Bəziləri bu qərarı müdrik, digərləri isə sovet yanaşması adlandırır" />

Vladiqafqazda şiə və sünnilər qədim məscid üstündə mübahisə edir. Buna görə də məsciddə planetari açılacaq

Bəziləri bu qərarı müdrik, digərləri isə sovet yanaşması adlandırır

Vladiqafqazda qədim məscid üstündə mübahisə yerli cəmiyyəti ayağa qaldırıb. Məscidin taleyi ilə bağlı qərar artıq qəbul edilib – orada sovet dövründə olduğu kimi yenə də planetarı açılacaq. Amma mübahisələr daha da qızışacaq kimi görünür.

B

u məscid ətrafındakı olaylar ibrətli hekayəni xatırladır.

Məscid XIX əsrin ikinci yarısında yerli şiə müsəlmanların vəsaiti hesabına inşa edilib. O zaman Vladiqafqazın müsəlman icması əsasən şiə farslardan və Zaqafqaziya diyarından (hazırkı Cənubi Qafqazdan) – Yelizavetpol, Bakı, İrəvan və Tiflis quberniyalarından köçən azərbaycanlılardan ibarət idi. İlk molla Yelizavetpol quberniyasından olan Rusiya təbəəsi Hacı Molla İsmayıl Həsənoğlu olmuşdu.

Şiə və ya başqa adı ilə fars məscidinin yaşıl günbəzi üzərində aypara 20-ci əsrin əvvəllərinə qədər ucaldı. Qafqazda bərqərar olan sovet hakimiyyəti məscidi ləğv etdi, ayparanı çıxardı, 1963-cü ildə isə orada planetarı açdı. Planetari çox yaxşı təchiz olunmuşdu, odur ki, şəhərin ən populyar görməli məkanına çevrildi.

1990-cı illərdə Sovet İttifaqının dağılması, ardınca gələn müharibələr və parçalanmalar planetarini lazımsız hala gətirdi və onu bağladılar. Az əvvələ qədər bu gözəl bina bomboş, baxımsız halda qalmış və zamanla yarasız hala gəlmişdi.

 

Bir müddət əvvəl hakimiyyət binanın taleyini müəyyən etmək qərarına gəldi və aydın oldu ki, bu müddət ərzində məscid iki yerli müsəlman icması – şiə və sünnilər arasında mübahisə predmetinə çevrilib.

Şimali Qafqaz əhalisi əsasən müsəlmanlardan ibarətdir, müsəlmanların da əksəriyyətini sünnilər təşkil edir. Ötən illər ərzində proses elə inkişaf edib ki, hazırda Şimali Osetiyada yaşayan müsəlmanların çoxu İslamın sünni təriqətinə tapınır.

Onların Vladiqafqazda öz məscidi var. O Came adlanır və ona sünni məscidi deyirlər. Amma bu məscid hamıya yetmir, cümə namazlarında yüzlərlə dindar bu məkanda yerləşə bilmir. Yerli sünnilər də çıxış yolunu şiə məscidinin onlara verilməsində görürlər.

Məscid nə şiələrə, nə də sünnilərə veriləcək, orada yenidən planetari açılacaq

Şimali Osetiyada şiələr azdır, yüz nəfərdən artıq olmazlar, onların ciddi təsiri də yoxdur. Amma sənədlərdən bəllidir ki, fars məscidini bu icma öz vəsaiti hesabına tikib və indi şiələr onu sünnilərə verməyə qətiyyən razı deyillər.

Son zamanlar Şimali Osetiyanın əlaqələrinin fəallaşdığı İran da onları dəstəkləyir. Fevralda Vladiqafqazda “İran-İriston” İran-Osetiya mədəniyyəti mərkəzi açılıb.

Bu təhlükəli vəziyyətdə respublika hakimiyyəti “nə şiş yansın, nə kabab” silsiləsindən qərar qəbul edib: məscid nə şiələrə, nə də sünnilərə veriləcək, orada yenidən planetari açılacaq.

