“Gürcüstanda indi bir növ reinkarnasiya dövrü başlayıb, indi ölkə Rusiyadan uzaqlaşmalı və həqiqətən müstəqil olmalıdır”, - Luka belə düşünür " />

Tbilisidəki işğal əleyhinə mitinqlərin yarı yamaykalı iştirakçısı kimdir?

“Gürcüstanda indi bir növ reinkarnasiya dövrü başlayıb, indi ölkə Rusiyadan uzaqlaşmalı və həqiqətən müstəqil olmalıdır”, - Luka belə düşünür

Artıq iyirmi gündən çoxdir ki, Gürcüstan parlamenti qarşısımda mitinqlər keçirilir və daxili işlər nazirinin istefası tələb olunur. Bu mitinqi təşkilatçılar işğala qarşı adlandırırlar, çünki aksiya rusiyalı deputat Qavrilovun ölkəyə gəlişindən sonra başlayıb. İyunun 20-də xüsusi təyinatlılar güc tətbiq edərək aksiyanı dağıdandan sonra isə miqintin əsas tələbi daxili işlər nazirinin istefası oldu.

Bu zaman kəsiyində mitinqdə yüzdən çox insan çıxış edib. Luka da onların arasında olub. 

Qaradərili oğlanın təmiz gürcü dilində Rusiya işğalı haqda danışmasını əks etdirən videonu minlərlə insan izləyib.

"მე მქვია ლუკა…ნახევრად იამაიკელი ვარ და ნახევრად მეგრელი. 7 წელი ვიცხოვრე ლონდონში და მოქალაქეც ვარ, მიუხედავად ამისა, რაც არ უნდა მოხდეს არ მინდა სხვაგან ცხოვრება… დრამატულად რომ ვთქვათ, მინდა აქ გავატაროთ ბოლო წუთები", – აქცია #სირცხვილიას ერთ-ერთი მონაწილე.

Posted by NEWS.On.ge on პარასკევი, 05 ივლისი, 2019

Luka tribunadan Londonda doğulduğu və Finlandiya vətəndaşı olduğu haqda danışıb.

“Amma nə olursa olsun, mən burada, özölkəmdə – Gürcüstanda qalmaq istəyirəm”, – o bəyan edib.

Luka burada babası ilə birlikdədir. Babası onun əsas azarkeşidir.

Lukanın 14 yaşı var. Çıxışının mətnini o özü hazırlayıb. Əvvəlcə mətni mobil telefonunda yazıb, sonra oxumaq üçün babasına verib.

“Onun mətninə heç kim müdaxilə edilməyib, bu, onun demək istədikləri idi və forması da onun özününkü olmalıydı. Mən ona bircə onu dedim ki, ən əsası gərilməməkdir, auditoriya böyük olacaq, həyəcanlanma”, – Lukanın babası deyir.

Tribunadan toplananalara müraciət etdiyi zaman Luka sakit idi. Aksiya iştirakçıları arasında onun babası da vardı. O deyir ki, həmin dəqiqələrdə qürürla gülümsəyirdi.

 

Lukanın anası Yamayka əsilli London sakinidir. Atası isə gürcüdür.

8 yaşına qədər o, Londonda yaşayıb. Gürcüstana ancaq yay tətillərində gəlirmiş, babasını və nənəsini, yerli atmosferi, Tbilisi teleqülləsini çox sevir.

Məhz onun arzusu ilə ailəsi Tbilisiyə köçüb. Gürcü dilində ilk öyrəndiyi söz “qüllə” olub. Bu gün Luka gürcü dilində çox yaxşı danışır.

Hələ məktəbdə oxuyur, amma artıq Gürcüstanın siyasi proseslərinə qoşulub, baş verən olayları izləyir.

“Gürcüstanda indi bir növ reinkarnasiya dövrü başlayıb, indi ölkə Rusiyadan uzaqlaşmalı və həqiqətən müstəqil olmalıdır”, – Luka belə düşünür.

“Gürcüstanda çox yaxşıdır, mən burada olmaq istəyirəm və şadam ki, yaxın zamanda hər şeyin daha yaxşı olacağına ümid edir və əminəm. Buna görə də, bu etiraz məhz bunun üçündür”, – Luka deyir.

 

*Material Tolerantlıq və Müxtəliflik İnstitutunun (TDI) “Müxtəlif simalar” layihəsi çərçivəsində hazırlanıb. Tam versiyanı burada görə bilərsiz.


More on JAMnews