Etiraz aksiyasının ikinci günü. Baş nazirin bəyanatı, nazirin çıxışı və Beranın mahnısı" />

Tbilisidə aksiyalar sona çatıb. Daxili işlər naziri üzr istəyib və narko-siyasətin liberallaşacağını vəd edib

Etiraz aksiyasının ikinci günü. Baş nazirin bəyanatı, nazirin çıxışı və Beranın mahnısı

Daxili işlər naziri parlament binası qarşısında mitinq eləyənlərin yanına gəlib. O aksiya iştirakçılarına müraciət edib və üzr istəyib.

Parlament qarşısında aksiyalar mayın 12-də, polis Tbilisinin bir neçə gecə klubunda narkotik alverinə qarşı xüsusi əməliyyat aparandan sonra başlayıb. Gürcüstan DİN-in bəyanatına əsasən, narkotik satışında ittiham olunan 8 nəfər saxlanılıb. Klub ziyarətçiləri isə polisləri güc tətbiqi həddini aşmaqda günahlandırıb, əməliyyatın cəza xarakterli olduğunu bildiriblər. Gürcüstan ombudsmenin və bir sıra nüfuzlu qeyri-hökumət təşkilatlarının da sualları yaranıb – onların məlumatına görə, polis narkotik alverində günahlandırılan şəxsləri klublarda xüsusi əməliyyat keçirilməmişdən bir neçə saat əvvəl həbs edib, buna görə də, xüsusi əməliyyatın məqsədi narkotik alverçilərinin yaxalanması ola bilməzdi. 

“Üzr istəyirəm”, – Giorgi Qaxariya mitinqçilərə deyib. – “Mən yalnız öz adımdan üzr istəmirəm. Əgər Daxili İşlər Nazirliyinin hər hansı əməkdaşı sizlərdən kiminsə təhlükəsizliyini təhdid edibsə, üzr istəyirəm. Sizdən həmçinin xahiş etmək istəyirəm ki, sizin təhlükəsizliyinizi tmin edən formalı insanları sizin aranızdan təhqir edənlər də onlardan üzr istəsin”, – Qaxariya deyib.

Nazir aksiya iştirakçılarına söz verib ki, hakimiyyət yaxın zamanda qanunvericilidə narko-siyasətin liberallaşmasını təmin edən dəyişikliklər üzərində işləməyə başlayacaq. O həmçinin xüsusi əməliyyat zamanı polislərin güc tətbiqi həddini aşması halının ətraflı araşdırılacağını və günahkarların cəzalandırılacağını vəd edib:

“Söz verirəm ki, sabah saat 10.00-dan sizin nümayəndələrinizlə birlikdə cümə günü baş verənləri ətraflı gözdən keçirəcəyik… Mən həmçinin söz verirəm ki, biz narko-siyasətlə bağlı konkret nəticələr əldə edəcəyik…”, – Giorgi Qaxariya bəyan edib.

Qaxariya çıxışına qədər parlament binasında aksiya təşkilatçıları ilə görüşüb. Danışıqlar bir saatdan çox davam edib, bundan sonra Qaxariya mitinqçilərin qarşısına çıxıb.

Nazirin çıxışından sonra “Ağ küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiya iştirakçıları ilk qələbəni qazanıb. O, hökumətə narko-siyasətin liberallaşdırılması üzərində işləməyə başlamaq üçün bir həftə verib. Onun sözlərinə görə, əgər bu müddət bitənə qədər ilk tədbirlər görülməsə, yenidən etiraz aksiyaları keçiriləcək.

_________

Güman etmək olar ki, nazirin çıxışı narkotiklərə qarşı reyddən sonra parlament binası qarşısında başlayan və iki gün davam edən etiraz aksiyasına son qoyub.

Parlament qarşısında aksiya mayın 13-də saat 15.00-da başlayıb. Əsasən gənclərdən ibarət olan bir neçə min insan öz tələbini təsdiqləyib – baş nazir Giorgi Kvirikaşvili və daxili işlər naziri Giorgi Qaxariyanın istefası; hakimiyyətin narko-siyasətin liberallaşdırılması üçün qanunvericilikdə dəyişiklik işinə başlaması.

