Bu haqda informasiyanı Sxinvali və Suxumidəki rəsmi şəxslər yayır" />

Suxumi və Sxinvali bildirir ki, Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb

Bu haqda informasiyanı Sxinvali və Suxumidəki rəsmi şəxslər yayır

Gürcüstan XİN-in mətbuat xidmətində JAMnews-un müvafiq sualına cavab olaraq bildiriblər ki, onlarda bu haqda məlumat yoxdur və onlar məsələnin detallarını aydınlaşdırmağa çalışırlar

_____________

Cənubi Osetiyanın de-fakto Xarici İşlər Nazirliyi Facebook səhifəsində Suriya və Cənubi Osetiyanın diplomatik əlaqələr qurmaq haqda qərarına dair məlumat yerləşdirib

Abxaziyanın de-fakto xarici işlər naziri Daur Kove də Facebook səhifəsində Abxaziya sakinlərini Suriyanın onların müstəqilliyini tanıması münasibətilə təbrik edib.

Abxaziyanın de-fakto prezidenti Raul Xajimba da eyni məzmunlu bəyanatla çıxış edib.

JAMnews bu mövzu üzərində işləməyə davam edir və məlumatı yoxlamaqla məşğuldur.

Məqalədəki termin, toponim, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews