Gürcüstanın futbol yığmasının kapitanı LGBT birliyini müdafiə etdiyi üçün təqib olunur, amma onun çox sayda tərəfdarları da var" />

Ünvanına səslənən homofob çıxışlar üzündən Gürcüstanın futbol yığmasının kapitanı Facebook səhifəsini bağlayıb

Gürcüstanın futbol yığmasının kapitanı LGBT birliyini müdafiə etdiyi üçün təqib olunur, amma onun çox sayda tərəfdarları da var

Gürcüstanın milli futbol yığmasının kapitanı Quram Kaşianın Facebook sosial şəbəkəsindəki səhifəsi silinib. Kaşia homofob əhvallı vətəndaşların onun səhifəsində təhqiramiz şərhlər yazdıqları üçün özü öz profilini silib.

Gürcüstanın futbol yığmasının vitse-kapitanı Quram Kaşia 2017-ci il oktyabrın 23-də Hollandiyada “Vitess” komansdasının sıralarında LGBT-ni dəstəkləyən sarqı ilə meydana çıxandan sonra ilk dəfə homofob insanların  aqressiyasına tuş gəlib.

2Avqustun 22-də UEFA gürcü futbolçuya LGBT-ni dəstəklədiyi üçün bərabərlik mükafatı təqdim edib, bunun ardınca isə o, homofobların ikinci aqressiya dalğası ilə üz-üzə qalıb.

Facebook səhifəsi ləğv ediləndən və Instagram profili qapadılandan sonra Quram Kaşia Instagramda “stories” yazıb və bildirib ki, LGBT-nı dəstəklədiyi üçün peşman deyil və bircə nəfər azarkeşi olduğu müddətcə o, millinin sıralarında oynayacaq.

“Ölkəmizdə bircə nəfər azarkeşim olduğu müddətcə mən bu adamın naminə yığmanın sıralarında olacağam”.

Ölkədə milli yığmanın kapitanının çox sayda tərəfdarı da var və onlar onunla həmrəylik ifadə edirlər – avatarlarına Kaşianın fotosunu yerləşdirir, onun şəkillərini Instagram-da “stories” bölməsində “Quram biz səninləyik” yazısı ilə paylaşır, Faceboookda onu dəstəkləyən statuslar paylaşırlar.

Gürcüstan yığmasının növbəti oyunu sentyabrın 9-da Tbilisidə olacaq. Futbolla maraqlanmayan insanlar Facebook-da  yazırlar ki, “Gürcüstan yığmasının layiqli kapitanını dəstəkləmək üçün mütləq oyuna gələcəklər”.

Mikheil Benidze
Özünü realizə etməmiş gürcü kişicikləri bu insanı hansı həddə çatdırıblar?! O, yenə də möhtəşəmdir <3
Əgər mən Gürcüstan yığmasında olsaydım, bu mübarizədə Kaşianı yalnız qoymazdım və növbəti oyunda hamının LGBT birliyini dəsttəkləyən sarğı ilə çıxış edərdim ki, azarkeşlərə nəyin doğru, nəyin yanlış olduğunu göstərə bilim… Bilmirəm, bunun baş tutacağına dair mənim xüsusi ümidlərim yoxdur. Əvəzində Quram Kaşianın əyilməzliyi mənə ümid verir!

Joe Carrey
Mən çoxdan yığmanın oyununda olmamışam. İndi stadiona getməliyəm. Bu, sadəcə yığmanın oyunu olmayacaq. Biz zülmətə qələmə çalmalıyıq Imeda M Dvalidze ən yaxın oyun nə vaxtdır?

Toresa Mossy
Quram Kaşia müasir Gürcüstanın ən layiqli idmançısıdır. <3 <3 <#გურამშენთანვართ(Quram, Biz Səninləyik)

•   2017-ci ilin sonunda, JAMnews-da ilin hadisələri dəyərləndirilən zaman Quram Kaşianın LGBT birliyinə dəstək sarğısı ilə meydana çıxdığı oyun və bununla bağlı yaranan qalmaqal ilin ən vacib hadisələrindən hesab olunmuşdu. Homofob əhvalın hələ də  güclü olduğu Gürcüstanda Quram Kaşia ən zəif qruplardan birini açıq dəstəəkləyən ilk idmanı olub. Digər idmançılar da onunlla həmrəylik ifadə ediblər – ttrlrviziya proqramlarında və tok-şouularda minlərlə azarkeşin sevdiyi futbolçuular bütün insanların bəərabər olduğu haqda söz açıb və istənilən cinsdən, irqdən və oriyentasiyadan asılı olmayaraq insanlara qarşı təcavüz yolmverilməzdir.


More on JAMnews