JAMnews texniki baxışa dəxli olan ən populyar suallarla maraqlanıb " />

Gürcüstanda texniki baxışdan necə keçməli?

JAMnews texniki baxışa dəxli olan ən populyar suallarla maraqlanıb

Foto: David Tabaqari, JAMnews

Hökumətin texniki reqlamentinə uyğun olaraq maşınlar müəyyən tələblərə cavab verməlidir. əks təqdirdə sürücülər ciddi cərimə ödəməli olacaq.

JAMnews texniki baxışa dəxli olan ən populyar suallarla maraqlanıb.

Birincisi və ən əsası – texniki baxışdan nə zaman keçmək lazımdır?

Hər şey avtomobilin qeydiyyat tarixindən asılıdır. Məsələn, əgər maşın mayın 10-da qeydiyyatdan keçirilibsə, yəni avtomobilin pasportunda qeydiyyat tarixi 10 may göstərilibsə, o zaman bu o deməkdir ki, texniki baxışdan keçirmək üçün son tarix məhz mayın 10-dur.

Tbilisi nə ilə nəfəs alır?

Piyada gəzməyi sevənlər üçün Tbilisinin niyə yaxşı yer olmadığınnı göstərən altı səbəb

581! 2016-cı ildə Gürcüstan yollarında bu qədər insan həlak olub. Nə etməli?

 Əgər maşın fevralda alınıb və qeydiyyatdan keçirilibsə, o zaman tələsməniz lazımdır, texniki baxış müddətinə az qalıb. Texniki baxış tarixini  pti.ge saytından dəqiqləşdirmək olar.

Maşınları yanvarda qeydiyyatdan keçmiş sürücülərin bəxti gətirməyib. İlin əvvəlindən artıq 9 mindən çox avtomobilsevər cərimələnib. Hamısı da eyni səbəbdən – texniki baxışın gecikdirilməsi.

Texniki yoxlanış harada aparılır? Əlavə suallar yarandığı zaman kimə müraciət etmək lazımdır?

Növbədə vaxt itirməmək üçün online rejimdə qeydiyyatdan küçmək mümkündür. Bunu www.pti.ge saytında eləmək lazımdır. ən uyğun texniki baxış mərkəzini də elə oradan seçmək mümkündür. Qeydiyyatdan sonra mobil telefona mərkəzin dəqiq ünvanı, komtaktların təsdiqi və sizin sifarişinizin fərdi nömdəri yazılmış sms gələcək.

Əgər internetin olmaması və ya başqa səbəbdən online rejimdən yararlana bilmirsinizsə, sizə 14-84 nömrəli “qaynar xətt”in operatorları yardım edərlər. Bu nömrəyə zəng vurmaq pulsuzduz. Sadəcə nəzərə almaq lazımdır ki, şənbə və bazar günləri operatprlar işləmir, qalan günlərdə isə 9.00-dan 18.00-a qədər zəng vurmaq lazımdır.

Əlavə suallar yarandığı zaman yenə də “qaynar xəttə” zəng vurmaq olar. Ya da yaranmış suala fərdi şəkildə www.pti.ge saytında, ya da Driver Helper Georgia mobil applikasiyasında cavab axtarmaq mümkündür.

Texniki baxış neçəyə başa gəlir?

Minik maşınının texniki baxışı 60 lari, yük və sərnişin nəqliyyatının isə 100 laridir.

Prosedurun ödənişini yalnız bank, internet və ya bankomatlar vasitəsilə eləmək mümkündür.

Nəzərə almaq lazımdır ki, əlavə xərclər də ola bilər: əgər avtomobildə texniki baxış zamanı qüsurlar tapılarsa, o zaman onları aradan qaldırmaq lazım olacaq.

Maşın ilk dəfədən texniki baxışdan keçməyə də bilər

Əgər avtomobildə qüsurlar aşkarlanarsa, onları 30 gün müddətində aradan qaldırmaq lazım olacaq. Bu müddətə çatdıra bilməsəniz, təkrar texniki baxış üçün yenidən minik avtomobili üçün 60 lari, yük və sərnişin nəqliyyatı üçün isə 100 lari ödəməli olacaqsınız.

Texniki baxış zamanı nələr yoxlanılır?

