Həyat dolu şəhər – bu Tbilisi merliyinə namizəd Kaxa Kaladzenin seçkiqabağı şüarı idi. İndi isə bu sözlər paytaxtın əsas yolkasını bəzəyir." />

Tbilisidə Yeni İl yolkasını hakim partiyanın sloqanı ilə bəzəyiblər

Həyat dolu şəhər – bu Tbilisi merliyinə namizəd Kaxa Kaladzenin seçkiqabağı şüarı idi. İndi isə bu sözlər paytaxtın əsas yolkasını bəzəyir.

Tbilisidə, Azadlıq Meydanında artıq paytaxtın əsas yolkasını quraşdırmağa başlayıblar.

Yolka yeni deyil – hər il olduğu kimi bu il də paytaxtın əsas yeni il atributunu Müqəddəs Georgi monumentinin kolonnası ətrafında qurublar. Amma tbilisililər üçün dekorasiya yeni olub – yeni seçilmiş Tbilisi meri Kaxa Kaladze yolkanın ətrafına öz seçkiqabağı sloqanını yerləşdirmək qərarına gəlib – “Həyat dolu şəhər”, həm gürcü, həm ingilis dilində.

Partiya sloqanı ilə bəzədilmiş yolkanın fotoları Facebook-un Gürcüstan seqmentində əsl xit olub

“Yəqin ki, dünyanın ilk partiya sloqanlı yolkası bizdədir. Və bu yolka hansısa partiyanın ofisində yox, ölkənin əsas meydanında quraşdırlıb”, – Facebook istifadəçilərindən biri yazır.


More on JAMnews