Yuri Lutsenko Gürcüstanın keçmiş prezidentini dövlət çevrilişinə hazırlıqda ittiham edib" />

Ukraynanın baş prokuroru: Saakaşvilinin deportasiyası üçün artıq heç bir maneə yoxdur

Yuri Lutsenko Gürcüstanın keçmiş prezidentini dövlət çevrilişinə hazırlıqda ittiham edib

Mixail Saakaşvili Kiyevdə. Foto: David Pipia, JAMnews

Ukraynanın Dövlət Miqrasiya Xidməti keçmiş Gürcüstan prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib, bu da onun ölkədən deportasiya olunmasına imkan verir. Hromadske-nin məlumatına görə, bu haqda Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib.

“İndi Dövlət Miqrasiya Xidməti ona qaçqın statusu verməkdən imtina edib, bununla bağlı o, ərizə yazıb və cənab Saakaşvili həmişəki kimi bu qərarla bağlı məhkəməyə müraciət etməyib”, – Lutsenko bildirib. Onun sözlərinə görə, bu halda Saakaşvilinin deportasiyasının və ya ekstradisiyasının qarşısını alacaq “heç bir xüsusi vəziyyət qalmır”.

Lutsenko həmçinin Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edib. Onun sözlərinə görə, Saakaşvili Odessa qubernatoru olduğu zaman tabeliyində olan şəxslərə təzyiq edərək 20 Gürcüstan vətəndaşına Ukraynada yaşamaq icazəsiverdirib.

“İndi də onlar çevriliş hazırlayırlar, amma bu baş tutmayacaq… Saakaşvili dövlətə meydan oxuyur, hüquq-mühafizə orqanları onun cavabını verəcək”, -Lutsenko deyib.

Saakaşvilinin tərəfdarları oktyabrın 17-dən Ali Rada qarşısında etiraz aksiyası keçirərək islahat tələb edirlər.

Xatırladaq ki, 2017-ci il iyulun 26-da Ukrayna prezidenti Tyotr Poroşenko Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqda sərəncam verib. Buna səbəb kimi vətəndaşlıq alma prosesində Saakaşvilinin yalan məlumat təqdim etdiyi, Gürcüstanda ona qarşı cinayət işinin qaldırıldığını gizlətdiyigöstərilib.

Saakaşvili vətəndaşlıqdan məhrum edildiyi zaman ABŞ-da olub. Keçmiş Gürcüstan prezidenti Poroşenkonu siyasi təqiblərdə günahlandırıb. Saakaşvilinin yalnız Ukrayna vətəndaşlığı qalmışdıŞ müvafiq olaraq Poroşenkonun qərarından sonra o, vətəndaşlığı olmayan şəxsə çevrilib.

Ukrayna hakimiyyəti onun  pasportunun ləğv olunduğunu bəyan etsə də, bu, Saakaşvilinin ABŞ-dan Polşaya uçmağına, daha sonra isə Avropa üzrə səfərlərinə mane olmayıb. Sentyabrın 10-da Saakaşvili bir neçə uğursuz cəhddən sonra Polşa-Ukrayna sərhədini keçə bilib, bu zaman tərəfdarlar kütləsi hüquq-mühafizə orqanlarının yaratdığı kordonu yararaq onu rəsmən Ukrayna ərazisinə “daşıyıblar”.

Gürcüstanın keçmiş prezidenti və onun tərəfdarları bəyan ediblər ki, hakimiyyət özü sərhəd nəzarətindən keçməyə qoymamaqla və vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qərardan məhkəməyə şikayət etmək üçün müvafiq sənədləri təqdim etməməklə qanunu pozub. Ukrayna DİN-i bəyan edib ki, Saakaşvili sərhədi keçərkən on bir polis əməkdaşı və beş sərhədçi xəsarət alıb. Daha sonra məlum olub ki, sərhəddə baş verən qarşıdurma ilə bağlı olaraq polis beş nəfəri saxlayıb. 2017-ci il sentyabrın 24-də məhkəmə Saakaşvilini sərhədi qanunsuz keçdiyi üçün 130 ABŞ dolları həcmində cərimələyib.

Sentyabrın əvvəlində Ukraynaya Gürcüstanın Baş Prokurorluğundan vətənində haqqında bir neçə cinayət işi qaldırılmış Mixail Saakaşvilinin axtarılıb, tapılması, saxlanılması və ekstradisiyası ilə bağlı müraciət daxil olub.


More on JAMnews