Parlament qarşısında aksiya. Foto: Tornike Mandaria

Parlament qarşısında aksiya. Foto: Tornike Mandaria

Bütün gün ərzində Rustaveli prospektində əks-aksiya keçirilib. Ultra-millətçi qruplaşmalar və onların tərəfdarları yaxın küçələri tutub. Onlar aksiya iştirakçılarını təhqir edir və bir neçə dəfə polis kardonunu yarmağa cəhd ediblər və bu da qarşıdurmalara səbəb olub. Amma polis vəziyyətin öhdəsindən gəlib, qarşı-qarşıya duran düşərgələrin bir-birinə yaxınlaşmasına imkan verməyib və toqquşmaların qarşısını alıb.

Hadisələr günün ikinci yarısında sürətlə inkişaf etməyə başlayıb.

Bəyanatla çıxış edərək, baş nazir Giorgi Kvirikaşvili də iki günlük sükutu pozub. Onun sözlərinə görə, “bütün tərəflərin, istənilən adamın öz fikrini azad ifadə etmək haqqı var, amma qarşıdurma yolverilməzdir və biz heç bir halda buna yol verməyəcyik”.

Baş nazir hamını birliyi qorumağa çağırıb. “Bir daha rica ilə müraciət edirəm, ümumi məqsəd – ölkəmizin, gənclərimizin sabahkı günü, gələcək nəsillərə qayğı ətrafında birliyi qoruyaq. Müxtəlif nəzər nöqtələrinə görə nifrət yolverilməzdir. Ölkəmizin gələcəyinin müdafiəsi naminə birləşək”, – baş nazir deyib.

Mitinqçilər baş nazirin bəyanatına fit çalmaqla cavab veriblər: “O heç nə demədi! Bizim əsas sualımıza cavab vermədi – niyə bizə qarşı belə etdilər?” Parlament qarşısında vəziyyət gərginləşməyə başlayıb. Əks-aksiya iştirakçıları polis kardonunu daha tez-tez yarmağa çalışıb, parlament qarşısındakı aksiya iştirakçılarına söyüş, təhqir yağdırıb, onları təhdid ediblər. Yolüstü onlar polisləri mitinqi dağıtmağa çağırıb və bunu öz gücləri hesabına etmək arzularını ifadə ediblər.

Əks-aksiya iştirakçıları. Foto: Levan Mikadze

Əks-aksiya iştirakçıları. Foto: Levan Mikadze

Əks-aksiya iştirakçıları. Foto: Levan Mikadze

Axşam saat on civarında parlament qarşısına əlavə polis qüvvələri cəlb olunub. Buraya avtobuslarla xüsusi təyinatlılar, mitinqi dağıtmaq üçün xüsusi texnika və su hücumu maşınları gətirilib.  

Foto: Tornike Mandaria

Aksiyanın ikinci günü parlament qarşısında bir gün öncə mitinqçilərin rəqs etdiyi elektron musiqi demək olar ki, eşidilməyib. Polislərin xahişi əsasında əks-aksiya iştirakçıları ilə əlavə gərginliklərin olmaması naminə musiqi səsləndirməmək qərarına gəliblər.

Təxminən axşam saat 11-in yarısında parlament qarşısına “Ağ küy” təşkilatının liderləri ilə görüşmək üçün daxili işlər naziri Giorgi Qaxariya gəlib. Bu görüşün yekununu aksiya iştirakçıları xüsusi səbirsizliklə gözləyiblər.

Bundan əvvəl aksiya iştirakçılarının və Facebook istifadəçilərinin diqqətini çəkən maraqlı hadisə baş verib. Keçmiş baş nazir Bidzina İvanişvilinin oğlu reper Bera öz Facebook səhifəsində Legalize mahnısnın yeni klipini paylaşıb. Bu mahnıda iqtidar partiyasının liderinin oğlu marixuananın leqallaşdırılmasını dəstəkləyib və narkotik istifadəçilərinin həbsinə, o cümlədən də sintetik narkotiklərə və narkotik alverçilərinə qarşı çıxıb. Mahnıda belə sətirlər var: “Mən öz nəslimdənəm. Mənim nəslim hökumətdən qorxmur”.

Toplaşanların çoxu Beranın mahnısı ilə mayın 13-də hakimiyyətin etiraz aksiyası iştirakçılarına göstərdiyi xoş münasibət arasında əlaqə sezib.

Aksiya daxili işlər nazirinin çıxışından sonra bitib. Əks-aksiya iştirakçıları ilə toqquşmalara yol verməmək üçün polis toplaşanları xüsusi olaraq oraya gətirilən avtobuslarla daşıyıb.

Foto: Tornike Mandaria


More on JAMnews