Aksiyalarla bağlı hazırda ümumilikdə 9 nəfər, o cümlədən də Gürcüstan parlamentinin keçmiş iqtidar partiyasından olan deputatı Niku Meliya məsuliyyətə cəlb olunub" />

Tbilisidə aksiyanın dağıdılması: mitinqçini sifətindən yumruqlayan polis saxlanılıb

Aksiyalarla bağlı hazırda ümumilikdə 9 nəfər, o cümlədən də Gürcüstan parlamentinin keçmiş iqtidar partiyasından olan deputatı Niku Meliya məsuliyyətə cəlb olunub

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası zamanı qrup halında zorakılıq ittihamı ilə Gürcüstan DİN-i dörd sıravi aksiya iştirakçısını və bir polisi saxlayıb.

Gürcüstanın daxili işlər nazirinin müavini Vladimir Bortsvadze xüsusi brifinqdə bəyan edib ki, saxlanılan sadə vətəndaşlar “müxtəliş əşyalardan istifadə edərəkpolislərə hücum edib və onlara müqavimət göstəriblər, mütəşəkkil hücum zamanı parlament binasına soxulmağa cəhd göstəriblər”.

Nazir müavini vurğulayıb ki, qeyd olunan bütün şəxslər məhkəmə qərarına əsasən saxlanılıb.

Parlament qarşısında aksiya işi üzrə iki istiqamətdə istintaq aparılır. Birincisi, “polisin güc həddini aşması”, ikincisi isə “qrup şəklində zorakılığın təşkili, buna rəhbərlik etmək və ya iştirakçı olmaq”, bir də “konstitusiya quruluşunun zorakı yolla devrilməsi, Gürcüstanda hakimiyyət çevrilişi məqsədilə pis nəticələrə gətirib çıxarmış qiyam”.

İyulun 15-də Daxili İşlər Nazirliyinin bir əməkdaşı saxlanılıb.

Onu videokadrlar əsasında saxlayıblar. Videodan görünür ki, hüquq mühafizəçisi nümayişçiləırdən birini polis maşınına otuzdurmaq istədiyi zaman onun sifətini yumruqlayır.

Aksiya işi üzrə ümumilikdə indiyə qədər Gürcüstan parlamentinin keçmiş iqtidar partiyasından olan deputat Niku Meliya da daxil olmaqla 9 nəfər məsuliyyətə cəlb olunub. Meliya hakimiyyəti ələ keçirmək məqsədilə zorakılıq təşkilində günahlandırılır.

Parlament Meliyanı deputat toxunulmazlığından məhrum edib, amma məhkəmə girov hesabına onu azadlıqda saxlamaq qərarına gəlib. Deputatın biləyinə elektron bilərzik taxılıb. Ona hüquq mühafizəçilərinə xəbərdarlıq etmədən evdən çıxmaq qadağan olunub.

Etiraz aksiyası zamanı DİN nümayəndələrinin güc həddini aşması nəticəsində on polis nəfərinin, o cümlədən də Gürcüstan DİN-in Xüsusi Tapşırıqlar Departamentinin direktoru Georgi Kakiçaşvilinin səlahiyyətləri dayandırılıb.

Tbilisidə etiraz aksiyaları iyunun 20-də kor-təbii şəkildə başlayıb. Minlərlə insan Tbilisiyə Beynəlxalq Pravoslavlıq Assambleyasına gələn Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovla bağlı mənfi münasibətini ifadə etmək üçün küçələrə axışıb.

Parlamentin iclas zalında keçirilən assambleyanın açıq şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dəstəkləyən Qavrilov tərəfindən rus dilində açılması vətəndaşların qəzəbinə səbəb olub. Üstəlik o, parlament sədrinin kürsüsündə oturub.

Parlament binası qarşısında minlərlə insan toplaşaraq hakimiyyətə bu sualı ünvanlayıb: “İşğalçı ölkənin deputatı Gürcüstan parlamentinin spikerinin kürsüsünü tutmağa necə cəsarət edib?”

İyunun 21-də sübh tezdən xüsusi təyinatlı polis rezin güllə və gözyaşardıcı qaz tətbiq edərək aksiyanı dağıdıb. 200 nəfərdən çox aksiya iştirakçısı ziyan çəkib, iki nəfər gözünü itirib, biri aldığı xəsarət nəticəsində indiyə qədər süni nəfəs aparatına qoşulu vəziyyətdə yaşayır, rezin güllə onun başına dəyib.

İyunun 21-də gündüzGürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib. İyunun 24-də hakimiyyət mitinqçilərin daha bir tələbini yerinə yetirib – 2020-ci ildə parlament seçkilərini praporsional sistem üzrə keçirilməsinə razılaşıb.

Artıq üç həftədən çoxdur ki, aksiya iştirakçılarınınəsas və yeganə tələbi DİN rəhbəri Giorgi Qaxariyanın istefa verməsidir.

İyunun 20-dən başlayaraq hər gün Tbilisidə parlament binası qarşısında və ölkənin digər şəhərlərində – Kutaisi, Qori, Batumidə aksiya keçirilir. Müxalifət həmin gecə baş verən hadisələri“cəza əməliyyatı hesab edir”.

Etirazçılar, həmçinin yerli bə beynəlxalq hüquq müdafiə təşkilatları polisin aksiya iştirakçılarına aksiyanın dağıdılmasında güc tətbiq edəcəklərinə dair xəbərdarlıq etmədiyini qeyd ediblər. Bildirilir ki, polislər mitinqçiləri nişana alaraq atəş açıblar və bu zaman iri heyvanları qorxurmaq üçün istifadə olunan rezin güllələrdən yararlanıblar.

Qaxariya isə öz növbəsində bildirir ki, polis legitim davranıb, parlament binasının zəbt edilməsinin və hakimiyyət çevrilişinin qarşısını alıb. Bundan başqa prokurorluq səlahiyyət həddinin aşılması halları ilə bağlı da araşdırma başladıb.

 

  


More on JAMnews