Rusiya prezidentinin hər il keçirilən mətbuat konfransında səsləndirdiyi ən yaddaqalan bəyanatlar" />

Vladimir Putin: ciyildəmək və cikkildəmək olmaz

Rusiya prezidentinin hər il keçirilən mətbuat konfransında səsləndirdiyi ən yaddaqalan bəyanatlar

Rusiya prezidenti Vladimir Putin dekabrın 20-də 14-cü dəfə illik geniş mətbuat konfransı keçirib və 3 saat 45 dəqiqə ərzində 61 suala cavab verib. JAMnews ən yaxşılarını seçib.

Kerç boğazında ələ keçirilən dənizçilər haqda

“Ukraynalı hərbçilərin gələcək taleyinə gəlincə, onları o məqsədlə göndərmişlər ki, biri həqiqətən də həlak olsun, şükür tanrıya, belə bir şey baş vermədi. İstintaq gedir, cinayət araşdırmasından sonra onlarla nə edəcəyimiz bəlli olacaq”.

Müstəqil Ukrayna kilsəsi haqda

“Moskva prixodu xoşlarına gəlmir, İstanbul prixodu olacaq. Görün, (Ukrayna kilsəsinin — JAMnews) Türkiyə patriarxatından necə asılılığı yaranır – orada təyinatlar da çoxdur, pul da, bu da ən əsasıdır. Düşünürəm ki, bu, Varfolomeyi həvəsləndirən əsas motivdir – bu ərazini tabe etmək, sonra isə buradan gəlir qazanmaq. Düşünürəm ki, bu əsas həvəsləndirici motivdir, əlbəttə ki, Vaşinqtondan gələn tövsiyədən başqa”.

ABŞ-ın hərbi planları haqda

“İndi ABŞ daha bir addım atır – orta və yaxın məsafəli raketlərin ləğv edilməsi üzrə Sazişdən çıxır. Bu necə olacaq? Vəziyyətin indən belə necə inkişaf edəcəyini təsəvvür etmək çətindir. Birdən bu raketlər Avropada peyda oldu, onda biz neyləməliyik? Əlbəttə ki, hansısa addımlarla öz təhlükəsizliyimizi təmin etməli olacağıq. Qoy sonra bizim hansısa üstünlük əldə etməyə çalışdığımızla bağlı ciyildəməsinlər. Biz üstünlüyə nail olmağa çalışmırıq, balansı qoruyuruq və öz təhlükəsizliyimizi təmin edirik”.

Evlənmək planları haqda

“Ədəbli insan kimi mən evlənməliyəm”.

Sosial şəbəkə istifadəçilərinin reaksiyaları

“Xalq ondan başqa şey gözləyirdi. …mən yorulmuşam, mən gedirəm, ey insanlar, məni bağışlayın! O isə on doqquzuncu dəfə boş sözlər sərf elədi…”

“Yandırmıram. Özümə yazığım gəlir. Çarəsizlikdən tezlikdə başım xarab olacaq…”

“Əsas sual səslənmədi: “Nə vaxt rədd olacaq?””

“Bu, mətbuat konfransı deyil. Bu, Rusiyanın jurnalistika məzarlığının panorama çəkilişidir”.


More on JAMnews