Ortadan yuxarı əməkhaqqı alanlar da narazıdır, yeni mexanizm yalnız az maaş alanlara xeyir edir" />

Yeni vergi mexanizmi Ermənistanın orta sinfinə zərbə endirir

Ortadan yuxarı əməkhaqqı alanlar da narazıdır, yeni mexanizm yalnız az maaş alanlara xeyir edir

Ermənistanda qeydiyyatdan keçmiş işçilərin əməkhaqqıları 2018-ci il yanvarın 1-də qüvvəyə minmiş vergi dəyişikliyinə uyğun olaraq dəyişəcək.

150 min dramdan (310 dollar) az maaş alan əməkdaşlar əvvəlkindən daha az gəlir vergisi ödəyəcək. Onlar üçün vergi 24,4 faizdən 23 faizə endirilib.

Daha yüksək maaş alan işçilər üçün isə gəlir vergisi:

maaş 150 min dramdan yüksək, 2 milyon drama (4140 dollar) qədər olduqda 28 faiz (əvvəl 26 faiz idi) təşkil edir.

Maaş 2 milyon dramdan çox olduqda vergi 36 faiz olaraq saxlanılır.

Gəlir vergisindən başqa bütün əməkdaşlar hərbçilər fonduna 1000 dram (2 dollara yaxın) ödəyirlər. 1974-cü il yanvarın 1-dən sonra anadan olanlar isə pensiya fonduna da 5 faiz həcmində məcburi rüsum ödəməlidir.

Nəticədə məsələn, 150 min dram əməkhaqqı alan şəxslər bütün vergiləri: 34500 dram gəlir vergisi, 7500 dram pensiya yığım fonduna sosial ödəmə, 1000 dram hərbçilər fonduna ödəyəndən sonra 107 min dram alacaqlar.

Bu dəyişikliklərə qarşı ilk növbədə informasiya texnologiyaları sahəsinin əməkdaşları çıxıb, çünki ən yüksək əməkhaqqı alanlar onlardır.

“Qanuni meydanda işləyənləri “qara” meydana çəkilməyə məcbur edirlər. Proqramçını sıxışdırıb, 36 faiz vergi ödətdirmək nə deməkdir? Dövlət deyir ki, gəlin bu insanları qul yerinə qoyaq. Biz bununla insanlara təzyiq göstəririk, deyirik ki, ölkədən çıxıb gedin. Halbuki bu sahə onların çiyinlərində durur. Adam ya dözə bilər, ya da inciyib gedər. Dövlət işləyən insanlar üçün süni şəkildə problem yaradır”, – İnformasiya Texnologiyaları Müəssisələri İttifaqının rəhbəri Karen Vardanyan deyir.

Hökumətdə isə hesab edirlər ki, belə mexanizmlə vergi yükü ədalətli bölünür: az maaş alanlar, az vergi ödəyir, yüksək maaş alanlar isə çox. Bundan başqa ehtimal olunur ki, ümumilikdə vergi yığımı səviyyəsi nəinki azalmayacaq, üstəlik 6 faiz artacaq.

İqtisadçılar isə hesab edirlər ki, gözlənilən bahalaşma fonunda vəziyyət orta sinfə zərbə vuracaq və insanlatın alıcılıq qabiliyyəti azalacaq.

“İqtisadi siyasətin qılıncı orta sinfə qarşı yönəlib ki, bu sinif formalaşmasın. Bunun siyasi məqsədləri var. Əks halda həmişə iqtisadiyyatın lokomotivi olan orta təbəqə bundan kənarda qalardı. Müstəqil hərəkətdə olan qüvvə – normal, demokratik iqtisadiyyatdır. Bu cür avtoritar sistemlərdə orta sinif mane olur, çünki bu sinfin fəallığı həmişə hakim sistemə mane olur, buna görə də, bu sinif həmişə hədəfə gətirilir ki, belini dikəldə, gəlirlərini artıra və siyasi baxışlara, yanaşmalara, məqsədlərə sahib ola bilməsin”, – iqtisadçı Vahan Xaçatryan bildirir.


More on JAMnews