Zelenski məmurlara təklif edib ki, öz kabinetlərinə onun portretlərinin əvəzinə uşaqlarının şəkillərini qoysunlar" />

Ukraynanın yeni prezidenti and içib. Və dərhal parlamenti buraxıb

Zelenski məmurlara təklif edib ki, öz kabinetlərinə onun portretlərinin əvəzinə uşaqlarının şəkillərini qoysunlar

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski Ali Rada deputatları qarşısında and içib. Hromadske xəbər verir ki, öz inauqurasiya nitqində o bəyan edib ki, Ali Radanı buraxır və bununla da növbədənkənar parlament seçkilərini təyin edir.

“Mən çox istəyirəm ki, sizin kabinetlərinizdə mənim şəkillərim və portretlərim olmasın. Çünki prezident ikona deyil, idol deyil, prezident portret deyil. Oraya öz uşaqlarınızın fotolarını asın və hər qərar qəbul edəndə onların gözlərinə baxın”, – Ukrayna prezidneti dövlət məmurlarına müraciət edib.

REUTERS/Gleb Garanich

REUTERS/Gleb Garanich

Rada binasına daxil olana qədər Zelenski xüsusi quraşdırılmış ekranlarda inauqurasiyanı izləməyə gəlmiş insanlarla ünsiyyətdə olub – bu haqda qərarı yeni seçilmiş prezident özü qəbul edib.

Zelenski öz çıxışının əvvəlində oğlu haqda danışıb: “Mənim altı yaşlı oğlum deyir ki, “Eşitmişəm Zelenski prezidentdir, deməli, mən də prezidentəm”. Bu zarafat kimi səsləndi, amma sonra anladım ki, bu həqiqətdir. Bizim hər birimiz prezidentik. Bu mənim yox, hamımızn qələbəsidir. Hər birimiz Ukraynada sədaqət andı içmişik. Hər birimiz məsuliyyət daşıyırıq”.

Ukraynanın yeni prezidenti Vladimir Zelencki nə edə biləcək və nəyi bacarmayacaq?

Zelenski Radanı buraxmazdan əvvəl deputatları bir sıra vacib qanunları – deputat toxunulmazlığının qaldırılması, qanunsuz varlanmaya görə cinayət məsuliyyəti haqda – qəbul etməyə, Seçki Məcəlləsini təsdiqləməyə, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərini, baş prokuroru və müdafiə nazirini vəzifədən azad etməyə çağırıb.

REUTERS/Valentyn Ogirenko 

“Bizim bunun üçün iki ayımız var. Bunu edin və medalları öz yaxanıza asın. Mən səkkizinci çağırış Ali Radanı buraxıram. Ukraynaya eşq olsun!” – Zelenski bəyan edib.

Zelenski öz nitqində başqa nə deyib?

•Bildirib ki, onun komandasının əsas vəzifəsi Donbasda atəşi dayandırmaqdır. “Mən öz populyarlığımı, öz reytinqimi və öz kürsümü itirməyə hazıram, təki sülh bərqərar olsun. Amma ərazilərimizi heç zaman itirmədən”.

•Bütün dünyadakı ukraynalıları Ukraynaya qayıtmağa səsləyib. “Biz 65 milyonuq. Avropada, Asiyada, Amerikada olan Ukrayna torpağının dünyaya gətirdikləri. Siz bizə çox lazımsız. Yeni, güclü, uğurlu Ukraynanı qurmağa hazır olanlara mən də vətəndaşlıq verməyə hazıram”, – Zelenski deyib.

•“Xahiş edirəm, Avropa Çempionatında İslandiyanı yada salın, necə diş həkimi, xadimə savaşırdı və heç kimin inanmadığı bir şeyi edə bildilər. Bu da bizim şansımızdır. Biz heç bir fikir ziddiyətinə baxmayaraq, futbolda island, texnologiyada yapon, öz torpağını qorumaq bacarığında israilli olmalıyıq”, – Zelenski ölkə vətəndaşlarına müraciət edərək deyib.

Şoumen və komediya aktyoru Vladimir Zelenski Ukraynada prezident seçkilərinin qalibi olub. O, aprelin 21-də ikinci turda seçici səslərinin 73 faizini toplayaraq cari prezident Pyotr Poroşenko üzərində qələbə qazanıb.

Komik aktyorun Ukraynada necə prezident ola bildiyi və ondan nələr gözləmək mümkün olduğu haqda reportaj.  

 


More on JAMnews