Hazırda olan nəqliyyat vasitələri və marşrutların sayı demək olar ki, üç dəfə azalacaq " />

Yerevan mikro-avtobuslardan qurtulacaq: yeni nəqliyyat sistemi işə salınacaq

Hazırda olan nəqliyyat vasitələri və marşrutların sayı demək olar ki, üç dəfə azalacaq

Yerevan üçün yeni nəqliyyat şəbəkəsi layihəsi hazırlanıb. Bu layihəyə əsasən paytaxtda daha az nəqliyyat vasitəsi işləyəcək. Trolleybus və avtobusların sayını artırmaq, metronun fəaliyyətini intensivləşdirmək və mikro-avtobuslardan imtina etmək planlaşdırılıb. Mövcud olan nəqliyyat vasitəsi və marşrutların sayı demək olar ki, üç dəfə azaldılacaq:

  • 115 marşrut əvəzinə 42 marşrut,
  • 2039 nəqliyyat vasitəsi yerinə isə 939-u fəaliyyət göstərəcək.

Layihə müəllifləri əmin edirlər ki, hazırkı sistemdən fərqli olaraq nəqliyyat vasitələri bir-birini tamamlayacaq.

“Nəqliyyat vasitələri paytaxtın bütün rayonlarında eyni dərəcədə əlçatan olacaq, sərnişinlərə təhlükəsiz, etibarlı və layiqli xidmət göstərəcək. Konsaltinq şirkətinin xeyrinə deməliyəm ki, həqiqətən də yeni layihənin hazırlanması çərçivəsində böyük iş görülüb”, – Yerevanın vitse-meri Vahe Nikoyan deyib.

Onun sözlərinə görə, sərnişindaşıma uzunluğu 18 metrə çatan birləşdirilmiş avtobuslar vasitəsilə həyata keçiriləcək və onların tutumu 150 yerdən ibarət olacaq. Həmçinin istifadəyə 12 metrlik 90-100 yerlik avtobuslar da çıxarılacaq.

“Yeni modelin tətbiqi üçün vahid elektron bilet sistemi işləyəcək. Elektron qrafiki əks etdirən xüsusi proqramlı telefon əlavələri işə salınacaq, bilet və ödəniş terminalları quraşdırılacaq, müasir texniki vasitələrlə ödənişə nəzarət həyata keçiriləcək”, – Nikoyan deyib.

Bununla da Ermənistanda ilk dəfədir ki, peşəkarca əsaslandırılmış ictimai nəqliyyat şəbəkəsi hazırlanır. Layihənin müəllifi WYG konsaltinq şirkətidir.


More on JAMnews