Bütün təfərrüatlar: paytaxtın təmizliyinə cavabdeh olan “Sanitek” şirkəti nədə ittiham olunur və şirkətin cavabı nədən ibarətdir? " />

Yerevan meriyası zibil daşınmasını “sabotaj edən” şirkətin xidmətindən imtina edib

Bütün təfərrüatlar: paytaxtın təmizliyinə cavabdeh olan “Sanitek” şirkəti nədə ittiham olunur və şirkətin cavabı nədən ibarətdir?

Sanitek, zibil, Yerevan meri, Hayk Marutyan

Yerevan meri Hayk Marutyan Ermənistan paytaxtının təmizliyinə görə cavabdeh olan yeganə şirkətlə bütün müqavilələri birtərəfli şəkildə pozub.

Bu qərar artıq uzun müddətdir ki, “Sanitek” şirkətinin öz öhdəliklərini tam yerinə yetirməməsi ilə bağlı qəbul edilib. Şirkətin işində çatışmazlıqlar 2017-ci ildən başlayıb, 2018-ci ildən isə daha da artıb. 2019-cu ilin avqustunda isə “Sanitek” ümumiyyətlə təmizlik işlərini dayandırıb.

Bununla əlaqədar olaraq paytaxt administrasiyası rəsmi yoxlamalar aparıb. Mer açıqlayıb ki, “Sanitek” şirkətinin onunla bağlanan müqavilədə göstərilmiş öhdəlikləri lazımı dərəcədə yerinə yetirib-yetirməməsi ilə bağlı sənədli faktlara, o cümlədən də həmin müqaviləllərin nə dərəcədə qanuni olduğunu yoxlamağa ehtiyac vardı.

Məsələ ondadır ki, beynəlxalq şirkət inqilabdan əvvəlki hökumətin dövründən işləməyə başlayıb. Onun fəaliyyətində problemlər isə yeni hökumət və meriyanın yeni rəhbərliyi dövründə qzə çıxıb.

Hayk Marutyanın sözlərinə görə, yoxlama başa çatıb. Yerevan meri müqavilələrə xitam verilməsi haqda qərarını bu yoxlamaların nəticəsi ilə əlaqələndirib. Nəticələr isə şirkətin zibilin təmizlənməsi ilə bağlı birbaşa vəzifəsini mütəmadi şəkildə yerinə yetirmədiyini göstərib. Üstəlik bu yoxlamalar olmadan da Yerevanda artıq uzun müddətdir ki, zibil konteynerlərinin çatışmazlığı, olanların anormal vəziyyəti, zibil daşıyan maşınların kifayət qədər olmaması müşahidə olunur.

“Sanitek” şirkəti haqda 

“Saninet” Livanın tullantıların idarə olunması üzrə beynəlxalq təşkilatının filialıdır. Şirkət 2010-cu ildə yaradılıb, 2014-cü ilin dekabrından Ermənistan paytaxtında işləyir.

Şirkət Ermənistan hakimiyyətinin elan etdiyi beynəlxalq tennderin qalibi olub. Öz vəzifələrini yerinə yetirməyə başlayan zaman şirkətin ilkin yatırımı on milyon avro təşkil edib.

Yerevan meriyası və “Sanitek” şirkəti arasındakı münasibət haqda

Yerevanda zibilin təmizlənməsi ilə bağlı qalmaqallı vəziyyət artıq bir ilə yaxındır ki davam edir.

Yerevan meri Hayk Marutunyanbir neçə dəfə şirkətin işindən narazılığını bildirib açıq şəkildə bildirib və “yerevanlılar daha bu keyfiyyətdə işə dözməyəcəklər” kimi səs-küylü bəyanatlar səsləndirib.

2019-cu ilin yazında “Sanitek” şirkəti öz öhdəliklərini yerinə yetirmədiyinə görə iki dəfə cərimələnib. Cərimələrin ümumi məbləği 39 milyon dram (80 min dollar) təşkil edib.

