas (1-8) və yuxarı siniflər (9-12). Bir çoxları düşünür ki, bu iki bölümə fərqli münasibət var: Yuxarı sinif şagirdlərinin təlim-təhsilinə, məktəbin onlar oxuyan hissəsinin təmirinə və orada dərs deyən müəllimlərə dövlət büdcəsindən daha çox vəsait ayrılır.

Məktəb müdriyyəti tərəfindən yuxarı sinif şagirdlərinə dərs deyəcək müəllimlər də olduqca diqqətlə seçilir.

Psixoloji çətinliklər

Artıq 9-cu sinfə çatan şagirdlər yeni məktəbə – yuxarı siniflərin təhsil aldığı hissəyə keçməlidirlər. Onların bir çoxu üçün bu psixoloji cəhətdən çətin olur.

Texniki çətinliklər

İslahatlar artıq başlayıb, ancaq islahatlar üçün münbit şərait yaratmağa vaxt tapmayıblar. Məsələn, yeni metodları tətbiq etmək üçün bütün müəllimlərə müvafiq hazırlıqlar keçilməyib. Bütün məktəblər interaktiv dərslərin keçirilməsi üçün müvafiq texnika ilə təmin olunmayıb, bir çox məktəbdə böyük ekranlar və videoproyektorlar yoxdur, kənd məktəblərində isə hətta coğrafi atlas və göstəricilər də olmaya bilər (nə qədər paradoksal səslənsə də, internet həmişə var).

Köhnə məktəblər

Bir çox tədris işçisi, xüsusilə yaşlı nəsl müəllimlər yeni islahatlardan razı deyil. Onlar şagirdlərin mübahisə etməsini, öz huquqlarından danışmasını, iddialar irəli sürməsini düzgün qarşılamır. Əsasən yeniliyin qəbul olunmamasının səbəbi islahatlar barədə ziddiyətli fikirlərdir.

Müəllimlər düşünür ki, yeni proqram olduqca çətindir, gec qavranılır. İslahatların müəllifləri isə bunun əksini düşünür. Onlara görə proqram əvvəlki illərin tədris planına görə daha asan qavranılır.

Daxili miqrasiya

Daxili miqrasiya göstəriciləri islahatlardan sonra olduqca yüksəlib. İndi kəndlərdən şəhərə gəlmək istəyənlərin sayı artıb. Bunun səbəbi isə belə izah edilir ki, əvvəllər orta məktəblərdə yetkinlik yaşına qədər oxuyurdular, daha sonra isə abituriyent özü şəhərə gəlirdi.

İndi isə 14-15 yaşlı məktəblini yeni məktəbə keçirmək lazım gəldikdə, bir çox hallarda ailə öz uşağı ilə birlikdə şəhərə köçməyə qərar verir.

Nəticədə islahatlar Ermənistanda kəndlərin boşalmasının səbəblərindən birinə çevrilib.

Mənbə: Milli Təhsil İnstitutu, Ermənistanın əsas məktəblərinin müəllimləri


More on JAMnews