Paytaxt meriyası marşrutların və nəqliyyat vasitələrinin sayını azaldır, bu da vəsait qənaətinə gətirib çıxaracaq və tarifləri dəyişməyə imkan verəcək " />

Yerevanın nəqliyyat şəbəkəsində islahat aparılır və tam dövlət büdcəsinə keçir

Paytaxt meriyası marşrutların və nəqliyyat vasitələrinin sayını azaldır, bu da vəsait qənaətinə gətirib çıxaracaq və tarifləri dəyişməyə imkan verəcək

Yerevan meriyasında yeni nəqliyyat şəbəkəsinin son variantı təqdim olunub. Şəbəkənin hazırlanması WYG International Limited beynəlxalq şirkətinə həvalə edilib. İlkin hesablamalara görə, islahatlar 100 milyon dollara başa gələcək.

“Simfonik” avtobus

“Mən Tbilisi vağzalında işləyirəm”. Foto və hekayə

Hansı dəyişikliklər baş verib?

Britaniyanın WYG konsaltinq şirkəti layihə üzərində 2014-cü ildən bəri işləyir. İşçi qrupun üzvləri layihəni paytaxt icmalarının rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə və ekspertlərə təqdim ediblər.

Dəyişikliklər avtobusların sayına təsir edib. Əvvəlki 111 marşrut əvəzinə paytaxtda cəmi 42 marşrut fəaliyyət göstərəcək. Bütün şəbəkənin uzunluğu üç dəfə azalacaq. Bu o demək deyil ki, tam əhatəlilik olmayacaq. Layihə müəlliflərinin izah etdiyinə görə, şəbəkənin qısalması təkrarlanan marşrutlar hesabına baş verəcək.

Nəqliyyat vasitələrinin sayı da azalacaq – cəmi 845 avtobus və 101 trolleybus istifadə olunacaq.

Bütün bunlar ciddi qənaətə nail olmağa ikman verəcək ki, bu da tarif siyasətinə müsbət təsir göstərəcək. Müəlliflərin fikrincə, ictimai nəqliyyatın müasir vahid şəbəkəsi tarif və bilet sisteminin çevikliyini təmin edəcək.

Layihə başqa nəyi nəzərdə tutur?

Bundan sonra ictimai nəqliyyat hərəkət problemləri olan insanlara uyğunlaşdırılmış olacaq. Hazırda Yerevanda yalnız bəzi avtobuslar müvafiq mexanizmlərlə təchiz olunub.

Nəqliyyatın dövlət büdcəsində olacağı, yoxsa özəl sektora keçəcəyi ilə bağlı sualın cavabında Yerevan meri Hayk Marutyan bunları deyib:

“Nəqliyyat bizim üçün strateji əhəmiyyətli elementdir, buna görə də hazırda biz proqramı 100 faiz icma və dövlət vəsaiti hesabına həyata keçirməyə meylliyik, daha sonra isə hansı hissəsinin özəl sektora həvalə oluna biləcəyini müəyyən edəcəyik”.

Mer ümid edir ki, yeni şəbəkənin tətbiqi prosesi iki ildən çox davam etməyəcək. Layihə müəllifləri ilkin olaraq iki ildən dörd ilə qədər bir müddət haqda danışırdılar.

Sosial şəbəkələrdə nə yazırlar?

Sosial şəbəkə istifadəçilərinin meriyanın yeni layihəsi haqda fikri haçalanır.

Bir qism meri dəstəkləyir, digər qism isə gözlənilən islahatlara şübhəylə yanaşır.

Şərhlərdən bəzilərini təqdim edirik:

“Əhsən! Bu mürəkkəb şəraitdə çox cəld və operativ çalışırsız!”

“Bu yeni nəqliyyatda kondisioner olacaq? Çünki əgər olmasa, heç ümid eləməyin ki, yay aylarında küçələr fərdi maşınlardan azad olacaq – camaat ictimai nəqliyyata keçəcək. Otuz dərəcəlik istidə basabas nəqliyyatdan istifadə etmək mümkün deyil!”

“Nəsə qiymətlərin necə olacağı aydın deyil”.

“Nəqliyyat bahalaşsa, insanlar ondan istifadə edə bilməyəcək!”


More on JAMnews