H

ələ də çox gözəl olan bina Terek çayının sahilində yerləşir, arxasında Baş Qafqaz silsiləsi ucalır. Bina əsasən qırmızı kərpicdən inşa edilib, kürsülük isə yerli daşdan tikilib. Əvvəllər məscid çöldən suvaqlanmış və açıq boya ilə rənglənmişdi. Mərkəzi hissəsinin üzərindəki böyük günbəz lay dəmirlə örtülmüşdü. Əsas girişin piştağı bəzəkli kərpic örtüklə dekorasiya edilib və ərəb hörgüsü ilə tamamlanıb – qapının üzərində Quranın ilk “Əl-Fatihə” surəsi yazılıb.

Verilən məlumata görə, binanı artıq hasara alıblar, daman günbəzi və nəm çəkən divarları qurudublar. Bərpa işlərinə şəxsən Şimali Osetiya başçısı nəzarət edir, işə rəhbərlik edən Vasili Tadtayev JAMnews-a bildirib. Bərpaçılar hazırda məscidin sovet vaxtı qalın suvaqla örtülmüş divarlarının ilkin görkəmini açmaq üçün çalışırlar, deyə o bildirib.

Amma inşaatçıları tarixi abidə üzərində kobud işlədikləri üçün çox tənqid edirlər. Az əvvəl sosial şəbəkələrdə inşaatçıların bərkimiş ağ suvağı divarlardan necə qopardıqlarını və bu zaman altdakı qədim kərpic fasadı zədələdiklərini əks etdirən video müzakirə edilirdi.

Cəmiyyət ümumilikdə, şiə və sünni icmalarından olan çoxları hakimiyyətin orada planetari yaratmaq qərarını yüksək dəyərləndirib və bu qərarı “müdrik çıxış yolu” kimi dəstəkləyib. Sosial şəbəkələrdə təşkil olunan qeyri-rəsmi səsvermədə planetari yaratmaq ideyasını səs verənlərin 55 faizi dəstəkləyib, 33,5 faiz isə müsəlman dini məkanının bərpa edilməsinin lehinə səs verib.

Amma olay cəmiyyətdə Şimali Osetiyada hökm sürən mürəkkəb dini kontekst ətrafında müzakirələri fəallaşdırıb. Bu kontekstdə eyni zamanda bir neçə münaqişə bir-birinə qarışıb. Xarakterik şərhlər:

“Hakimiyyətin keçmiş müsəlman məbədində planetarini bərpa etmək qərarı vaxtilə hökmran olan ateizmin rəmzidir”.

“Hər yanda balans axtarmaq lazımdır. Təklif edirəm ki, məsciddə Rusiya-İran dostluq mərkəzi yaradılsın, hansını ki, yersiz şəkildə elmi kitabxananın binasına soxuşdurublar”.

“Mən respublika rəhbərliyinin planetari binası ilə bağlı mövqeyini tam dəstəkləyirəm. Ora planetari olaraq qalmalıdır, məscid olmamalıdır”.

“Bina planetari üçün uyğun deyil, bu faktdır. Hazırkı ölçülərlə məscid üçün də rahat yer deyil. Birincisi, gur hərəkət, ikincisi, bina həqiqətən balacadır. Amma orada İran mədəniyyət mərkəzi və ya Osetiyada İslam tarixi muzeyi yaratmaq yaxşı olardı. Osetinlərin böyük hissəsi İslama tapınır”.

“Şiə məscidini sünnilərə vermək idiotizmin ən yüksək həddidir və qəzəblə nəticələnə bilər. Buna görə də planetari olmalıdır”.

“Orada yaxınlıqda bir bina da inşa ediləcək, yoxsa kim idi planetari ilə əlləşən?! Qəzalı tramvay körpüsü ilə də eyni vəziyyət yaranmışdı. Körpünü bağladılar, yüksəkdən bərpa haqda bəyan etdilər, sakitcə baxış meydanı olan əla kafe tikdilər, körpünü də yenidən açdılar. Onun isə necə uçmaq təhlükəsi vardısa, hələ də var”.


More on JAMnews