Burada heyvanlar üçün onların azadlıqdakı həyatına yaxın şərait qurmağa çalışırlar. Necə olduğunu danışır və göstəririk" />

Video və foto: lemurlar və Yerevan zooparkının digər sakinləri

Burada heyvanlar üçün onların azadlıqdakı həyatına yaxın şərait qurmağa çalışırlar. Necə olduğunu danışır və göstəririk

Yerevan zooparkının əsası 1940-cı ildə qoyulub. O zaman orada cəmi iyirmiyə qədər heyvan vardı: onlar 3 hektarlır ərazidə yaşayırdı.

Bu gün də Yerevan zooparkı böyük sayılmaz. Amma indi ərazisi xeyli genişlənib, 34 hektar olub. Və burada ümumilikdə yüzdən çox növə aid minə yaxın heyvan yaşayır. Onların arasında 18 növ vəhşi heyvan, 40-dan çox quş növü, təxminən 20 növ sürünən və bir o qədər də dırnaqlı heyvan, primatlar və müxtəlif gəmiricilər də var.

Bunlar sincababənzər meymunlardır. Onların yaşadığı ərazi parkın can atdığı məqsədin bariz nümunəsidir: burada hesab edirlər ki, heyvan  açıq valyerlərdə, azadlıqdakı həyatına yaxın bir şəraitdə yaşamalıdır.

Əslində heyvanlar sanki həm açıq, həm də qapalı məkanda yaşayırlar. Qəfəs yoxdur, amma heyvanlar hər tərəfdən su ilə əhatə olunmuş adacıqda yaşayır ki, bu da onların buradan qaçmaq ehtimalını sıfıra endirir – onlar sudan qorxurlar.

Sincababənzər meymunların misalında onlar üçün qəfəs rolunu su oynayırsa, bəzi hallaarda elektrik cərəyanı istifadə edilir. Bəzi dırnaqlı heyvanlar ağac maneələrin əhatəsində yaşayır. Belə bir sual yaranır – bəs niyə onlar qaçmır? Cavab fotodadır.

Yeniliklər arasında heyvanların çipləşdirilməsi də var. Bu, onların cinsini, yaşını, xəstəlik tarixçəsini, yeni yaşayış yerinə köçərkən lazım olan bütün məlumatı öyrənməyə imkan verir. Heyvan faktiki olaraq öz tərcümeyi-halını özü ilə daşıyır.

Abadlaşdırma işlərindən sonra zoopark Yerevanda inklüziv oyun meydançası olan azsaylı istirahət məkanlarından birinə çevrilib.  Mahiyyət etibarilə bütün parkı inklüziv adlandırmaq olar, çünki hər bir kəs heç bir hərəkət çətinliyi çəkmədən parkı ziyarət edə, gəzib-dolaşa bilər.

• Yerevan zoorarkının keçmiş sakinini Tbilisidə necə əməliyyat etdilər?

• Video: seldən üç il sonra Tbilisi zooparkının durumu

Parkda baytar klinikası da var. O, təkcə zooparkın heyvanlarına deyil, tibbi yardıma ehtiyacı olan bütün başqa heyvanlara da qulluq edir, özü də pulsuz.

Bizə baytarların qamış pişiyinə necə qulluq etdiyinə baxmağa icazə verdilər.

Eyni zamanda bir neçə növ heyvanın yaşadığı sahələr var. Deyirlər ki, bu zaman kiçik ailədaxili mübahisələrsız də ötüşmür. Misal üçün, nadinc sincababənzər meymunlar öz volyerlərini qu quşları ilə bölüşür, ara-sıra quşların qoyduğu yumurtaları da oğurlamağa cəhd edirlər.

Ağbaşlı qrif çöl dovşanları ilə birlikdə yaşayır. Nə qədər təəccüblü olsa da, o digər heyvanlar üçün qətiyyən təhlükə kəsb etmir. İş orasındadır ki, qriflər yalnız leş yeyirlər.

Zooparkın yenidən qurulması və yeni iş metodlarının tətbiqi hələ 2011-ci ildən başlayıb, bu günə qədər də davam edir. Yerli baytarlar əcnəbi həmkarları ilə, xüsusən də Amsterdamın “Artis” Kral zooparkının baytarları ilə məsləhətləşmə aparır.

 


More on JAMnews