İlk ictimai çıxışında Keli Deqnan Rusiyanı Gürcüstana qarşı düşmən qonşu adlandırıb " />

Tbilisidə il yarımlıq fasilədən sonra yeni ABŞ səfiri olacaq

İlk ictimai çıxışında Keli Deqnan Rusiyanı Gürcüstana qarşı düşmən qonşu adlandırıb

ABŞ prezidenti Donald Tramp hələ ötən ilin sentyabrında Keli Deqnanın Gürcüstandakı diplomatik missiyanın rəhbəri təyin edilməsi haqda bəyan edib. Dekabrın 19-da Deqnanın namizədliyi Senat tərəfindən təsdiqlənib.

Təyinatı ilə bağlı təntənəli mərasimdə Keli Deqnan Rusiyanı Gürcüstana düşmən qonşu adlandırıb, öz missiyasının isə demokratiya, ticarət və təhlükəsizlik xətləri üzrə Vaşinqton və Tbilisi arasındakı əlaqələrin dərinləşdirilməsinə həsr olunduğunu bildirib.

Niyə Gürcüstanda hələ də ABŞ səfiri yoxdur?

Keli Deqnan professional diplomatdır.

 

Gürcüstana səfir təyin edilənə qədər o, ABŞ-ın Avropa və Afrikadakı hərbi dəniz qüvvələri komandanının müşaviri olub. 

 

25 illik diplomatik fəaliyyəti ərzində Deqnan İtaliya, Kosovo, Türkiyə səfirliklərində, NATO-nun siyasi müşaviri mövqeyində, Əfqanıstandakı Amerika hərbi briqadasının mülki təmsilçisi, o cümlədən də ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıb.

 

Keli Deqnan fəlsəfə elmləri doktorudur, junalistika üzrə bakalavr dərəcəsinə sahibdir. İtalyan, fransız, türk, o cümlədən də urdu dillərini bilir.

Keli Deqnan öz çıxışında vurğulayıb ki, Gürcüstan Rusiya tərəfindən təhlükə qarşısındadır. Onun sözlərinə görə, bu ölkə korrupsiya ilə mübarizədə, biznes aparılması məsələlərində önəmli irəliləyişə nail olub və indi diqqətini ədalət və proseslərin şəffaflığı, qanunlara və sistemliyə əməl olaunması məsələlərinə cəmləməlidir. 

Onun dəyərləndirməsinə görə, Gürcüstanın inkişafında 2020-ci il parlament seçkiləri çox önəmli rol oynayacaq. Keli Deqnan öz çıxışında Gürcüstanı dəfələrlə ABŞ-ın strateji tərəfdarı adlandırıb və Gürcüstan hərbi hissələrinin Əfqanıstanda keçirilən əməliyyatlarda iştirakını xatırladıb.

Səfir həmçinin vəd edib ki, Gürcüstanda USAID missiyası daxil olmaqla, demokratik institutların inkişafına və möhkəmlənməsinə kömək edənn proqramların reallaşdırılması davam etdiriləcək.

•  2018-ci ildən bəri bir ildən çoxdur ki, Gürcüstanda ABŞ diplomatik missiyasının rəhbəri yox idi. ABŞ-ın Gürcüstandakı son fövqəladə və səlahiyyətli səfiri Yan Kelli olmuşdu. Onun səlahiyyət müddəti sona çatandan sonra diplomatik missiya formal rəhbəri olmadan fəaliyyət göstərirdi.

 


More on JAMnews