Xüsusi texniki reqlament mövcuddur, avtomobil onun şərtlərinə cavab verməlidir. Reqlamentə əsasən, əyləc, sükan idarəsi sistemi, fənərlər, daxili işıqlandırma, elektrik qurğuları, mehvər, təkərlər, şinlər, asmalıq, şassi və onun hissələri saz olmalıdır.

Bundan başqa, avtomobil ətraf mühiti normadan artıq kirləndirməməlidir – işlənmiş qazın çıxması da yoxlanacaq, bundan başqa, işləyən zamanı səs həddini də aşmamalıdır.

Hərçənd deyirlər ki, texniki reqlament ola bilər ki, yumşaldılsın.

Söhbət bir neçə dəyişiklik haqda gedir. Ön şüşədəkı zədələnmələrə münasibət daha loyal olacaq – yəqin hakimiyyəti Gürcüstanda yolların ideal olmadığını və ön şüşəyə istənilən an qarşıdan gedən maşının təkərinin altından sıçrayan daş dəyə biləcəyini nəzərə alıb. Hazırkı reqlamentdə xırda cızıq və ya çata görə ön şüşənin dəyişdirilməsi nəzərdə tutulub ki, bu da çox baha başa gəlir.

Daha bir liberal dəyişikliyin avtomobilin “yan şüşələrinin tündləşdirilməsi” ilə bağlı olacağı gözlənilir. Həmçinin maşının kuzovunun zahiri görünüşünə də daha az fikir veriləcək – məsələn, zamaskalanmış, amma rənglənməmiş hissələr maşının texini baxış zamanı brak çıxarılmasına səbəb olmayacaq.

Facebook-da sürücülər bir-biri ilə texniki baxışdan keçmə təcrübəsi ilə bölüşürlər. Biz ən maraqlı fraqmentləri seçdik, onlarla buranı tıklayaraq tanış ola bilərsiz

+

1.  Zavodda yığılarkən maşında quraşdırılmış bütün lampalar (o cümlıədən, salondakı lampalar) qaydasında olmalıdır.

2. Ön və arxa şüşələr qaydasında olmalıdır – çatı, sürücünün diqqətini yayındıra biləcək nəzərəçarpan səthi zədələnməsi olmamalıdır (ön şüşədə səthi zədələnmə beş millimetrdən artıq olmamalıdır).

3. Şüşəsilənlər ideal çalışmalıdır. Bütün güzgülər tam olmalıdır. Bütün qapılar düzgün işləməlidir.

4. Xarici görünüşcə avtomobil normal formada olmalıdır – nəzərə çarpan əziklər və pas olmamalıdır.

5. Faralar təmiz olmalı və işığı bərabər paylamalıdır. Bu, həm də faraaltı işıqlara və qəza işıqlarına aiddir.

6.Təkərlərə, qoruyucuların ölçüsünə diqqət yetirin. Bütün təkərlər eyni olmalıdır. Mütləq ehtiyat təkər olmalıdır.

7.  Əyləc, əl əyləci düzgün işləməlidir. Eyni zamanda, sükan, sükan idarəetməsi qaydasında olmalıdır.

8. Mühərrik qaydasında olmalı, çox səs-küy etmədən çalışmalıdır. Dövrlərinin sayı çox olmamalı, “neytral” sürətdə sönməməlidir. “Şamları” mütləq yoxlayın, hava filtrini, benzin ötürücü sistemi və filtrləri qaydasına salın.

9.Maşını altdan da yoxlayın. Yağın axmasına diqqət yetirin. Ümumiyyətlə, texniki baxışdan əvvəl maşını hər tərəfdən, eyni zamanda, altdan yumaq yaxşı olardı.

10.  Alt hissədə pasın yediyi yerlər, pis bərkidilmiş fraqment və hissələr olmamalıdır.

Texniki baxışdan keçmək üçün hansı sənədlər lazımdır?

Yalnız avtobobilin pasportu, şəxsiyyət vəsiqəsi və texniki baxış xidməti xərcinin ödənməsi haqda qəbz.

Maşın texniki baxışdan keçməsə nə olacaq?

Texniki baxışdan keçmək istəməyən sürücülər 50 lari, hüquqi şəxs və ya fərdi sahibkar isə 200 lari cərimə olunacaq.

