Macarıstanın təsirinin güclənməkdə olan Ukraynanın Zakarpatye regionunun sakinlərini bir-birindən nə ayırır " />

Ukraynada macar azlığı — pasportlar, məktəblər və saat qurşaqları

Macarıstanın təsirinin güclənməkdə olan Ukraynanın Zakarpatye regionunun sakinlərini bir-birindən nə ayırır

Ujqorod, Zakarpatye vilayəti, 18 oktyabr 2018-ci il. Foto: Anastasiya Vlasova/“Hromadskoe”

“Hromadskoe”nin materialı əsasında

Bereqovo Ukraynanın Qərbində Zakarpatye vilayətinin şəhəridir. Kənardan Ukrayna şəhəri kimi görünməyə də bilər — demək olar ki, bütün lövhələr macar dilinə tərcümə olunub, evlərin damlarından Macarıstan bayraqları asılıb, televizorda macar kanalları var.

Zakarpatyenin bütün digər yerlərində olduğu kimi, ukraynalılarla birlikdə burada macarlar, rusinlər və romlar yaşayır. Macar dili Ukrayna dilindən daha çox eşidilir.

Bir neçə ay əvvəl şəhərdə qalmaqal baş verib — Bereqovo konsulluğunda macar vətəndaşlığı alan ukraynalıların macar himnini oxuduğu və Macarıstana sədaqət andı verdiyi video yayılıb. Bundan qəzəblənən Kiyev macar konsulunu ölkədən çıxarıb.

Bu, Budapeştlə Kiyev arasında gərgin münasibətlərin yalnız bir epizodudur. Macarıstan daimi olaraq özünün Zakarpatyedə mövcudluğunu güclənidirir və bunu özünün milli azlığını dəstəkləməklə izah edir. Kiyevdə buna ehtiyatla yanaşırlar — xüsusən də ölkənin Şərqində baş verən və nəticədə 2014-cü ildə Luqans və Donetsk vilayətləri üzərində nəzarəti itirdiyi müharibədən sonra.

Ukrayna rus dili ilə vidalaşır

Qaqauziya – Moldovanın tərkibində Rusiyayönlü muxtariyyət 

Azərbaycan-Gürcüstan sərhədindəki minalar

Ujqorod Avropanın 11 paytaxtına Kiyevdən daha yaxındır. Ukraynanı burada “böyük torpaq” adlandırırlar. Ujqorod, Zakarpatye vilayəti, 19 oktyabr 2018-ci il. Foto: Anastasiya Vlasova/“Hromadskoe”

Fərqli region

Bereqovo 1919-cu ilə, yəni Rumıniya tərəfindən işğal olunana qədər macar şəhəri olub. Sonra da Çexoslovakiyanın hakimiyyəti altında olub. Macarlar onu 1938-ci ildə özlərinə qaytarıb, 1944-cü ildə isə Bereqovo bütün Zakarpatye regionu kimi SSRİ-nin tərkibinə keçib. Sovet İttifaqı dağılandan sonra Zakarpatye muxtariyyət barədə danışmağa başlayıb. Yerli hakimiyyət referendum keçirib. Referendum 1 dekabr 1991-ci ildə baş tutub. Yerli sakinlərin 78 faizi muxtariyyətin lehinə səs verib, amma Ukraynanın mərkəzi hakimiyyəti nəticələri tanımayıb.

Zakarpatye özünü xüsusi region hesab etməkdə davam edir — əsasən də qərb sərhədlərinə yaxınlığına görə. Misal üçün, Ukraynanın Ujqorod şəhəri Avropanın 11 paytaxtına Kiyevdən daha yaxındır. Zakarpatyeni Kiyevdən təkcə məsafə deyil, həm də Karpat dağ divarı ayırır. Ukraynanın qalan hissəsini burada adətən “böyük torpaq” adlandırırlar.  

Regionun daha bir şəhərciyi olan Vinoqradovu macarca Sevlüş adlandırırlar. O, Macarıstanla Rumıniya arasında yerləşir, hər iki sərhədə buradan 20 kilometr məsafə var.

Vinoqradovlu musiqiçi, yerli “Çalamada” qrupunun frontmeni Robert Tivodor, Zakarpatye vilayəti, 19 oktyabr 2018-ci il. Foto: Anastasiya Vlasova/“Hromadskoe”

Robert Tivodor əslən Vinoqradovodandır. Robertin atası macar, anası ukraynalıdır. Özünü Zakarpatye ukraynalısı sayır. Ukrayna, macar və çex sözlərindən ibarət xüsusi qarışıq dialektdə danışır, amma əsl “macar” dilini Robert demək olar ki, bilmir.

