Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, boşanmaların səbəbi psixoloji uyğunsuzluqdur " />

Toydan əvvəl uyğunluq yoxlaması – azərbaycanlı məmurların yeni ideyası

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, boşanmaların səbəbi psixoloji uyğunsuzluqdur

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nikaha girən cütlüklərin psixoloji uyğunluğunu yoxlamağı təklif edir.

Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, bu, boşanmaların sayını azaltmağa kömək edəcək.

• Azərbaycanda boşanma: uşaqları necə qorumalı?

• Azərbaycan sakinləri ilk seksual təcrübələri haqda danışır

• Seçim hüququ olmadan – Azərbaycanda kişiləri məcburən evləndirəndə

“Ailə psixoloqu istitutu yaratmaq və vətəndaşların bu xidmətdən yararlanmasını təmin etmək lazımdır”, – Hüseynova Trend agentliyinə müsahibəsində bildirib.

Bu cür institutun yaradılması komitənin hazırladığı “Ailə strategiyasında” nəzərdə tutulub.

Komitə hansı psixoloji problemi həll etmək istəyir?

Azərbaycanda gənc cütlüklər çox nadir hallarda evlilikdən əvvəl birlikdə yaşayırlar. Getdikcə daha çox cütlük görüşür və birlikdə zaman keçirir, amma birgə təsərrüfat aparmaqdan sööhbət belə getmir: çoxları nikahdan öncə seksi əxlaqsızlıq hesab edir.

Bunu, məsələn, 1news saytının apardığı sorğu da təsdiqləyir.

Buna görə də çox vaxt bir-birini o qədər də yaxşı tanımayan iki adam evlənmiş olur. Hətta gəlinlə bəyin toydan əvvəl bir-birlərini uzaqdan gördükləri halları da az baş vermir. Belə cütlüklərə bir-birinə uyğunlaşmaq çətin olur və ailə dağılır.

2018-ci ilin ilk altı ayı ərzində Azərbaycanda 33009 nikah və 8538 boşanma qeydə alınıb. Yəni təxminən hər dörd nikahdan biri boşanma ilə nəticələnir.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, boşanma səbəbləri sırasında ər-arvad, məsələn, xarakterlərin uyğun gəlmədiyini, qısqanclıq və məişət zorakılığını göstərir.

Toydan əvvəl yoxlama lazımdırmı?

Artıq bir neçə ildir ki, Azərbaycanda nikahdan əvvəl cütlüklərin məcburi şəkildə bir sıra dəri-zöhrəvi və genetetik xəstəliklərlə bağlı yoxlamadan keçməli olduğunu əsaslandıran qanun mövcuddur. Bu, gələcək ömür-gün yoldaşlarının bir-birinin hansı xəstəliklərinin olduğu, gələcək uşaqlarına hansı xəstəlikləri ötürə biləcəkləri haqda məlumatlanmaları üçün lazımdır.

Bu qayda 2015-ci ildən tətbiq olunur və cəmiyyətdə anlayışla qarşılanıb. Əsas səbəb talassemiya xəstəliyinin çox geniş yayılmasıdır. Bu, çox nadir qan xəstəliyidir. Dəri-zöhrəvi xəstəliklərə qarşı yoxlama da bu xəstəliklərin yayılmasının qarşısının alınması üçün labüd profilaktik addım kimi qəbul edilib.


More on JAMnews