Əməliyyatı BBC-nin çəkiliş qrupu izləyib" />

Tbilisi zooparkında filin dişini çıxarıblar

Əməliyyatı BBC-nin çəkiliş qrupu izləyib

Qrand adlı fil

Tbilisi zooparkında Qrand adlı fili əməliyyat ediblər. Onun dişi çıxarılıb. Əməliyyat səhər tezdən başlayıb. Filin yatızdırılmasına yarım saat vaxt gedib. Yalnız bundan sonra əməliyyatı başlamaq mümkün olub.

Zooparkın Facebook səhifəsində verilən xəbərə görə, dişin yalnız bir hissəsi qoparılıb, əməliyyat hələ davam edir. Bütün prosesi BBC çəkir. Britaniya korporasiyası Tbilisi zooparkına bir saatlıq film həsr etmək niyyətindədir.

Əməliyyat Qrandın volyerində açıq səma altında keçirilib. Bütün fotoqraflara və video-operatorlara cərrahların işinin ilk 15 dəqiqəsini lentə almağa icazə verilib.

Asiya fili Qrand Tbilisiyə 2014-cü ildə Yerevandan artıq zədələnmiş dişlərlə gəlib. Fili bu vəziyyətdə uzun müddət saxlamaq olmaz, heyvan tələf ola bilər. Buna görə də, Qrantın sağlamlığı üçün sınmış dişləri  çıxarmaq rərarına gəliblər. Birinci əməliyyat 2014-cü ildə aparılıb. O zaman veterinarlar yalnız dişlərdən birini çıxara biliblər – əməliyyat zamanı problem yaranıb, anesteziyanın təsiri keçəndən sonra isə fili uzun müddət ayağa qaldırmaq mümkün olmayıb – bir neçə saat böyük səy göstərməli olublar. O zaman bütün proses isə 11 saat çəkib.

2014-cü ilin kkadrları:

Bu gün Qrandı Cənubi Afrika veterinarları – cərrah və anestezioloq, belə əməliyyatlarda böyük təcrübəyə sahib həkimlər əməliyyat ediblər.

Facebook istifadəçiləri Qrandı dəstəkləyir və zooparkdan xəbər gözləyirlər.


More on JAMnews