Etirazçılar deputatlar üçün “rüsvayçılıq dəhlizi” hazırlayır" />

Tbilisinin mərkəzində «Berlin divarı». Parlamentin binasının ətrafında polis metal sədlər çəkib

Etirazçılar deputatlar üçün “rüsvayçılıq dəhlizi” hazırlayır

Gürcüstan parlamentinin yaxınlığındakı Çitadze və Zubalaşvili küçələri, həmçinin qanunverici orqanın binasının bir neçə girişi noyabrın 28-i səhərdən etibarən dəmir konstruksiyalarla qapanıb.

Eyni zamanda, hökumət administrasiyasının binasının yaxınlığındakı küçə də bağlıdır.

Tbilisidə gecə yenə etiraz aksiyası dağıdılıb. Yaralananlar var

 

 

Patrul polisinin rəisi Vaja Siradzenin sözlərinə görə, dəmir sədlər parlamentin bilavasitə yaxınlığında təhlükəsizlik baxımından quraşdırılıb ki, etirazçılar “polisə qarşı zor tətbiq etməsinlər”.

Siradzenin sözlərinə əsasən, parlamentin yaxınlığındakı küçələr o vaxta kimi qapalı qalacaq ki, aksiyalar davam edir və parlamentin girişlərinin piketçilər tərəfindən bağlanması təhlükəsi mövcuddur.

Siradze bildirib ki, küçələrdə yalnız yerli sakinlər hərəkət edə bilərlər.

«Biz adekvat hərəkətlər edirik ki, ictimai təhlükəsizlik təmin olunsun», — Siradze deyib.

Sədlərin quraşdırılmasına baxmayaraq, etirazçılar və müxalifət liderləri parlamentin yaxınlığında toplaşırlar və onun piketlə bağlanmasını davam etdirməyi planlaşdırırlar.

Polis onlara parlamentə yaxınlaşmağa imkan vermir. Etirazçılar dəmir konstruksiyaları döyəcləyir, fit çalır və şüarlar səsləndirərək, etirazlarını ifadə edirlər.

«Parlamenti bu cür mühasirəyə alınmış formada xatırlamıram. Onlar bizim işimizin yarısını özləri görüblər. Bizə girişlər lazım deyil, elə yerdə duracağıq ki, burada onlar özlərini barrikadalaşdırıblar. Görək, içəri necə daxil olacaqlar», — “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Giqa Bokeriya deyib.

 

«Berlin divarı» — müxalifət liderləri parlamentin ətrafındakı barrikadaları belə adlandırınlar.

«Mən cənab Bidzina İvanişvilini və “Gürcü arzusu”nu bu möcüzə münasibətilə təbrik etmək istəyirəm… Bu nədir? Gürcüstan paytaxtında Berlin divarı? Onlar fikirləşirlər ki, öz siyasi məqsədlərinə çatacaqlar? Bidzina İvanişvili özü parlamentin girişini bağlayıb… Onlar düşünüblər və bu cür axmaq qərara gəliblər ki, bunu heç Rusiyada Putin etmir», — “Vahid milli birlik” partiyasının təmsilçisi Giorgi Baramidze bildirib.

«Onlar 13-cü rayon (fransız bədii filmi) yaradıbıar. Onlar nə düşünürlər və işlərini necə davam etdirəcəklər? Hökumət özü özünü dustaq edir – ya sədlərlə, ya avtobuslarla, bundan gülməli nə ola bilər ki?», — “Girçi” partiyasıın lideri Zurab Caparidze vəziyyəti belə dəyərləndirib.

 


More on JAMnews