2025-ci ildə mütəxəssis ehtiyacı 30 min nəfərə çatacaq " />

Yerevan informasiya texnologiyaları sahəsində karyera üçün ən uyğun top-10 şəhərlər sırasına daxil olub

2025-ci ildə mütəxəssis ehtiyacı 30 min nəfərə çatacaq

Yerevan proqramçılar üçün ən münbit şəhərlərdən biridir. Texnologiyalarla bağlı nüfuzlu “Enterprise times” saytı informasiya texnologiyaları sahəsində karyera qurmaq üçün ən uyğun 10 şəhərin siyahısını tərtib edib.

Niyə Yerevan?

Material müəllifləri qeyd edirlər ki, 2025-ci ilə qədər Ermənistanda proqramçılara olan tələbat üç dəfə artaraq 30 min nəfərə çatacaq. Son illərdə Ermənistanda  İT sahəsində illik 20 faizlik yüksəliş qeyd edilir və hələlik inkişafın davam etdiyi hiss olunur.

“Enterprise times” saytındakı reytinqin müəllifi  başqa şəhərlərə köçmək niyyətində olan bütün proqramçıları Yerevanı da bir variant kimi nəzərdən keçirməyə çağırıb. Şəhərin əsas üstünlükləri informasiya texnologiyaları sahəsinin dinamik inkişafından başqa yaşam xərclərinin və cinayətkarlıq səviyyəsinin aşağı olmasıdır.

Siyahıda başqa hansı şəhərlər var?

Proqramçılar üçün ən yaxşı şəhərlər reytinqində Yerevandan başqa San-Fransisko, Nyu-York, Ostin, Sinqapur, Melburn, London, Stokholm, Banqalor və Toronto da yer alıb.

Dünyanın aparıcı İT şirkətləri bütün bu şəhərlərdə öz ofislərini yerləşdirib. Şirkətlərin sayı getdikcə artır, paralel olaraq, proqramçılara tələbat da yüksəlir.

Ermənistanın İT sahəsinin durumu haqda  

İnformasiya texnologiyaları artıq uzun illərdir ki, iqtisadiyyatın sürətlə böyüyən qoludur. EPAM, Optim, Microsoft, IBM, VMware kimi dünyanın ən nəhəng brendləri ölkədə öz nümayəndəliklərini açıb. Ermənistanın bəzi şirkətləri isə beynəlxalq arenada uğur qazana bilib. PicsArt, Sololearn, ZeroApp onların sırasındadır.

Əsas problem

Artıq uzun illərdir ki, Ermənistanın İT şirkətlərinin rəhbərləri mütəxəssis çatışmazlığının öhdəsindən gəlməyə çalışır. Universitetlər tələbatı ödəməyə qadir deyil. Problemi qismən özəl məktəblər həll edir, amma proqramçılar yenə də çatışmır.

Mütəxəssis çatışmazlığı bu sahədə əməkhaqlarının kəskin artımına da səbəb olub. Ermənistan proqramçıları təxminən rusiyaı və ukraynalı həmkarları ilə eyni məbləğdə əməkhaqqı alır. Və bu vəziyyətdə artıq ucuz olmadığına görə Ermənistan bazarı xarici sifarişçilər üçün öz cəlbediciliyini itirə bilər. Yalnız işlərinin keyfiyyəti onların üstünlüyü olaraq qalır.


More on JAMnews