Milli Məclisdə ilk mübahisələr müxalifət roluna və vitse-spiker vəzifəsinə iddialı olan iki partiya deputatları arasında baş verib " />

Yeni seçilmiş Ermənistan parlamentinin ilk iclası qızğın müzakirələrlə keçib

Milli Məclisdə ilk mübahisələr müxalifət roluna və vitse-spiker vəzifəsinə iddialı olan iki partiya deputatları arasında baş verib

Ermənistanda yeddinci çağırış Milli Məclisin ilk iclası baş tutub. İclasda 132 deputat iştirak edib.

İclas nədən başlayıb?

“Milli Məclisin Reqlamenti” qanununa əsasən, ilk iclası yaşca ən böyük olan deputat, Kürd icmasının təmsilçisi, 73 yaşlı Knyaz Həsənov açıb.

Bütün ermənilərin Katolikosu İkinci Qaragen də deputatlara xoş sözlərlə müraciət edərək, xeyir-dua verib.

Birinci iclasda Ermənistan prezidenti Armen Sarqsyan çıxış edib. O, hesab edir ki, qarşısında duran problemləri nəzərə alaraq yeni seçilmiş parlamentin ağır işlə üz-üzə durduğu aydındır:

“Parlament ideya və nəzər nöqtələrinin toqquşmalı olduğu bir məkandır. Apponent olun, amma heç vaxt düşmənə çevrilməyin”.

Nikol Paşinyan haqda: müxalifətçi necə Ermənistanın baş naziri oldu?

Ermənistan parlamentində inqilab lideri Paşinyanın bloku çoxluğa sahib olacaq

Yeni parlamentin ilk qərarı

İlk iclas zamanı deputatlar yekdilliklə “Mənim addımım” blokunun nümayəndəsi Ararat Mirzoyanı spiker seçib. Ermənistanda baş verən “məxməri” inqilabın lideri Nikol Paşinyanın rəhbərlik etdiyi blok seçkilərdə seçicilərin 70 faizindən çoxunun səsini qazanıb və hazırda deputat mandatlarının mütləq çoxluğu onların ixtiyarındadır. Odur ki, Paşinyan tərəfdarlarının öz qərarlarını yeni çağırış parlamentindən keçirməklə bağlı heç bir problemləri yoxdur.

Amma Mirzoyanın namizədliyi səsə qoyularkən səsvermədə 132 dedutatdan 131 nəfəri iştirak edib, bülletenlərdən biri qüvvədən düşmüş hesab olunub.

Spiker namizədliyinin yekdilliklə qəbulundan məmnun qalıb:

“Bu böyük məsuliyyətdir və mən çalışacağam ki, spiker kimi işlədiyin bütün müddət ərzində bu məsuliyyət haqda unutmaym”.

Vitse-spiker kürsüləri necə paylaşdırılıb?

Sitse-spikerliyə iqtidar partiyasından olan iki namizədin adı daha əvvəl elan edilmişdi – Alyona Simonyan də Lena Nazaryan.

İlk uzun müzakirələr müxalifət üçün nəzərdə tutulan üçüncü vitse-spiker kürsüsünə hansı partiyanın iddialı ola bilməsi ətrafında olub. Parlamentdə təmsil olunan iki digər siyasi qvvə müxalifət roluna iddialıdır və hərəsi öz namizədini irəli sürüb.

Parlamentin vitse-spikeri vəzifəsinə müxalifət fraksiyaları – Çiçəklənən Ermənistan və Maarişlənmiş Ermənistan partiyaarından müvafiq olaraq Vahe Enfiacyan və Mane Tandilyanın namizədliyi irəli sürülüb.

Bu məsələ ilə bağlı səsvermə növbəti iclasa qədər təxirə salınıb və burada hakim çoxluğun mövqeyi həlledici olacaq. “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts artıq bu mövqeyi səsləndirib:

“Biz o müxalifəti seçəcəyik ki, Ermənistan Respublikası vətəndaşlarının daha çoxunun səsini qazanmış olsun. Vurğulamaq istəyirəm ki, bizim qərarımız prinsipialdır və siyasidir, şəxslərin seçimi, şəxsi münasibət zəminində müəyyən olmayıb, sadəcə prinsipial mövqedir”.

Bu o deməkdir ki, çoxluq Vahe Enfiacyanı – ikinci yeri tutan Çiçəklənən Ermənistan Partiyasının təmsilçisini seçəcək.

Nikol Paşinyan baş nazir təyin edilib

Eyni zamanda Ermənistan prezidenti Armen Sarqsyan  artıq inqilab lideri Nikol Paşinyanı Ermənistanın baş naziri təyin edib. Qanunvericiliyə əsasən, prezident Milli Məclisin səlahiyyətləri qüvvəyə minəndən dərhal sonra parlament çoxluğunun təklif etdiyi namizədi baş nazir təyin edir. “Mənim addımım” fraksiyası təbii olaraq prezidentə öz liderlərinin namizədliyini təqdim edib.

Prezident Sarqsyan da inqilabdan sonra artıq ikinci dəfə Paşinyanın baş nazir təyin edilməsi haqda fərman imzalayıb.


More on JAMnews