“Novaya Qazeta”nın tanınmamış “Donetsk Respublikası”ndakı növbələrdən reportajı " />

Vətəndaşlıq almaq üçün növbə.Ukraynanın şərqində yaşayanlara Rusiya pasportları necə verilir

“Novaya Qazeta”nın tanınmamış “Donetsk Respublikası”ndakı növbələrdən reportajı

 «Novaya Qazeta»nın materialı əsasında

Rusiya prezidenti Vladimir Putinin Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yaşayan Ukrayna vətəndaşları üçün sadələşdirilmiş Rusiya vətəndaşlığı alması ilə bağlı sərəncamı aprelin 24-də çıxıb.

Artıq bir neçə gün sonra Rusiyanın dövlət kanalları Rostov vilayətində tanınmamış Donetsk və Luqansk “xalq respublikaları” vətəndaşları üçün gözəl təchiz olunmuş sənəd qəbulu məntəqələrini göstərməyə başladı.

Həm də qeyd olundu ki, bu məntəqələrin peşəkar və zəhmətkeş işçiləri artıq birinci gün “yüzdən bir qədər az” sənəd qəbul edib. Üç yüz mindən çox sənədin də artıq “təsdiq mərhələsində” olduğu bildirildi.  

Foto: İrina Tumakova, “Novaya Qazeta”

“Gözləyək görək, Rusiya pasportunu kim birinci alacaq”

Donetsk, Şors küçəsi, 104. Aşağıda növbə var. Bura şəhərin Kirov rayonunun pasport idarəsinə girişidir. Səhər saat yeddidir. Müəssisənin açılmağına hələ iki saat var. Qapının ağzında isə artıq növbə var. İnsanlar gəlməkdə davam edir.

– Növbəyə necə dura bilərəm? – zolaqlı köynəkli kişi adamların arasında vurnuxur.

—  Baxın, elə oradır, – dar al-əlvan koftalı qadın gülə-gülə cavab verir. – Qara maşın dayanıb, kapotun üstündə siyahı var. Bloknotdakılar – de-ne-er (“Donetsk respublikası”) pasportunadır, adi kağızda olanlar isə Rusiya pasportu üçündür. Birinci otaqda sizə ödəniş üçün qəbz verəcəklər.

Moskva Şərqi Ukrayna sakinlərinə Rusiya vətəndaşlığı təklif edir. Bunun arxasında nə dayanır?

İslahatlar üçün Ukrayna vətəndaşlığı: ekspat məmurlar nə ilə məşğuldur

Abxaziyadakı gürcülər üçün “daimi yaşayış” sənədi – problemlərin həlli yoxsa onların daha da dərinləşdirilməsi?

İki siyahı iki növbədir. İndi məlum olur ki, “respublika” vətəndaşlarının heç də hamısı öz gənc vətənlərinin pasportunu almağa səy göstərmirdilər. Amma Putinin sərəncamına əsasən, “DXR” pasportunun mövcudluğu Rusiya pasportu almaq üçün şərtdir.

«DXR» pasportunu almaq üçün iki-üç ay gözləmək lazımdır. Bunu belə izah edirlər, həmin pasportları “çap etdirməyə vaxt lazımdır”.

Foto: İrina Tumakova “Novaya Qazeta”

“DXR”-də saat 23:00-dan 5:00-a qədər komendant saatı hökm sürür. Buna görə də səhər dörddən növbə tutanlar özlərini riskə atır – küçədə yaxalansalar, 28 sutkalıq “zirzəmi”yə atıla bilərlər.  

– Rusiya pasportu nəyinizə lazımdır? – cavan qadından soruşuram.

–Bilmək istəyirəm, pensiyalar, Rusiyadakı analıq kapitalı necə olacaq, – köks ötürərək, deyir. – Gözləyək, birinci Rusiya pasportunu kim alacaq, onda görəcəyik ki, orada qeydiyyat hara göstərilib.

Bu məsələni burada hamı müzakirə edir. Kimsə eşidib ki, pensiya almaq üçün mütləq Rusiyada qeydiyyatda olmalısan. Qeydiyyatsız pasport olmur axı, onlar bunu Sovet İttifaqı vaxtından yaxşı xatırlayırlar. Başqa ölkədə yaşayırsansa, onu necə alacaqsan? Qadın “hardasa Rostov vilayətində”

qeydiyyata alınacaqlarını düşünür. Mən Rusiyada bunun cinayət olduğunu və saxta qeydiyyat olduğunu izah edirəm.

Pensiyaya ümid

Putin Rusiya büdcəsinin Donbass pensionerlərinə tab gətirəcəyinə söz verib. Amma bu da standart Rusiya pensiyasını götürsək, mümkün olacaq. Donbassda təqaüdçülərin sayı ilə bağlı rəsmi statistika yoxdur. 2014-cü ilə qədər də olmayıb.

–Biz Donetskdə əvvəllər də sayımızı bilmirdik, – jurnalist Oksana deyir. – Ukraynada son siyahıya alma 2001-ci ildə olub.

Oksananın atası bütün ömrü boyu mədəndə işləyib. İndi təqaüddədir. Rusiya pasportu alıb, pensiyanı Rusiyada rəsmiləşdirmək istəyir.

– Donbass nədir? Kömür və metallurgiya, – Oksana sözünə davam edir. – Ağır və zərərli istehsalat, mədənçilər və qazmaçıların maaşı həmişə yaxşı olub. Əmək şərtlərinə görə mədənçilər çox tez pensiyaya çıxır. Atam 50 yaşında çıxıb.  

Qanuna əsasən, mədənçilər 20 illik stajdan sonra pensiyaya çıxır. Bu sahədə 7 ildən çox çalışan qadınlar üçün də pensiya yaşı azaldılıb. Rusiya pasportunu alan kimi, daha cavan, 40-dan bir az yaşlı olan insanlar da pensiya üçün müraciət edəcəklər.

– Burada mədənçilər çoxdur, – Oksana qeyd edir – Pensiyanın həcmi maaş və staja görə hesablanır. Pensiya 15 min qrivendir [təxminən 565$] – bu, Ukraynada şaxtaçı üçün normaldır. Mənim atam 8500 qriven alır [təxminən 320$]. İndi o Rusiyada da şaxtaçı pensiyası istəyəcək.

Foto: İrina Tumakova, “Novaya Qazeta”

Donetsk – butik yerinə second hand

Mən Donetskdə 2014-cü ildə olmuşam, gözəl və zəngin şəhər idi, mərkəzi küçələrdə bahalı butiklər var idi. İndi burada belə bir zarafat yaranıb, deyirlər ki, bizdə yeni “İcarə” adlı ticarət şəbəkəsi var. Bu söz bir çox vitrinlərdən asılıb. Butiklərin yerinə isə second hand-lər işləyir.

«Camaat 5 il ərzində kasıblayıb, yeni paltar almaq isə – qiymətləri özün görürsən»,  – jurnalist Oksana deyir.

Sonradan sosial şəbəkələrdə oxudum– bir xanım second hand-də öz paltarlarını görmüşdü, eksklüziv idi, xaricdən gətirilmişdi, evini də dağıtmışdılar… Təbii ki, bunu yoxlamaq çətindir, amma oxuyanda da dəhşətə gəlirsən.  


More on JAMnews