Yarımadaya 30 minə qədər hərbi qüvvə gətirilib" />

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi: Rusiya Krıma qoşun toplayır

Yarımadaya 30 minə qədər hərbi qüvvə gətirilib

REUTERS/Pavel Rebrov

Hromadske-nin materialı 

Rusiya Krıma hərbi texnika toplayaraq, yarımadanı hərbi bazaya çevirməyə çalışır. Bu haqda Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (UTMŞ) katibi Aleksandr Turçinov Kiyevdə keçirilən təhlükəsizlik üzrə XI forumda bildirib.

“Yarımadada ölkəmizin istənilən nöqtəsindəki təyyarəni məhv edə bilən güclü C-400 zenit-raket komplekslərinin raket sistemləri yerləşdirilib… Bu, təcavüzkar Rusiyanın Krımda nəhəng hərbi potensial yaratmasının yalnız oradakı mövcudluğunu müdafiə etməklə bağlı olmadığına dəlalət edir”, – o deyib.

Onda olan məlumata görə, Krımda RF-nin 30 minə yaxın hərbçisi yerləşdirilib.

“Orada (Krımda) çox nəhəng hərbi potensial toplanıb. İyirmi ikinci ordu korpusu, Qara dəniz donanmasının digər hərbi hissələri və Rusiya HHV diviziyası ilə birlikdə 30 min nəfərdən çox hərbçini birləşdirir”, – Turçinov bildirib.

Turçinov onu da qeyd edib ki, növbəti həftə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara analoji olaraq UTMŞ da sanksiyaların tətbiqini nəzərdən keçirəcək.

 


More on JAMnews