Bu ilin ilk yarım ilində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə 85 min nəfər daha çox turist gəlib" />

Turistlər Ermənistanda əvvəlkindən daha çox pul xərcləyir

Bu ilin ilk yarım ilində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə 85 min nəfər daha çox turist gəlib

2019-cu ilin birinci yarım ili ərzində Ermənistana gələn turistlər 2018-ci lin analoji dövrü ilə müqayisədə 120 milyon dollar daha artıq pul xərcləyiblər. İyulun 11-də baş nazir Nikol Paşinyan bildirib ki, turizm sahəsində müsbət dəyişikliklər müşahidə olunur.

Fotosessiya: Ermənistanın mağara şəhəri Qoris

Uçurum üzərində gəzinti

Hindistanlılar Ermənistanda – niyə onlar bura köçür və nə ilə məşğul olurlar?

“Turistlər özlərini təhlükəsizlikdə hiss etməlidirlər”

Hökumətin toplantısında baş nazir bəyan edib ki, Ermənistanda turistlər daha çox pul xərcləməyə başlayıblar. Bununla əlaqədar olaraq o, Milli Təhlükəsizlik Xidmətinin rəhbərinə və polis rəisinə müraciət edib:

“Bizim turistlərimiz üçün hüquq qaydaları önəmlidir. Ermənistanda ölkə vətəndaşları və turistlər özlərini təhlükəsizlikdə hiss edirlər. Bu, turizmin gələcək inkişafı üçün çox vacibdir”.

Mərkəzi Bankın rəqəmləri

Turizm sahəsində müsbət irəliləyişlərin müşahidə olunduğunu Mərkəzi Bankın sədri də təsdiqləyib. Artur Cavadyan bildirib ki, 2019-cu ilin ilk altı ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistana 85 min nəfər daha artıq turist gəlib.

Üstəlik əcnəbilər daha çox bank kartı ilə hesablaşmağa başlayıblar. Bu yüksəliş belə olub:

• restoran və kafelərdə – 75%,

• turagentliklərdə – 36%,

• mehmanxanalarda – 32%,

• supermarketlərdə – 30%-dən çox.

Turistlər 22 faiz daha çox bankomatdan nağd pul çıxarıb.

“Bu göstəricini biz xarici plastik kartların ölkəmizdə dövriyyəsi üzrə məlumatları respublika sərhədi keçmə uçotu sisteminin məlumatları ilə qarşılaşdıraraq əldə etmişik. Çünki kart xarici, sahibi isə yerli – Ermənistan rezidenti ola bilər. Buna görə də ölkədən giriş-çıxış göstəricilərini də nəzərə almaq lazımdır”, – Mərkəzi Bank sədri bildirib.

O qeyd edib ki, 2013-cü ildə aparılan tədqiqatın nəticələri hər bir turistin o zaman Ermənistanda nə qədər pul xərclədiyini göstərib. O zaman bu rəqəm orta hesabla 730 dollar idi.

“Bugünkü tədqiqatlar göstərir ki, hər bir turist 880 dollar xərcləyir”, – Cavadyan deyib.

Bu tədqiqatın göstəricilərinə əsasən, son altı il ərzində daha 300 yeni mehmanxana açılıb ki, bu da tələbatın artmasından xəbər verir.


More on JAMnews