İyulun ortasında şirkət etiraf edib ki, ciddi maliyyə problemləri yaşayır və bu problemləri meriya tərəfindən onlara qarşı “əsassız sanksiyalar və cərimələrlə” izah edib.

Şirkət direktoru Nikolas El Tavil bildirib ki, onların iitkiləri həm də meriyanın öz vədlərini yerinə etirməməsi iilə əsaslandırıb. Söhbət Yerevanın kənarında yerləşən zibil poliqonuna gedən yolun təmirindən gedir. “Sanitek” şirkəti rəhbərinin sözlərinə görə, zibil daşıyan maşınlar məhz bu yolda sıradan çıxır.

Sonuncu dəfə şirkət 2019-cu ilin avqustunda 12 milyon dram (25 min dollar) həcmində cərimələnib. Amma “Sanitek” rəhbərliyi əvvəlcədən müqavilə şərtlərini pozmaq məcburiyyətində qaldıqları haqda xəbərdarlıq edib və ağlabatan müddətdə problemləri aradan qaldırmağa söz verib.

Baş nazir Paşinyanın siyasi qüvvəsini paytaxt administrasiyasında təmsil edən “Yelk” (“Çıxış”) fraksiyası Yerevanda zibilin təmizlənməsinə cavabdeh olan operatorla müqaviləni pozmağı təklif edib:

“Biz beynəlxalq müsabiqə elan etməyi, paytaxtda zibilin daşınması üzrə işləri görəcək və sanitar təmizliklə məşğul olacaq yeni operator cəlb etməyi təklif edirik. Yerevanda zibilin toplanması və daşınması ilə bağlı problemlər hələ dörd il əvvəl “Sanitek” şirkəti ilə bağlanan müqavilədə  gizlənir. Zibilin utilizasiyası sahəsində rəqabət olmalıdır”.

“Bir neçə il əvvəl Beyrutda qeydiyyatdan keçən “Sanitek” beynəlxalq təşkilatı ilə müqavilə imzalananda ikinci operator üçün müsabiqə elə də elan edilməyib”, – paytaxt administrasiyasında müxalif “Luys” fraksiyasının nümayəndəsi David Xajakyan bildirib.

Vəziyyəti nə cürsə yaxşılaşdırmaq üçün şəhər hakimiyyəti yeni zibil daşıyan maşınlar və zibil konteynerləri alıb.

Bunun üçün hökumət dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə etməyə icazə verib. Ümumilikdə bu məqsədlə 900 milyon dram (1,8 milyom dollara yaxın) ayrılıb.

Bu sabotajdır?

İqtisadçı və keçmiş Yerevan meri Vaaqn Xaçatryan “Sanitek” şirkətinin fəaliyyətini sabotaj kimi dəyərləndirir. Bu haqda o, “Azadlıq” Radiosuna bildirib:

“Bu yaxınlarda işçilərdən bu cür qənaətbəxş olayan işin səbəbi soruşdum. Onlar cavab verdilər ki, maşın yoxdur. Mənim üçün bu çox qəribədir. Maşın yoxdur nə deməkdir? Mən bunu anlaya bilmirəm… Mən belə başa düşürəm ki, bu sabotajdır. Bu, şəhər hakimiyyətini və dövləti gözdən salmaq deməkdir”.

Keçmiş merin fikrincə, “Sanitek” Yerevanda təmizlik və zibilin daşınması üzrə tenderdə qalib gələndə şirkətin ölkə hakimiyyəti illə nəsə yazılmamış razılaşması vardı, hansı ki, hazırkı hakimiyyətin zamanında artıq işləmir.

“Sanitek”in ittihamlara cavabı

“Sanitek” daha əvvəl iqtidarda olan Ermənistan Respublika Partiyasının üzvü olan keçmiş Yerevan meri Taron Marqaryanla ələqələrini inkar edirlər. Şirkətin avtoparkında əvvəllər keçmiş merə məxsus zibil daşıyan maşınların olduğunu və istefa verəndən sonra onun öz maşınlarını “Sanitek”dən geri aldığı haqda ehtimalları da yalanlayıb.

