Yerevanın gəzinti yerlərində maşın saxlamaq qadağandır" />

Ermənistana gələn turistlərin sayı artıb, meriya onların istirahətinin daha rahat olması üçün tədbirlər görür

Yerevanın gəzinti yerlərində maşın saxlamaq qadağandır

Yerevan meriyası şəhərin müəyyən ərazilərində avtomobil saxlamağı qadağan edib. Ermənistan KİV-nin məlumatına görə, paytaxt meriyası bununla bağlı “müvafiq” tədbirlər görüb, qadağa turistlərin çox olduğu gəzinti zonalarına – “Kaskad” kompleksinin, Milli Akademik Opera və Balet Teatrının ətrafına aid edilib.

Turistlərin sayı isə bu ilin birinci rübündə çoxalıb. İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyinin Turizm üzrə Dövlət Komitəsi sədrinin birinci müavini MexakApresyandəqiqləşdirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanı ziyarət etmiş turistlərin sayı 18,2 faiz artıb. Rusiya, İran, Çin və Avropadan gələn qonaqlar çoxalıb.

“Bu, viza rejiminin sadələşdirilməsilə bağlı fəal, kompleks şəkildə həyata keçirilən tədbirlərin nəticəsidir. Bilirsiniz ki, biz İranla ölkələrimiz arasında viza rejiminin ləğv olunması ilə bağlı memorandum imzalamışıq. Rusiya vətəndaşları fevraldan etibarən Ermənistana daxili pasportları ilə səfır edə bilirlər. Çin vətəndaşları üçün Ermənistana səfər şərtləri sadələşdirilib, onlar sərhəddəcə və ya internet vasitəsilə viza ala bilirlər və bu da Çindən gələn turistlərin sayının artması ilə nəticələnib”, – Mexak Apresyan qeyd edib.

Facebook Comments

More on JAMnews