Exit-poll nəticələrinə əsasən, “Xalq Qulluqçusuna” seçicilərin 44 faizi səs verib" />

Ukraynada parlament seçkilərində hazırkı prezidentin partiyası qələbə qazanıb

Exit-poll nəticələrinə əsasən, “Xalq Qulluqçusuna” seçicilərin 44 faizi səs verib

İyulun 21-də Ukrayna vətəndaşları yeni parlamenti seçiblər. Parlament seçkilərinə dair Milli exit-poll nəticələrinə əsasən, birinci yeri hazırkı prezident, keçmiş komik aktyor Vladimir Zelenskinin partiyası “Xalq qulluqçusu” tutub. Partiya 43,9 faiz səs qazanıb.

REUTERS/Valentyn Ogirenko 

Rusiyayönlü “Müxalifət platforması – həyat naminə” 11,5 faiz səslə ikinci yeri tutub.

Keçmiş prezident Pyotr Poroşenkonun “Avropa həmrəyliyi” partiyası 8,9 faiz, keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası isə 7,6 faiz səs toplayıb.

Ali Radaya yeni partiya da daxil olacaq – tanınmış müsiqiçi Vyaçeslav Vakarçukun yaratdığı “Səs” partiyası seçkiləri 6,3 faiz səslə başa vurub.  

Qalan partiyalar 5 faizlik baryeri aşa bilməyib.

Ukraynanın Ali Radasında yerlər uğrunda hansı partiyalar mübarizə aparırdı və onlar bir-birindən nə ilə fərqlənir?

 

 


More on JAMnews