2018-ci ildə Gürcüstanda kriminal vəziyyət kəskin pisləşib, DİN-in rəsmi statistikası da bunu təsdiqləyir" />

Tbilisi kənarında iki cavan oğlan xəncərlə öldürülüb

2018-ci ildə Gürcüstanda kriminal vəziyyət kəskin pisləşib, DİN-in rəsmi statistikası da bunu təsdiqləyir

Tbilisi yaxınlığında Tsavkisidə gənclər arasında baş verən münaqişə zəmnində iki nəfər öldürülüb.

Mərhumlar 26 yaşlı Lekso və 28 yaşlı David Peikrişvili iki əmioğluolub. Daha iki nəfər yaralanıb. Onlardan biri aldığı yara nəticəsində mürəkkəb əməliyyat keçirib. Həkimlər bildiriblər ki, onun həyati təhlükəsi yoxdur.

Polis artıq ehtimal olunan qatillərin kimliyini müəyyən edib. Amma hələ ki heç kim saxlanılmayıb.

Qanlı davanın səbəbi bəlli deyil.

Ölən və yaralananlar soyuq silah, yerli sakinlərin dediklərinə görə, xəncər zərbəsi alıblar.

Ehtimal olunan qatillər yerli sakin deyil, Tsavkisiyə üç maşınla gəliblər – şahidlər belə deyir.

“Biri əlində xəncərlə maşından düşüb hamısını kəsib-doğrayıb. Deyirlər ki, hamısını bir nəfər xəncərdən keçirib”, – Rustavi-2” telekanalına yaralılardan birinin atası Temur Doreuli danışıb.

DİN-dən bildiriblər ki, cinayət məcəlləsinin 109-cu maddəsinin E bəndi üzrə – qəsdən adam öldürmə, bir qrup şəxs tərəfindən ağırlaşdırıcı şərtlər altında həyata keçirildiyi zaman – istintaq başlayıb.

“2018-ci ildə Gürcüstanda kriminal vəziyyət kəskin pisləşib. Daxili İşlər Nazirliyinin rəsmi statistikası da bunu təsdiqləyir.

Bu göstəricilərə əsasən, 2018-ci ilin 10 ayı ərzində qeydə alınan cinayətlər 60 faiz artıb. 49057 cinayət qeydə alınıb, halbuki ötən ilin analoji dövründə bu göstərici 30659 təşkil edirdi.

Statistikaya əsasən, buna paralel olaraq açılan cinayətlərin də sayı azalıb. Əgər 2017-ci ildə DİN qeydə alınan cinayətlırin 53,56 faizini araşdıra bilibsə, 2018-ci ildə bu göstərici 35,29 faizə qədər azalıb.


More on JAMnews