Ukraynada fransız qaçaqmalçının məhkəmə işinə baxılır " />

Ukraynadakı müharibə növbəti silah bazarını yaradıb – həm idxal, həm də ixrac

Ukraynada fransız qaçaqmalçının məhkəmə işinə baxılır

Ukraynada artıq bir ildən çoxdur ki, Fransa vətəndaşı Qrequar Mutonun məhkəməsi davam edir. O, Ukrayna-Polşa sərhədindən qaçaqmalçılıq yolu ilə silah və partlayıcı maddə keçirmək cəhdində ittiham olunur.

2016-cı ilin mayında Muto sərhəddə həbs edilib. Onun maşınında 5 Kalaşnikov avtomatı, 2 qumbaraatan, beş mindən çox patron, 125 kiloqram trotil və 100 detonator aşkarlanıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin versiyasına görə, Muto radikal sağ və millətçi baxışlara sahibdir. O, bu silahlardan 2016-cı ilin yayında futbol üzrə Avropa Çempionatı zamanı Fransada məscidə, sinaqoqa və vergi polisinin ofisinə qarşı terror aktı törətmək üçün istifadə etmək istəyirmiş.

Muto qeyri-leqal silahı Ukraynanın Donbasda yerləşən “Azov” könüllülər batalyonunun döyüşçüsündən alıb. Bu batalyonun döyüşçüləri radikal sağçı millətçi baxışları ilə tanıınırlar. Onlardan çoxu futbol fanatları sırasından çıxanlardır. Amma silah satıcısı Mutonun marağı haqda hüquq-mühafizəçilərinə məlumat verib, onlar da silah satışı üzrə xüsusi əməliyyat keçiriblər (əslində Mutonun aldığı döyüş silahları yox, sadəcə maket olub) və onu həbs ediblər.

Ukrayna qanunlarına görə 12 il azadlıqdan məhrumetmə cəzasının gözlədiyi müttəhim hər hansı şərh verməkdən imtina edir. O, bütün təfərrüatları məhkəmə prosesinin sonunda danışacağını bildirir.

Ukraynalı istintaqçıların müraciət etdiyi fransız həmkarları Mutonun evində axtarış aparıb, dostlarını dindiriblər. Amma terrorçu əməllərin izinə düşməyiblər. Onlar güman edirlər ki, böyük ehtimalla avropalı radikallar və millətçilər Ukraynanın cənub-şərqindəki münaqişədən və qaçaqmalçılıq üçün orada qeyri-leqal silahın əlçatan olmasından varlanmaq məqsədilə yararlanırlar. Buna görə də Ukrayna və Fransada Mutoya qarşı müxtəlif ittiham irəli sürülüb: birinci halda o, qrup halda terror aktının təşkilində, ikinci halda isə silah qaçaqmalçılığına cəhddə günahlandırılır.

Hromadske TV-yə danışan ekspertlər son zamanlar əks tendensiyanın müşahidə olunduğunu qeyd edirlər – qeyri-leqal silah buradan Qərbə göndərilməkdən daha çox Ukraynaya gətirilir. Bu, ölkədə cinayətkarlığın artması ilə bağlıdır. Məsələn, Ukraynada Kalaşnikov avtomatını qeyri-leqal yolla azı 500 dollara almaq olar, baxmayaraq ki, Brüsseldə onun qiyməti 350 dollardır.

Amma heç kim Ukraynanın cənub-şərqindəki müharibənin bu regionu həm adi qaçaqmalçıları, həm də terror aksiyaları törətməyə hazır olan ekstremistləri cəlb edən yüksək təhlükə mənbəyinə çevirdiyinə şübhə etmir. Birincilərin ikinciləri nə qədər tez tapacağı sadəcə zaman məsələsidir.

Donbas ilk bu cür region deyil. Son onilliklər ərzində Dnestryanı, Çeçenistan və Balkanlar da Avropaya yayılan qeyri-leqal silahın mənbəyi olub.

Facebook Comments

More on JAMnews