O, üzünə maska belə geyinmədən şəhərin mərkəzində banka girib və özünü partladacağı ilə təhdid edib " />

Yerevanda bank soyğunu – naməlum şəxs 200 min dollar oğurlayıb

O, üzünə maska belə geyinmədən şəhərin mərkəzində banka girib və özünü partladacağı ilə təhdid edib

Soyğunçu “Korvers Bank”ın Yerevanın mərkəzindəki filialından müxtəlif valyutada 200 min dollara yaxın pul oğurlayıb. O, pul verilmədiyi təqdirdə özünü partladacağı ilə təhdid etdiyi üçün bank əməkdaşları ona tabe olmaq məcburiyyətində qalıblar.

Ermənistanın İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan jurnalistlərə bildirib ki, soyğun bazar etrəsi, oktyabrın 9-da təxminən səhər saat 11-də baş verib. Qarətçi birbaşa həmin vaxt bankda olan filial rəhbərinə yaxınlaşaraq, bütün mövcud vəsaiti ona vermələrini tələb edib.

“Bu kişi maskada olmayıb”, – Sona Truzyan deyib. –“Haırda o və onun əlbir ola biləcəyi şəxslər axtarılır. İstintaq maraqlarından çıxış edərək hazırkı məqamda digər təfərrüatları açıqlaya bilmirəm”.

Filial bir sutka ərzində bağlı qalıb, amma bu gün işini b.ərpa edib.

“Konvers bank” daha əvvəl də qarətə məruz qalıb. Yeddi il əvvəl bankın Yerevandakı filiallarından birində mühafizəçi atəş açaraq qarətçini yaralamışdı və pulların oğurlanmasının qarşısını ala bilmişdi.  

Facebook Comments

More on JAMnews