“Yeni evlənənlər sübut ediblər ki, ...sevginin yaşı yoxdur”" />

Yerevanda qocalar evində iki ahıl cütlüyün toyu birdən olub

“Yeni evlənənlər sübut ediblər ki, ...sevginin yaşı yoxdur”

 

Yerevanın 1 saylı qocalar evində burada yaşayan iki ahıl cütlüyün tolu olub. Toy mərasimi təntənəli şəraitdə, eyni zamanda çox şən, nəğməli, rəqsli keçib.

Mərasimdə iştirak edən jurnalistlərə yeni evlənənlər öz məhəbbət hekayələrini və romantik münasibətləri haqda danışıblar. Hasrat Manukyanla evlənən 70 yaşlı Nvard Voskanyanın dediyinə görə, bu onun ikinci nikahıdır. “Birinci ərim 8 il əvvəl vəfat edib və mən artıq bir ildir ki, burda internat evində yaşayıram. Hasrat məni onunla evlənməyə razı saldı – o mənə elə gözəl evlənmə təklif etdi ki, mən də razılaşdım”, – Nvard Voskanyan söyləyib.

Toyda Ermənistanın birinci xanımı Rita Sarqsyan da iştirak edib. O, belə qeyri-adi mərasimdə ilk dəfə iştirak etdiyini etiraf edib: “Bizim bu günkü yeni evlənən cütlüyümüz təsdiq etdilər ki, sevgi üçün yaşın heç bir önəmi yoxdur. Mən yeni evlənənlərə uzun, sağlam həyat arzu edirəm”.

 


More on JAMnews