Rus dili ancaq 5-ci sinfə və 2020-ci ilə qədər " />

Ukrayna rus dili ilə vidalaşır

Rus dili ancaq 5-ci sinfə və 2020-ci ilə qədər

Ukrayna Ali Radası təhsil haqqında qanuna məktəbdə milli azlıqların dilində tədrisi xeyli məhdudlaşdıran düzəlişləri qəbul edib.

Bu düzəlişlər ilk növbədə rus dilinə toxunur.

Belə ki, 2018-ci ilə qədər məktəbdə rus dilində təhsil ancaq beşinci sinfə qədər aparılacaq, 2020-ci ildən isə tamamilə ləğv ediləcək.

Təhsil haqqında qanuna yeni düzəlişlər Ukraynada ancaq iki etnik azlıq – Krım tatarları və karaimlər üçün istisna yaradır.

B u qərar Rusiyada və Ukraynada fərqli şəkildə qarşılandı.

Ukraynada yeniliklərin tərəfdarları onların vacibliyini onunla izah edirlər ki, Rusiya Ukraynaya qarşı elan edilməmiş müharibə aparır və bu yaxınlarda qanunvericiliklə təcavüzkar ölkə kimi tanınıb.  

Rusiyada Gazeta.ru onlayn nəşrində yer alan sitatı dövlətin nəzarəti altında olan kütləvi informasiya vasitələrinin səciyyəvi reaksiyası hesab etmək olar: “Dil prinsipi üzrə ayrı-seçkilik cəmiyyətdə total savadsızlıq və qarşıdurmanın kəskinləşməsinə gətirib çıxara bilər”.  

Xatırladaq ki, məhz dil mənsubiyyəti üzrə sıxışdırma Rusiya tərəfindən Krımın ilhaqı və Donbasdakı separatçıların dəstəklənməsi üçün bəhanə oldu, halbuki  bu əməliyyatlar başlayana qədər Ukraynada bu cür hallar qeydə alınmayıb.

Avropada yeni düzəlişlərdən narazılıqlarını Rumıniya və Macarıstan ifadə edib, onlar hesab ediblər ki, həmin düzəlişlər Ukraynada macar və rumın azlıqların hüquqlarını pozur.  


More on JAMnews