Zibilin daşınması ilə bağlı problemlərin niyə məhz yeni hökumətin zamanında başlandığı illə bağlı sualın cavabında şirkət nümayəəndələri bildirirlər ki, problemlər daha əvvəl yaranıb, sadəcə böhran yeni hökumətin qurulması ilə üst-üstə düşüb.

İyulda “Sanitek” şirkəti elan edib ki Tbilisidə böyük mıtbuat konfransı keçirəcək və bütün sualların cavabını açıqlayacaq. Üstəlik, jurnalistlərə Gürcüstan paytaxtına səfərlərini və qidalanma xərclərini ödəməyi də təklif edib.

Şirkətin bu təşəbbüsü paytaxt administrasiyasının müxalif “Luys” fransiyasının xoşuna gəlməyib. Fraksiya rəhbəri David Xajakyan deyib ki, ona aydın deyil: maliyyə problemləri olan bir şirkət necə qonşu ölkənin paytaxtında mətbuat konfransı təşkil etməyi, jurnalistlərin səfər və qida xərclərini öz üzərinə götürməyi planlaşdırır?

Nəticədə konfrans Yerevanda baş tutub. Amma konfransı niyə məhz Tbilisidə keçirmək istədiklərinə və “Sanitek” şirkətinin direktoru və sahibi Nikolas El Tavilin Yerevandakı konfransda niyə iştirak etmədiyinə, jurnalistlərin suallarını Skype vasitəsilə video-zəng ilə cavabladığına dair izahat da səslənib.

Məlum olub ki, şirkətdə “Sanitek”ə qarşı qaldırılan cinayət işi ilə əlaqədar olaraq direktorun həbs olunmasında ehtiyat ediblər. Cinayət işi hələ 2019-cu ilin fevralında külli miqdarda vergidən yayınma ilə bağlı qaldırılıb.

“Sanitek” şirkətinin direktoru Nikolas El Tavil bildirir ki, onlar aqressiv inzibati təzyiqə məruz qalırlar və bütün bunlarda siyasi kontekst görürlər.

“Cinayət işi əsassız və qeyri-qanunidir və siyasi motiv daşıyır, bu, Yeravan meriyasının “Sanitek” şirkətinin maliyyə resurslarının axırına çıxmaq yönündə çoxsaylı cəhdlərindən biridir, bunun da bir məqsədi var – hakimiyyət tərəfindən ədalətsizlik və diskriminasiya yolu ilə fərdi sərmayəçinin əmlakını müsadirə etmək”, – Nikolas El Tavil deyib .

Məsələ məhkəməyə gedib çıxıb

2019-cu ilin iyulunda “Sanitek International” şirkəti Yerevan meriyasına qarşı iddia qaldırıb. Şirkət şəhər administrasiyasından 24,7 milyon dramdan (52 min dollara yaxın) çox kompensasiya tələb edəcək.

Hazırda məhkəmədə artıq iki şikayətə baxılır – “Sanitek” şirkətinin özündən, yəni “Sanitek International” şirkətinin törəməsindən.

Məhkəməyə müraciət edənə qədər “Sanitek” dəfələrlə meriyadan onlara məxsus zibil konteynerlərinin mütəmadi olaraq yandırılması və ya sındırılması ilə bağlı tədbirlər görülməsini tələb edib. Həmmçinin şirkət zibil poliqonuna gedən yolun təmir olunmasında israrçı idi. “Sanitek”də şirkətin məruz qaldığı cərimələri sə ədalətsiz hesab edirlər və bildirirlər ki, məhz bu cərimələrə görə onlar öz əməkdaşlarına əməkhaqqı ödəyə bilmirlər.


More on JAMnews