Nəyə görə bəzi turistlər Svanetidən “Mən bir də ora getmərəm” sözləri ilə qayıdırlar?" />

Svanetinin görünməyən tərəfi: Gürcüstanın dağlıq “möcüzə kurortu” nəyə görə əcnəbiləri peşman etməyə başlayıb

Nəyə görə bəzi turistlər Svanetidən “Mən bir də ora getmərəm” sözləri ilə qayıdırlar?

Регион Сванети в Грузии - самая высокая обитаемая зона в Европе.

Gürcüstanda Svaneti regionu – Avropanın yaşayış olan ən yüksək zonası. Foto: Patrik Salat, JAMnews

Svaneti Gürcüstanın şimal-qərbində tanınmış dağlıq regiondur. Burada təbiət inanılmaz dərəcədə zəngindir – buzlaqlarla örtülmüş yüksək dağlar sirli təəssürat yaradırlar. Hər il bu məşhur yerlər daha çox qonağı cəlb edir – rəsmi statistikaya görə, 2018-ci ildə Svanetiyə yaşı 15-dən çox olan 89 min turist gəlib.

• Köhnə Tbilisi: Gürcüstanda turizm haqqında

Gürcüstana gələn rus turistlərin sayı artır, onların xərclədiyi məbləğlər isə azalır

Lakin buna baxmayaraq, onların bəziləri buradan “bir də heç vaxt” sözləri ilə gedirlər.

Nəyə görə?

Dağlara aparan yol

Gürcüstanda Svaneti regionu – Avropanın yaşayış olan ən yüksək zonası. Foto: Patrik Salat, JAMnews

«Mən bir də bura gəlməyəcəyəm», — bu yay dostları ilə birlikdə Svanetidə olmuş polşalı turist Karol deyir.

Bir çox başqaları kimi onu təəssüf hissi dağların başında – məşhur Uşquli kəndində gözləyirdi. Bu, Avropada ən yüksəkdə yerləşən yaşayış məntəqəsidir və UNESCO-nun mühafizə olunan obyektlər siyahısına daxil edilib.

Əksər turistlər Mestia rayon mərkəzindən Uşquliyə piyada yollanırlar. Qafqazın qarla örtülü yüksəklikləri boyunca dörd günlük yol – bu marşrut populyardır.

Lakin yolun son hissəsi kifayət qədər darıxdırıcıdır və bir çox turistlər Uşquliyə 10 kilometr məsafədə yolüstü maşın tutmağa çalışırlar.

Elə hər şey də burada başlayır.

Maşınla Mestiadan Uşquliyə təxminən saat yarımlıq yoldur. Burada romantikadan uzaq marşrut avtobusları və taksi sürücüləri çalışırlar. Onlar yüksək ödəniş tələb edirlər, çünki bu yerlərdə hərəkətin elə də gur olmadığını bilirlər.

Turistlərin söylədiklərinə görə, onlar hətta insanları pulsuz aparmağa hazır olanlara da maneçilik yaradırlar.

Geriyə aparan yolda

Gürcüstanda Svaneti regionu – Avropanın yaşayış olan ən yüksək zonası. Foto: Patrik Salat, JAMnews

Turistlər Uşquliyə çatdıqdan sonra məlum olur ki, bu, hələ əhvalatın sonu deyil, onun başlanğıcıdır.

Marşrut avtobuslarının və taksilərin sürücüləri onlara qarşı əsl ova çıxırlar və Mestiaya qayıtmaqla bağlı razılığa gəlməyi təklif edirlər. Köhnə mikroavtobusda bir yerə görə onlar 40 lari [təxminən $12] istəyirlər – 56 kilometr, saat yarımlıq yol üçün.

Bu, Zuqdididən Mestiaya gedişin qiymətindən iki dəfə çoxdur – həmin yol isə 136 kilometrdir və üç saatlıq yoldur.

