Festival əlkimyagər Avedis Zilcyanın xatirəsinə həsr olunub, sən demə, onun həm cazla, həm də rokla əlaqəsi varmış" />

Yerevanda beynəlxalq Jazz Fest-2017 festivalı start götürüb

Festival əlkimyagər Avedis Zilcyanın xatirəsinə həsr olunub, sən demə, onun həm cazla, həm də rokla əlaqəsi varmış

Yerevanda Jazz Fest-2017 beynəlxalq caz festivalı start götürüb. Aarrtıq üçüncü ildir ki, festival öz ətrafında tanınmış caz ifaçılarını və cazsevərləri birləşdirir.

Festival məşhur Markus Miller və qrupunun çıxışı ilə açılıb. Bağlanış mərasimində Kubadan  gələn Qonsalo Rubalkaba çıxış edəcək.

“Caz həmişə dəbdədir. Mənə deyəndə ki, son bir-iki ildə caz dəbə minib, mən belə cavab verirəm: caz 60-cı illərdə dəbdə olub, 70-lərdə də, 80-lərdə də və indiyə qədər dəbdədir. 1938-ci ildə Artemiy Ayvazyan, Konstantin OrbeylyanŞ Martın Vardazaryan, Stepan Şakaryan, Arno Babacanyanın təməlini qoyduqları ənənələri qorumaq çox vacibdir – biz onların davamçılarıyıq.

Biz daha sonrakı nəslin nümayəndələriyik, necə deyərlər, altmışıncılarıq. Biz onlardan  onunla fərqlənirik ki, onların böyük qrupları – biq-bendləri vardı. 60-cı illərin əvvəllərində biz Bryüsovski İnstitutunda ilk kiçik qrupumuzu yaratdıq. Bundan sonra kiçik qruplar yağışdan sonra göbələklər kimi çıxmağa, caz hərəkatı formalaşmağa başladı və bu günə qədər də davam edir, mən də buna çox şadam”, – cazmen Levon Malxasyan deyir.

O əmindir ki, bu cür caz festivalları yerevanlılar üçün əsl bayramdır, cazmenlər üçün isə yeni əlaqələr qurmaq, özünü realizə etmək üçün meydandır.

Yeri gəlmişkən, hər il Yerevan Jazz Fest dünyaca məşhur ermənilərdən birinin xatirəsinə həsr edilir. Bu səfər festival 17-ci əsrdə yaşamış əlkimyagər Avedis Zilcyana ithaf olunub. O da bütün əlkimyagərlər kimi müxtəlif maddələrin birləşməsindən qızıl əldəə etməyə çalışıb və 1618-ci ildə  müxtəlif səslər çıxaran zərb alətləri hazırlamaq üçün qarışıq əldə edib. Daha sonra o, Ziljian şirkətini yaradıb və həmin alətlər bu günə qədər də istehsal olunur. Bu şirkət dünyada caz və rok qrupları üçün ən yaxşı zərb alətləri istehsalçısı və təminatçısı kimi tanınır.

Facebook Comments

More on JAMnews