Ümumi təqaüdçülər

Bir çox yerli sakinlər sərhədlərin yaxınlığından istifadə edərək, qazanc dalınca gedir. Macarıstanda ayda 800 dollara yaxın qazanmaq olar,  Robert danışır.

Avropaya getməyin ən asan yolu macar pasportu almaqdır. Neçə yerli sakinin bu fənddən istifadə etməsi barədə rəsmi məlumat yoxdur, amma Robert onların 30 faizdən az olmadığını düşünür.

Öz həmvətənləri üçün sadələşdirilmiş vətəndaşlıq almaq prosedurunu Macarıstan yeddi il əvvəl tətbiq edib. Pasport almaq üçün müraciət edən əcdadlarının 1944-cü ilə qədər Zakarpatye ərazisində yaşadığını sübut etməlidir, vəssalam.

Bəzi təqaüdçülər Macarıstanın pensiyasını almaq üçün orada qeydiyyata düşür — orada pensiya Ukraynadakı minimal pensiyadan on dəfə çoxdur, təxminən 500 dollar. 2016-cı ildə Zakarpatye mediası on min bu cür təqaüdçünün olması haqda yazıb.

Bereqovoda demək olar ki, bütün lövhələr macar dilində də yazılır, evlərdən macar bayraqları asılıb, Zakarpatye vilayəti, 18 oktyabr 2018-ci il. Foto: Anastasiya Vlasova/“Hromadskoe”


Müxtəlif saat qurşaqlarında olan qonşular

Son iki il ərzində Zakarpatyedə müxtəlif layihələrə Macarıstan 60 milyon dollar ayırıb, bu, vilayətin büdcəsinin yeddidə bir hissəsidir.  2019-cu ilə daha 11 milyon dolların xərclənməsi planlaşdırılır.

“Bütün sakinlər bu yardımdan bu və ya digər şəkildə xeyir alır”, — Bereqovo şəhər sakini Dmitri Korbinski danışır. — Bu, həm yollar, həm də misal üçün, regionun bütün uşaqlarına vurulan, Macarıstandan gətirilən peyvənd yardımıdır”.

Zakarpatye macarlarının böyük hissəsini yaranan status-kvo qane edir, yəni onlar Ukrayna sakini ola-ola özlərinin mikro-iqlimində, macar dünyasında yaşayırlar.

Buna görə də Kiyevin bu regionu ukraynalaşdırmaq cəhdləri müqavimətlə üzləşir. Misal üçün, “Təhsil haqqında” qanunla da belə olub, həmin qanuna əsasən, bələdiyyə məktəblərində bütün tədris Ukrayna dilində aparılmalıdır; milli azlıqların dilində ancaq bir neçə fəni tədris etmək icazəsi verilir. O vaxt Kiyevlə Budapeşt arasında növbəti diplomatik qalmaqal yaşandı. Zakarpatye macarları isə övladlarını özəl məktəblərə keçirmək qərarına gəldilər — xüsusən də Macarıstan onların sayını artırmağa söz verəndən sonra.

Macar məktəbləri təkcə etnik macarlar deyil, həm də ukraynalılar arasında populyardır, məzunlar sonra Macarıstanın ali məktəblərinə qəbul olunmağı planlaşdırır. Amma başqa nümunələr də var. Oliviya Jiqo etnik macardır, amma Ukrayna məktəbində oxuyub. “Ailəmizin mövqeyi belədir — biz Ukraynada yaşayırıq və mən bu dili bilməliyəm. Birincisi, rahatlıq üçün, ikincisi də bu, bizim vətəndaşlıq borcumuzdur”,  — Oliviya danışır.

Yerli macarlar Avropa, ukraynalılar isə Kiyev vaxtı ilə yaşayır. Ujqorod, Zakarpatye vilayəti, 18 oktyabr 2018-ci il. Foto: Anastasiya Vlasova/“Hromadskoe”

O, macarlarla ukraynalıların mehriban qonşuluğuna uşaqlıqdan öyrəşib, onların müxtəlif dillərdə danışmağına və hətta müxtəlif saat qurşaqlarında yaşamasına baxmayaraq:

“Macarlar yerli vaxtla, ukraynalılar isə Kiyev vaxtı ilə yaşayır,” — Oliviya özünün doğma Vışkovo kəndində həyatından danışır, — “misal üçün bizdə konserti anons edəndə, afişanı həm macar, həm də Ukrayna dilində yazırlar. Başlama saatı da macar dilində yerli, Ukrayna dilində Kiyev vaxtı ilə göstəriləcək. İnsanlar buna alışıb, belə rahatdı”.

ru

Facebook Comments

More on JAMnews