Aksiya iştirakçıları keçmiş baş nazir Bidzina İvanişvilinin mülkünün qarşısında toplaşıblar " />

Tbilisidə taksi sürücüləri yeni nizamlamalara qarşı aksiya keçirib

Aksiya iştirakçıları keçmiş baş nazir Bidzina İvanişvilinin mülkünün qarşısında toplaşıblar

Tbilisidə taksi sürücülərinin etiraz aksiyası baş tutub. Maşın cərgəsi bütün şəhərdən keçərək “Gürcü arzusu” iqtidar partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahının yanına gəlib çıxıb. Taksi sürücüləri qəbul olunmuş nizmlamaların ləğvini və ya heç olmasa, tətbiqinin təxirə salınmasını tələb edirlər.

İvanişvilinin evinin qarşısında aksiya

Gürüstanın keçmiş baş nazirinin iqamətgahı qarşısında aksiya iştirakçıları Tbilisi meri Kaxa Kaladze ilə danışmağı tələb ediblər. Sürücülərin tələblərini dəstəkləyən Leyborist Partiyasının nümayəndələri də aksiyada iştirak ediblər.

Yerevanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

Sağsükanlı maşinlara əlvida?

“İnsanları işsiz, pulsuz, çörəksiz qoyan bu nizamlamaların tətbiqini təxirə salmaq lazımdır”, – partiya liderlərindən biri Giorgi Quqava bəyan edib.

Leyboristlər taksi sürücülərinin tələblərini yerinə yetirmək üçün hakimiyyətə iki gün vaxt verib və əks təqdirdə permanent etiraz aksiyaları keçirəcəkləri ilə hədələyiblər. Aksiyanın keçirildiyi iqamətgah qarşısına çox sayda polis qüvvələri cəlb olunub.

ტაქსის მძღოლები ბიძინა ივანიშვლის სახლთან აქციას მართავენ.

Posted by რადიო თავისუფლება on ხუთშაბათი, 11 აპრილი, 2019

Taksiçilər nəyə qarşı çıxır?

Taksi sürücülərinin etirazının əsas səbəbi meriyanın bütün maşınların ağ rəngə boyanması ilə bağlı tələbidir. Meriyanın qərarına əsasən, bütün fərdi taksilər 2019-cu il oktyabrın 1-dən ağ olmalıdır. Maşınların rənglənməsi üçün meriya sürücülərə 800 larilik (300 dollardan bir qədər çox) vauçer də təklif edib. Amma sürücülər bildirirlər ki, bu vəsait bəs deyil – maşının rənglənməsi daha baha başa gəlir. Bundan başqa, rənglənmiş avtomobili daha sonra lazım gəldikdə normal qiymətə satmaq çox çətin olur. Üstəlik maşının rənglənməsi prosesinin özü də bir neçə gün işsiz, yəni qazancsız qalmaq deməkdir.

“Biz maşınların rənglənməsi ilə bağlı sərəncamın ləğv olunmasını, həmçinin sağsükanlı maşınlarda işləməyə və bütün sürücülərə sərnişinləri istənilən yerdə mindirməyə icazə verilməsini tələb edirik”, – aksiya başlamazdan əvvəl onun təşkilatçısı Laşa Çxartişvili bildirib.

ტაქსის მძღოლები ახალ რეგულაციებს აპროტესტებენ

Posted by რადიო თავისუფლება on ხუთშაბათი, 11 აპრილი, 2019

Meriya nə cavab verir?

Tbilisi meriyası taksiçilərə alternativ variant təklif edib – satış dəyəri düşdüyü üçün maşını rəngləməsinlər, xüsusi ağ vinillə üzləsinlər. Bu haqda merin müavini İliya Eloşvili bildirib. Onun sözlərinə görə, bu variant xərc tələb etməyəcək, bunu reklam şirkətlərindən biri öz üzərinə götürəcək, taksilər də iki il müddətində həmin şirkətin reklamını üzərində daşıyacaq. Eloşvili bildirib ki, lisenziyalı taksiçilərə ciddi imtiyazlar təqdim ediləcək – onlar dayanacaqlardan pulsuz istifadə edə biləcək, gəlir vergisindən azad ediləcək, həmçinin maşını üzləmək istəməsələr, rəngləmə və kimyəvi təmizləmə vaucherləri alacaqlar.

Nizamlama nəyi nəzərdə tutur?

Sovet İttifaqı dağılandan sonra Tbilisidə taksi biznesi kortəbii, nəzarətsiz xarakter daşıyırdı. Hər kəs taksi kimi fəaliyyət göstərə bilərdi, maşının üzərinə taksi nişanı qoymaq yetərli idi. Taksilərə lisenziya tətbiqi haqda ilk dəfə Tbilisi meri Kaxa Kaladze 2017-ci ildə bildirib. Tbilisi meriyası nizamlamanın tətbiqini mərhələli şəkildə həyata keçirmək qərarına gəlib.

2018-ci il oktyabrın 1-dən sürücülərin sərnişin daşımaq üçün lisenziya alması məcburi olub. Adi avtomobillər üçün bir illik lisenziyanın qiyməti 100 lari (40 dollara yaxın), hibridlər üçün isə 50 laridir (20 dollara yaxın). Elektromobillər üçün lisenziya pulsuzdur. Lisenziyasız sərnişin daşımağa görə 200 lari (80 dollara yaxın) cərimə ödəmək lazım gəlir.

2019-cu il oktyabrın 1-dən sağsükanlı və üçqapılı avtomobillərin taksi kimi istifadəsi qadağan ediləcək. Bundan başqa, taksilər ağ rəngdə olmalıdır.

Facebook Comments

More on JAMnews