“Vətənpərvərlər Alyansı” “David Qareci Gürcüstandır” şüarı altında aksiya keçirib, eyni zamanda hökumətdən NATO üzvlüyündən imtina etməyi tələb edib" />

Tbilisidə rusiyayönlü partiyanın tərəfdarları Azərbaycandan sərhəddəki qədim monastırla bağlı iddialardan əl çəkməyi tələb ediblər

“Vətənpərvərlər Alyansı” “David Qareci Gürcüstandır” şüarı altında aksiya keçirib, eyni zamanda hökumətdən NATO üzvlüyündən imtina etməyi tələb edib

Vətənpərvərlər Alyansı iyunun 15-də Tbilisidə Azadlıq meydanında “David Qareci Gürcüstandır” şüarı altında etiraz aksiyası keçirib.

Vətənpərvərlər Alyansının tərəfdarları və fəalları bugünkü aksiyaya ölkənin müxtəlif regionlarından gəliblər.

Vətənpərvərlər Alyansı müxalif mühafizəkar parlament partiyasıdır. Rusiya ilə münasibətlərin bərpası, NATO-ya inteqrasiyadan imtina və Gürcüstanın neytral statusunun tərəfdarları kimi çıxış edir. 2016-cı ildə keçirilən parlament seçkilərində seçici səslərinin 5 faizini qazanıb.

Dağlarda yerləşən qədim monastır kompleksi Azərbaycanla Gürcüstanın arasını vura bilər

Foto: Netgazeti.ge

Partiya liderləri bildiriblər ki, aksiyanın əsas məqsədi Gürcüstan və Azərbaycan hakimiyyətlərinə gürcü xalqının iki ölkə arasındakı mübahisəli ərazidə yerləşən David Qareci monastırından vaz keçməyəcəyini göstərməkdir.

Bizim azərbaycanlılara hörmətimiz var, hesab edirik ki, bu ölkənin prezidenti müdrikdir və biz onu ölkəmizdəki vəziyyəti dərk etməyə çağırırıq. Gürcü xalqı David Qarecidən imtina etmək niyyətində deyil, bizimki olan bizimkidir”, – partiya liderlərindən biri İrma İnaşvili çıxışı zamanı bildirib.

Qədim monastır kompleksinin yerləşdiyi sərhəd ərazisi ətrafında vəziyyət may ayında, Gürcüstan prezidenti Salome Zurabişvili David Qareci rayonunda dəqiq sərhədin müəyyən edilməsinin vacib olduğunu bəyan edəndən, Azərbaycan sərhədçiləri isə kompleksin Azərbaycan ərazisində qalan obyektlərinə Gürcüstan tərəfdən yolu bağlayandan sonra gərginləşib.

 

Gürcüstanlı fəallar sərhəddə bir neçə aksiya keçiriblər, iki ölkə arasında sərhədin delimitasiyası üzrə danışıqlar bərpa olunub. David Qareci / Keşikçidağ təxminən 6-cı əsrə aid taixi abidədir. O zamandan bəri bu regionda dövlət sərhədi dəfələrlə dəyişib və hazırda Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya olunmamış hissəsi kompleksin ərazisindən keçir. Sərhədin bu hissəsinin delimitasiyası, müvafiq olaraq tarixi abidənin taleyi ilə bağlı danışıqlar strateji tərəfdaş olan iki dost ölkə arasında dəfələrlə yenidən başlayıb. Amma hələlik heç bir nəticə verməyib.

 

Azərbaycan və Gürcüstan David Qareci / Keşikçidağ kompleksinin kimə aid olması ilə bağlı çox fərqli tarixi məlumatlara əsaslanır. Gürcüstan monastır kompleksinin gürcü mədəniyyətinə, Azərbaycan isə alban mədəniyyətinə aid olduğunu bildirir.

Foto: Tabula.ge

Foto: Tabula.ge

Vətənpərvərlər Alyansının liderləri David Qareci ətrafında yaranan vəziyyətdə keçmiş hökuməti günahlandırıblar.

Biz tələb edirik ki, araşdırma başlasın, David Qarecini satan komissiya (demarkasiya üzrə) üvləri cəzalandırılsın. Saakaşvili (keçmiş Gürcüstan prezidenti), Boteriya (Təhlükəsizlik Şurasının keçmiş katibi), əraziləri satan hər kəs cəzalandırılsın”, – partiya liderlərindən biri David Tarxan-Muravi deyib.

Bundan başqa, onun sözlərinə görə, toplananlar Gürcüstanın NATO-ya daxil olmamasını tələb edir, “çünki bu gün sülh olması üçün bu, yeganə doğru yoldur, bu gün NATO tamamən mümkünsüzdür”.

Aksiya iştirakçıları əllərində NATO-ya qarşı və Rusiya ilə münasibətlərin bərpa olunması ilə bağlı plakatlar tutublar. Mitinq zamanı fəallardan biri Tbilisi şəhər Şurasının binasının eyvanından asılan NATO-nun dəstəklənməsinə dair banneri qoparıb.

"პატრიოტთა ალიანსის" მხარდამჭერმა ბანერი "ნატო აქაურობას" ჩამოხია

საკრებულოს შენობაზე „ევროპული საქართველოს“ ახალგაზრდულმა ფრთამ ბანერი „ნატო აქაურობას“ გამოფინა. პატრიოტთა ალიანსის“ ერთ-ერთმა მხარდამჭერმა ბანერი ჩამოხია და გაიქცა.

Posted by Rustavi 2 on შაბათი, 15 ივნისი, 2019

Vətənpərvərlər Alyansı aksiyada sosial tələblər də irəli sürüb – məktəblərdə pulsuz qida, ailə biznesinin dəstəklənməsi üçün xüsusi agentliyin açılması və s.

Partiya Gürcüstan regionlarında da mitinq keçirməyi planlaşdırır.

Facebook Comments

More on JAMnews