Əgər belə bir maşını kiməsə sürməyə versəniz, o zaman həm maşının sahibi, həm sürücü 50 lari ödəməli olacaq. Əgər vəziyyəti düzəltməyə çalışmasanız,hər növbəti ay 50 lari ödəməli olacaqsıznız ki, bu da ildə 600 lari təşkil edir. Cərimə ay ərzində ödənilməlidir.

Cərimə ödəyən zaman əlavə 500 lari də hesablanacaq. Əgər bu cəza da səmərəsiz olsa, o zaman sürücü yarım il müddətinə sürücülük vəsiqəsindən məhrum olacaq.

Yanvarın 14-dən “texniki baxışı sevməyənlərin” həyatı mürəkkəbləşib – Gürcüstan yollarında “ağıllı kameralar” işə düşüb, onlar ön şüşədə texniki baxışdan keçdiyini təsdiqləyən talonu asanlıqla görə bilir.

Dörd sutka ərzində “ağıllı kameralar” 6654 cərimə yazıb. Buna qədər isə ilin əvvəlindən bu yana patrul texniki baxışdan keçirilməyən 2404 maşının sürücüsünə cərimə yazıb.

Sağ sükanlı maşınların sürücüləri nə etsin?

Başqaları nə edirsə, elə onu. Qanun hamı üçün eynidir.

Sağ sükanlı maşınlar bütün digər minik maşınları kimi tüxniki yoxlamadan keçəcək. Sağ sükanlı maşınların sahibləri əlavə olaraq fənərlərin işıq axınının istiqamətini korrektə etməli olacaqlar. Bütün maşınlara yanaşma eynidir – əsas odur ki, avtomobil texniki tələblərə cavab versin.

İlkin istehsalda sağ sükanlı olan, amma sonra sükanı sola keçirilən maşınlara münasibətdə də eyni qaydalar keçərlidir. Qeyd etmək lazımdır ki, əgər sükanı sağdan sola keçirmək qərarı alınıbsa, bunu texniki baxışa qədər etmək lazımdır, çünki texniki baxışdan kemiriləndən sonra sükanın yerini dəyişmək qəti qadağandır. Hətta bu cür maşın növbəti texniki baxışa buraxılmaya da bilər.

Bə əgər maşına qaz balonu qarışdırılıbsa?

Qazla işləyən maşınlar üçün də texniki baxış mütləqdir. Bu cür maşınlar xüsusi akkreditasiya olunmuş yerdə texniki baxışdan keçiriləcək. Bu cür mərkəzlərin dəqiq ünvanlarını buradan öyrənmək olar.

Texniki baxışdan nə zamandan bir keçmək lazımdır?

Əgər bu il bütün avtomobillər qeydiyyat tarixi üzrə texniki baxışdan keçirilsə, o zaman gələn ildən texniki baxışdan keçmək üçün tarix avtomobilin istehsal tarixinə görə təyin ediləcək. Konkret prosedur isə aşağıdaki kimi reqlamentləşdirilib: əgər minik maşının istehsalından 4 ildən az vaxt keçibsə, istehsal tarixindən tam 4 il keçəndən sonra texniki baxışa ehtiyac olacaq.

Maşının texniki baxışdan keçdiyini göstərən sənəd bu cür görünür

İstehsal müddəti 4 ildən 8 ilə qədər olan maşınlar iki ildə bir dəfə texniki baxışdan keçməlidir.

8 yaşdan “qoca” maşınlar hər il texniki baxışdan keçirilməlidir. Məsələn, əgər maşın 2005-ci ildə istehsal olunubsa, o zaman hər il texniki baxışdan keçmək lazımdır, çünki 8 yaşdan “qocadır” – istehsal tarixindən 14 il ötüb.

Sərnişin nəqliyyatına (8 və daha oturacaq yeri olan avtomobillər), misal üçün, “marşrut taksiləri”nə gəlincə, onlar üçün texniki baxış hər il nəzərdə tutulub. Əgər bu cür maşının istehsalından 5 ildən çox keçibsə, texniki baxışdan ildə iki dəfə keçilməlidir.

