“37-ci ilin noyabr-dekabr aylarıbda elə günlər olurdu ki, 120 adamı birdən güllələyirdilər”" />

Yerevanda Stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş sərgi açılıb

“37-ci ilin noyabr-dekabr aylarıbda elə günlər olurdu ki, 120 adamı birdən güllələyirdilər”

Yerevanda Sovet İttifaqında baş vermiş “böyük terrorun” 80 illiyinə həsr olunmuş “Antisovetçilər” («Антисоветчики») sərgisi açılıb.

Bütün sovet respublikalarında olduğu kimi Ermənistanda da bu illərdə minlərlə insan ziyan çəkib. 80-ci illərin sonlarında sovet mətbuatı yazırdı ki, Stalin repressiyalarının qurbanları İkinci Dünya Müharibəsində həlak olanlardan daha çox olub, yəni 20 milyondan çox.

Söhbət 1937-ci ildən Stalinin ölümünə qədər olan dövr ərzində repressiyaya uğrayanlardan, sürgün edilənlərdən, güllələnənlərdən gedir. Sərgi təşkilatçılarının sözlərinə görə, 60 min Ermənistan sakini repressiya qurbanı olub, sürgün edilib, düşərgələrdəki dözülməz şərait üzündən həyatını itirib, güllələnib.

Etnoqraf Qranuş Xaratyanın sözlərinə görə, sərginin ekspozisiyasına repressiya qurbanlarının istintaq tərəfindən toplanmış şəxsi işləri də daxil edilib və dördillik gərgin iş nəticəsində geniş sənədli material əldə edilib: “Hər qurban insan itkisidir. Stalin repressiyasının hər bir qurbanının bioqrafiyası bizim üçün dəyərlidir”. Etnoqraf qeyd edib ki, sərginin məqsədi müasir nəsilləri o illərdə baş verənlərlə tanış etməkdir.

“Biz çox şeyi bilmirik. Məsələn, zalların birində Ermənistanda 37-ci ildə başlamış deportasiyalar haqda faktlar təqdim olunub. Bu faktlar həm qrup, həm də fərdi xarakter daşıyır. Krım ermənilərinin, o cümlədən Sovet İttifaqının başqa yerlərində yaşayan ermənilərin sürgün edilməsi də nümayiş olunub… 49-cu il sürgünləri haqda kifayət qədər çox sənəd, o cümlədən Azərbaycanın, Gürcüstanın daxili işlər nazirlərinin, həmçinin Krasnodardakı müvafiq məmurların nə qədər insanı deportasiya etdiklərinə dair məruzələri var”, – Qranuş Xaratyan deyib.

Ermənistanın Milli Arxivinin direktoru Amatuni Virabyan deyib ki, Sovet İttifaqının bütün xalqları zorakılığa məruz qalıb və bu insanlıqdan uzaq zorakılıq təsəvvürü sarsıdacaq qədər dəhşətli olub.

“Tariximiz bizim üçün nə qədər ağrılı olsa da, heç nəyi unutmaq olmaz. Bütün bunlarda iştirak edən şəxsləri, cəlladları və onların qurbanlarını tanımaq lazımdır. Stalin Gürcüstanda 37-ci ildə terror törədib, Ermənistanda terror törədib, kürdlərlə, polyaklarla bağlı xüsusi qərarlar qəbul edib. Zorakılıq nə yaşa, nə milliyyətə baxırdı. Tuturdular, güllələyirdilər, “vətək xainlərinin” doğmalarını, həyat yoldaşlarını və uşaqlarını sürgünə göndərirdilər”, – Amatuni Virabyan danışır.

Milli arxivaraşdırmalarnın nətcələrini beş cilddə nəşr edəcək və bu topluya yalnız qurbanların deyil, cəlladlarında adları daxil olacaq.

“Bütün adlar olacaq. Tarixi insanlara hissə-hissə  yox, tam təqdim etmək lazımdır. 37-ci ilin noyabr-dekabr aylarında elə genlər olub ki, 120 adamı birdən güllələyiblər”, – Amatuni Virabyan deyib.

 


More on JAMnews