Giorgi 2019-cu ildə təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün iş yerində həlak olan on üçüncü fəhlədir " />

Tbilisi: 16 yaşlı yeniyetmə inşaatda işləyərkən həlak olub

Giorgi 2019-cu ildə təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün iş yerində həlak olan on üçüncü fəhlədir

Gürcüstanda inşaatda növbəti ölüm hadisəsi. 16 yaşlı yeniyetmə Giorgi Beşkenadze Tbilisinin İsani rayonunda Dolabauri küçəsində 14 mərtəbəli binanın inşaatında çalışarkən lift şaxtasına yıxılıb və hadisə yerindəcə həlak olub.

Yeniyetmənin işlədiyi inşaatda təhlükəsizlik normaları pozulub – hadisə yerinə baxış keçirən inspektor Maya Mikadze jurnalistlərə bildirib.

Daxili İşlər Nazirliyi artıq faktla bağlı araşdırma başladıb.

Qadınlar qorxulu işdə: Tkibuli şaxtaçılarının hekayələri

“Qəzəb məni boğur”. Gürcüstan – iş yerlərində zərər çəkən insanların hekayələri

Tkibuli – Gürcüstanın ölümlərə alışmış şəhəri

Giorgi Beşkenadze bir neçə ilin içində atası və qardaşı vəfat etdikdən sonra Laqodexi rayonunun Qvimriani kəndindən Tbilisiyə gəlib – Azadlıq Radiosu yazır.

2014-ı cü ildə Giorgi 11 yaşında olanda sosial xidmətin qərarı ilə onu ailə tipli uşaq evinə göndəriblər. Amma uşaq evə qayıtmaq üçün ona imkan verilməsini xahiş edib. Ailəsi müəyyən şərtlərə əməl edəndən sonra Giorgi yenidən öz evində yaşamağa başlayıb – Azadlıq Radiosu aydınlaşdırıb.

“O, çox narahat idi… öz anasının yanına qayıtmaq istəyirdi”, – sosial təminat agentliynin nümayəndəsi Eter Tsxakaya xatırlayır.

Giorgi və onun anası ehtiyac imində idilər, onların adı sosial müdafiə olunmamış ailələr siyahısına daxil edilmişdi. Anası yerli fermalarda mövsümi işlərdə pul qazanır. Ailə dövlətdən müavinət və “Qırmızı Xaç”dan yardım alırdı – “Netqazeti” nəşrinə Laqodexi meriyasının nümayəndəsi deyib

Giorgi anasına kpmək etməyə çalışır, çox vaxt kənddə tapa bildiyi istənilən işun ucundan yapışırdı. 2019-cu ilin iyununda o inşaatda işləmək üçün Tbilisiyə gəlib.

Hətta ilk əməkhaqqını da ala bilməyib, Gürcüstan mediası yazır.

Yeniyetmənin həlak olduğu tikintini “Cevike Hospitaliti” şirkəti aparır. İndi şirkətin yetkinlik yaşına çatmayan şəxsi necə işə götürdüyü aydınlaşdırılır.

Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib

Ombudsmen Gürcüstanda əmək təhlükəsizliyi normalarına əməl olunmaı ilə bağlı ümumilikdə vəziyyətin ağır olduğunu bildirib.

Bunun səbəblərindən biri əməyin inspeksiyası şöbəsində əməkdaşların çox az olmasıdır, inspeksiyanın özü isə kəskin maliyyə çatışmazlığı problemi yaşayır.

Digər problem ondan ibarətdir ki, inspektorlar çox vaxt obyektləri ziyarət etmək, orada əmək təhlükəsiyliyi normalarına nə dərəcədə əməl olunduğunu yoxlamaq səlahiyyətləri olmur.

Bu məhdudiyyətlər 2019-cu ilin sentyabrından aradan qalxacaq, ombudsmen deyib.

Xalq müdafiəçisi bildirib ki, digər mühüm problem uşaqların ağır və təhlükəli işlərə cəlb olunmasıdır.

16 yaşlı Giorginin faciəli özümü cəmiyyətdə kəskin reaksiya doğurub.

Sosial şəbəkələrdə hadisəylə bağlı yüzlərlə şərh yazılıb – insanlar problemin kökündən həllini tələb edir.

İyulun 19-a Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyasının keçiriləcəyi elan olunub. Aksiya təşkilatçıları bəyan edirlər ki, yeni nazir Yekaterina Tikaradzedən əmək təhlükəsizliyi normalarının sərtləşdirilməsi yönündə cəld və real addımların atılmasını gözləyirlər.

Giorgi Beşkenadze iyulun 20-də doğma kəndində dəfn ediləcək.

Gürcüstanda əməyin təhlükəsizliyi ilə bağlı vəziyyətin ağır oluğunu göstərən bir neçə rəqəm.

•Giorgi Beşkenadze – Gürcüstanda 2019-cu ildə inşaatda həlak olan on üçüncü fəhlədir.

•2018-ci ildə 199 nəfər iş yerində xəsarət alıb, 59 nəfər həlak olub.

•2011-ci ildən 2018-ci ilə qədər səkkil il ərzində Gürcüstanda iş yerlərində 1081 nəfər xəsarət alıb, 376 nəfər həlak olub.

•2019-cu ildə bu artıq iş yerində yeniyetmənin həlak olduğu ikinci hadisədir. Yanvarın 12-də metallolom toplayan uşaq həlak olmuşdu.

•Gürcüstanda uşaq əməyi ilə bağlı aparılan tədqiqatın nəticələrinə görə, 5-17 yaş arası uşaqların 4,2 faizi mütəmadi ağır işlərdə işləyir. Onların 63,9 faizi isə “təhlükəli iş” görürlər.

•Gürcüstanda uşaqların 3,5 faizi ümumiyyətlə məktəbə getmir.

•Gürcüstan qanunvericiliyinə əsasən, işlə təminat yaşı 16 yaşdan başlayır. amma 18 yaşına qədər yeniyetmələri ağır, zərərli və ya təmhlükəli işə qəbul etmək qadağandır. Eyni zamanda qanunda məhz hansı işlərin ağır, zərərli və ya təhlükəli sayıldığı dəqiq qeyd olunmayıb.

 

 


More on JAMnews