“Səni axmaq yerinə qoyub, sənə sağmal inək kimi baxırlarsa, bu yorucudur”

«Heç bir marşrut avtobusu mənim icazəm olmadan kənddən çıxmayacaq. Sizin seçiminiz yoxdur», —özünü Uşqulinin kralı elan etmiş kimi görünüşü olan və “Eduard, dispetçer” kimi təqdim olunan kişi bizə hökmlə bildirdi.

O, yeni restoranın qarşısında yerləşən marşrut avtobusları üçün dayanacaqda var-gəl edir və turistləri inandırmağa çalışırdı ki, onun köməyi olmadan həmin adamlar Mestiaya gedib çata bilməyəcəklər. Mestiaya uyğun qiymətə normal marşrut avtobusunun gedib-getməməsi sualına cavab olaraq o, inkar edirmiş kimi başını yellədi və özünün vacibliyini xatırladırdı.

«Bura gəlmək üçün biz 30 lari ödəmişik, Mestiaya qayıtmaq üçünsə bizdən 40 lari tələb edirlər. Son nəhayətdə biz qiyməti 30 lariyə sala bildik, lakin səni axmaq yerinə qoyub, sənə sağmal inək kimi baxırlarsa, bu yorucudur», — Karol şikayətlənir.

Bu problem niyə yaranıb və nə etməli?

Gürcüstanda Svaneti regionu – Avropanın yaşayış olan ən yüksək zonası. Foto: Patrik Salat, JAMnews

Bir neçə yerli sürücü şikayət edib ki, qiymətlər yolun çox pis vəziyyətdə olmasına görə bu cür yüksəkdir (bir marşrut avtobusunun sərnişinlərindən təxminən 640 lari [hardasa $300]).

«Biz hər həftə maşınları təmir etməli oluruq», — onlardan biri bildirib.

Gürcü dilini bilib ticarət qabiliyyəti olanlar qiyməti 20 lariyə [təxminən $7] qədər sala bilirlər. Lakin bu, nəticəsi gözlənilməz ola biləcək bir işdir.

«Biz sürücülərdən biri ilə 20 lariyə razılığa gəldik və o, dərhal bizdən xahiş etdi ki, qiymət barədə heç kimə heç nə deməyək. Lakin başqa sürücülər necə oldusa bundan xəbər tutdular – onlar avtobusun arxasınca gələrək, onu keçdilər, saxladılar və bizi avtobusdan düşməyə məcbur etdilər.

Biz saat yarım piyada getdik, çünki güzəştə getmək istəmirdik, onlar isə arxamızca sürürdülər. Nəhayətdə, onlar təslim oldular və biz başqa yolüstü avtobus tutduq», — turistlərdən biri Caucasus-trekking.com saytında bildirir.

«Səfər barədə bütün təəssürat korlandı. Svaneti gözəldir, lakin əgər bütün gün ərzində avaralanan adamlarla münasibətdə olmaq məcburiyyətində qalırsansa, onlar səndən 50 kilometr yola görə heç uyğun gəlməyən pul tələb edirlərsə – bu, sağlam düşüncəni ələ salmaqdır. Mənə elə gəlir ki, təbiət hamı üçün əlçatan olmalıdır», — Gürcüstanda bir il yaşamış slovakiyalı qız öz təəsüratları ilə bölüşüb.

Problemi şərh etmək üçün müraciət etdiyimiz Mestia administrasiyasının turizm şöbəsində bildirdilər ki, bu “informasiya onlar üçün tamamilə yenidir”.

«Marşrut avtobuslarına nəzarət etmək çətindir və sürücülər, deyəsən, yüksək qiymətlər təyin edirlər. Biz yerli nümayəndələri bu problemlərlə bağlı məlumatlandırarıq. Lakin bunun həlli bizim səlahiyyətlərimizə daxil deyil», — strukturun yazılı cavabında deyilir.

Gürcüstanda Svaneti regionu – Avropanın yaşayış olan ən yüksək zonası. Foto: Patrik Salat, JAMnews


More on JAMnews