Etirazın səbəbi – Təhsil Nazirliyinin ali məktəblərdə qeyri-humanitar ixtisaslar üçün erməni dili və ədəbiyyatı, Ermənistan tarixi dərslərinin məcburi fənlər siyahısından çıxarılması ilə bağlı qanun layihəsidir" />

Yerevanda etiraz edən tələbələrə müəllimlər də qoşulub – onlar bir günlük tətil elan ediblər

Etirazın səbəbi – Təhsil Nazirliyinin ali məktəblərdə qeyri-humanitar ixtisaslar üçün erməni dili və ədəbiyyatı, Ermənistan tarixi dərslərinin məcburi fənlər siyahısından çıxarılması ilə bağlı qanun layihəsidir

erməni dili, erməni ədəbiyyatı,Ermənistan tarixi, təhsil naziri, Araik Harutunyan, fakultativ fənlər, məcburi olmayan fənlər, tətil, müəllimlər, tələbə, YDU, etiraz aksiyası, Filologiya Fakültəsi, oturaq tətil, daşnaklar

Yerevanda etiraz aksiyaları davam edir. Yerevan Dövlət Universitetinin erməni dili filologiyası fakültəsinin tələbələri noyabrın 6-dan dərslərdə iştirak etmirlər. Onlar bu yolla “”Ali təhsil və elm haqda  yeni qanun layihəsininqəbul olunmasına etiraz edirlər. Nazirliyin hazırladığı yeni qanun layihəsinin müddəalarına əsasən, ali məktəblərin qeyri-humanitar fakültələrində erməni dili, ədəbiyyatı və Ermənistan tarixi məcburi fənlər siyahısından çıxarılacaq.

Noyabrın 13-də tələbələrin aksiyasına müəllimlər də qoşulub, onlar bir günlük tətil elan ediblər. Tələbələrin dərslərdə iştirakdan imtinadan ibarət olan aksiyasını müəllimlər ən başından dəstəkləyib, amma özləri rəsmən tətil elan etməmişdilər.

Artıq noyabrın 6-da tələbələrin etiraz aksiyasına cavab olaraq Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bəyanatla çıxış etmişdi. Bəyanatda deyilirdi ki, “hətta layihə qəbul ediləndən sonra da istənilən universitetin elmi şurası bu fənlərin bütün fakültələrdə məcburi şəkildə keçirilib-keçirilməməsinə müstəqil şəkildə qərar verə biləcək”.

Amma bu, vəziyyəti qətiyyən yumşaltmayıb. Aksiyalar davam edir.

Ermənistanda erməni dili, ədəbiyyatı və tarixini nazirliyin yeni qanun layihəsindən qorumağa çalışırlar

Müəllimlər niyə tətil eləmək qərarına gəliblər?

Yerevan Dövlət Universitetinin filologiya və tarix fakültələrinin müəllimləri xəbərdarlıq məqsədilə bir günlük tətil elan etmək qərarına gəliblər. Həmrəylik nümayiş etdirmək üçün tələbə hərəkatına qoşulmaq qərarı ümumi toplantıda qəbul olunub.

“İki fakültənin müəllimləri məqsədi ali təhsil haqda qanu layihəsində “Erməni dili”, “Ermənistan tarixi” dərslərinin məcburi fənlər siyahısında saxlanılması olan tətili dəstəkləyirlər”, – YDU-nun erməni dili kafedrasının rəhbəri Yuri Avetisyan deyib.

Müəllimlər bildiriblər ki, məsələni bütün maraqlı tərəflərin, o cümlədən də təhsil naziri Araik Harutunyanın iştirakı ilə müzakirə etməyə hazırdırlar.

“Biz Təhsil Nazirliyinin və ya səlahiyyətli orqanın yaxın zamanda bütün maraqlı və səriştəli tərəflərin iştirakı ilə müzakirələr təşkil edəcəyini gözləyirik”, – Yuri Avetisyan bildirib.

Eyni səbəblə başqa aksiya

“Daşnaksütun” partiyasının gənclər qolunun aksiyası da paralel olaraq davam edir. onların aksiyası noyabrın 7-də başlayıb. Həmin gündən Təhsil Nazirliyinin  inası qarşısında “Araik Harutunyansız hökumət toplantısı” tələbi ilə oturaq tətil keçirilir.

Gənclər təhsil nazirinin mümkün qədər tez istefa verməsini tələb edirlər. Araik Harutunyan isə ən başından elan edib ki, özü öz fəaliyyətini səmərəsiz hesab edənə qədər vəzifəsindən getmək niyyətində deyil.

Baş nazir nə deyir?

Ermənistanın baş naziri noyabrın 8-də etirazçılarla görüşüb və naziri dəstəkləyib.

Noyabrın 12-də Fransada erməni diasporu ilə görüşdə Nikol Paşinyan təhsil sahəsində aparılan islahatlara da toxunub.

Nikol Paşinyan bu məsələdə hökumətin yanaşmasını izah edib. Onun sözlərinə görə, onun hökumətinin əsas vəzifələrindən biri yoxsulluğun aradan qaldırılmasıdır, yeni islahatlar da məhz buna hesablanıb:

“Biz yoxsulluq məsələsini maksimum tez həll etmək üçün tarixi şans əldə etmişik. İndi ölkədə informasiya texnologiyaları sahəsində peşəkarların yaxşı maaşlı iş tapması üçün yüz faizlik zəmanət var. Bu sahədə indi 3-4 min iş yeri vakansiyası var, sabah da belə olacaq, növbəti gün də, yaxın bir, iki ildə… həmişə bu 4 min potensial iş yeri mövcud olacaq.

Biz masa arxasında sağlıq deyən insanlar (tamada) nısli yetişdirən təhsil sistemini mühəndislər hazırlayan sistemə dəyişmək istəyirik. Onların dərhal yüksək maaşlı iş tapmaq imkanı olacaq… Və biz istəyirik ki, bizim sənaye sahəsində, hərbi sənayedə və texnologiyalar sahəsində bu mühüm məsələni həll edək, çünki bu, yalnız yoxsulluğun qarşısının alınması məsələsi yox, həm də ölkənin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün çözüm olacaq”.


More on JAMnews