Eləcə də tamsilər üçün. İstehsal tarixindən asılı olmayaraq, texniki baxış ildə iki dəfə keçilməlidir. Həmin tənzimləmə təcili tibbi yardım maşınlarına da şamil olunur.

İllik texniki baxış həm də yük avtomobilləri (3,5 ton və daha çox), qoşqular, yarımqoşqular (3,5 ton və daha çox) üçün nəzərdə tutulub.

Texniki təftiş kimə şamil olunmur?

Tranzit nömrə nişanlı, gömrükdən keçməmiş avtomobillrə.

Texniki baxış motosikletlər üçün də lazım deyil.

Eyni zamanda, 1960-cı ilə qədər istehsal olunmuş, istehsaldan çıxarılmış modellərə, tarixi dəyər elan olunmuş və ilkin vəziyyətində olan maşınlara, hərəkət etmək iqtidarında olmayan və eyni yerdə statik vəziyyətdə olan maşınlara, həmçinin zavod göstəricilərinə görə sürəti saatda 25 kilometrdən çox olmayan avtonəqliyyat vasitələrinə.

Gürcüstan vətəndaşı olmayanlar üçün

Vətəndaşlığın texniki baxışa heç bir aidiyyəti yoxdur. Əcnəbilər, Gürcüstan vətəndaşları kimi, eyni Gürcüstan yolları ilə hərəkət edirlər. Beləliklə, əcnəbilər də öz maşınlarını texniki baxışdan keçirməlidirlər.

Texniki baxış nəyə lazımdır?

Hakimiyyət əsas üç səbəb göstərir:

Birincisi – bu, Avropa İttifaqının tələbidir və Avropa standartlarına yaxınlaşmaqdır;

İkincisi – qəzaların və yollarda bədbəxt hadisələrin qarşısının alınması;

Üçüncüsü – təhlükəli avtomobil tüstüsünün ətraf mühiti çirkləndirməsinin azaldılması.

Korrupsiya təhlükəsi istisna edilibmi?

Qanuna görə, müştəri ilə texniki baxış mərkəzinin nümayəndəsi arasında nağd pul yoxdur. Ödəniş banklar və germinallar vasitəsilə həyata keçirilir.

Bundan əlavə, yerində videomonitorinq aparılır, proses qeyd olunur və bu yazı 14 ay ərzində saxlanır.

Lakin buna skepsislə yanaşanlar güman edirlər ki, bu tədbirlər kifayət deyil və prosesin korrupsiya elementlərindən müdafiəsi üçün daha sərt vasitələr lazımdır.

Maşını texniki baxışa mütləq onun sahibi aparmalıdırmı?

Xeyr, vacib deyil. Maşını dostuna, ərinə, arvadına, atana və s. etibar etmək mümkündür.

Buindan başqa, xüsusi servis mövcuddur – sifarişinizlə maşın texniki baxışa aparılır və bütün prosedurlar başa çatdıqdan sonra geri qaytarılır. Təbii ki, bunlar pulsuz edilmir. Bu halda siz vaxtınıza və əsəblərinizə qınaət etmiş olursunuz. Bu servislərdən biri ilə caru.ge saytında tanış olmaq mümkündür.

İlk nəticələr

“Avtomobil təfti.i orqanları assosiasiyası”nın məlumatına əsasən, artıq 130 min maşın texniki baxışdan keçib və onlardan 40 minində çatışmazlıqlar müəyyən olunub.

Belə avtomobillərin 30 faizi hələlik təkrar texniki baxışa gətirilməyib.

Rəsmi məlumata görə, yoxlamalar göstərib ki, əsasən maşınların əyləc sistemləri, sükan idarəetməsi və ifrat tüstülənmə çatışmazlıqları qeydə alınır. Bunların hamısı müəyyən təhlükə törədir.

Təxminən 200 “sarı mikroavtobus”, 100 avtobus və Tbilisi meriyasının 42 avtomobili texniki baxışdan keçə bilməyib.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Gürcsstan avtoparkının təxminən yarısını 20 il və daha əvvəl istehsal ilunmuş maşınlar təşkil edir.

Auditor yoxlamalarının nəticələrinə görə, havanın çirklənməsində Gürcüstanda maşınların payı 71% təşkil edir.

Facebook Comments

More on JAMnews