Ermənistanın hüquq müdafiəçiləri etiraz edir" />

Türkiyə vətəndaşı olan kürd dissidenti sığınacaq üçün Ermənistana sığınıb, amma hakimiyyət imtina edir

Ermənistanın hüquq müdafiəçiləri etiraz edir

Türkiyə vətəndaşı Cevriye Okuyucu Ermənistanın dövlət sərhədini başqasının adına olan saxta pasportla keçərkən saxlanılıb. Ermənistan hüqquq müdafiəçilərinin bildirdiyinə görə, o, vətənində siyasi təqibdən qaçıb, amma Ermənistan hakimiyyəti onu Türkiyəyə təhvil vermək niyyətindədir.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına əsasən, Cevriye Okuyucu kürd fəalıdır. Türkiyədən qaçış səbəbi siyasi baxışları üzündən hakimiyyət tərəfindən təqib olunmasıdır. Cevriye Okuyucu Türkiyənin kürdlərə aid  Xalq Demokratik Partiyasının üzvüdür.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin bəyanatında deyilir:

“Türkiyədəki tərəfdaşlarımız bizim təşkilata müraciət etdilər və bildirdilər ki, Türkiyə vətəndaşı Cevriye Okuyucu Ermənistan sərhədini siyasi təqibdən qurtulmaq üçün keçib. Bizə çatan məlumata görə, o, hansısa qərb ölkəsinə getmək istəyirmiş ki, orada sığınacaq istəsin”.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi onu da açıqlayıb ki, Ermənistan hakimiyyəti Cevriye Okuyucunu Türkiyə hakimiyyətinə təhvil vermək niyyətindədir:

“Türkiyəyə qayıdışı onun azadlığı və toxunulmazlığı üçün təhlükəlidir. Vətənində onun həbsi ilə bağlı qərar çıxdığı üçün geri döndüyü zaman o, məhbəsə salınacaq və işgəncələrə məruz qala bilər.

Türkiyə vətəndaşının təhvil verilməsi Ermənistan tərəfindən İnsan Haqları üzrə Avropa Konvensiyasının pozulması demək olacaq”.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Ermənistan hakimiyyətinin Cevriye Okuyucunu Türkiyəyə təhvil verməməsinə və onun üçüncü ölkəyə keçməsi üçün şərait yaratmasına israr edir.

“Türkiyədə müşahidə etdiyimiz siyasi baxışlarına görə təqiblər,  azadlıqdan məhrumetmə yerlərində qeyri-insani münasibət Ermənistanın bu vətəndaşı Ankaraya təhvil verməməsi üçün əsasdır”, – Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sədri Artur Sakunts hesab edir.

JAMnews-la söhbətində hüquq müdafiəçisi onu da bildirib ki, bu, xarici vətəndaşın sığınacaq almaq üçün Ermənistana qaçdığı ilk hadisə deyil:

“Əvvəl də Ermənistana qaçanlar olub. Qanunla hərəkət etmək əvəzinə bu insanları da Türkiyə vətəndaşı kimi saxlayıblar. Siyasi sığınacaq istəyən insanı saxlamaq olmaz”.


More on JAMnews