Suriyadan qoşunların çıxarılması ilə bağlı Trampın gözlənilməz qərarı Türkiyənin hərbi əməliyyatlarını və kürdlərə hücumunu aktivləşdirib. Bütün təfərrüatlar: Suriyada nə baş verir və niyə Amerikanı xəyanətkar adlandırırlar?" />

Suriyada kürdlər Rusiya və prezident Əsədlə alyansa girir. Niyə bunda ABŞ-ı günahlandırırlar?

Suriyadan qoşunların çıxarılması ilə bağlı Trampın gözlənilməz qərarı Türkiyənin hərbi əməliyyatlarını və kürdlərə hücumunu aktivləşdirib. Bütün təfərrüatlar: Suriyada nə baş verir və niyə Amerikanı xəyanətkar adlandırırlar?

Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar və Suriya kürdləri ilə münaqişənin eskalasiyası oktyabrın 6-da ABŞ bu əməliyyata mane olmayacağını bildirəndən və həmin ərazidən öz qoşunlarını çıxarandan sonra çox sürətlə inkişaf edir.

Türkiyənin əməliyyatın əsas məqsədi sərhəd boyunca “təhlükəsiz zona yaratmaqdır”.

NRP-nin yazdığına görə, oktyabrın 13-də Amerika öz qoşunlarının Suriyadan çıxarılması qərarını təsdiqləyib, bu da o deməkdir ki, amerikalıların müttəfiqləri olan kürd silahlı qrupları müdafiəsiz və Türkiyə silahlı qüvvələrinin hücumu altında qalıb.

Kürdlər kimdir və nəyə görə zərbə altındadırlar

Niyə Azərbaycan Suriyadakı əməkiyyatı dəstəkləyib?

Niyə Ermənistan Türkiyənin Suriyaya hərbi müdaxiləsini pisləyib?

Artıq 300-dən çox obyekt hücuma məruz qalıb. Ağır silahlardan – aviasiya və artilleriyadan istifadə olnur.

Kürd generalları prezident Trampın qoşunların ərazidən çıxarılması haqda  bəyanatından dərhal sonra bildiriblər ki, əgər Amerika öz müttəfiqlərinin – kürdlərin müdafiəsində iştirak etməyəcəksə, o zaman kürdlər Suriya prezidenti Əsədlə və Rusiya ilə saziş bağlamalı olacaqlar. Vətəndaş müharibəsində onlar rəqib idi.

Reuters xəbər verir ki, oktyabrın 14-də kürdlərin “Suriya Demokratik Qüvvələri” və Suriyanın rəsmi hakimiyyəti Rusiyanın Xmeymim hərbi bazasında danışıqlar aparıb.

Bundan dərhal sonra Suriyanın hökumət ordusu Türkiyə qoşunlarının üzərinə irəliləyib.

Türkiyənin dəstəklədiyi Suriya silahlıları Suriyanın Tal Abyad şəhərində. 13 oktyabr, 2019. REUTERS/Khalil Ashawi

Bundan başqa, kürdlər bildirirlər ki, onların mühafizə etdikləri Ayn-İssa düşərgəsindən “İslam Dövləti” terrorçu qruplaşması ilə əlaqəli olan yüzlərlə insan qaçıb. Onlar İD-nin yenidən bərpasının mümkünlüyü haqda xəbərdarlıq ediblər.

Türkiyə prezidenti bu məlumatları “dezinformasiya” adlandırıb . O, dəfələrlə bildirib və yenidən təkrarlayıb ki, onun gözlərində əsas “terrorçular” kürdlərin özləridir.

Almaniya və Fransa Türkiyəyə silah təchizatını dayandırıb.

ABŞ və Avropa İttifaqı mümkün sanksiyalar haqda Türkiyəyə xəbərdarlıq edib.

New York Times dərc etdiyi araşdırmaya əsasən, 2019-cu il mayıb 5 və 6-da Rusiya Suriyanın şimal-qərbində o zaman müxalifətin nəzarətində olan İdlib əyalətində dörd hospitalı bombalayıb.

Rusiya XİN-i bunu inkar edir, amma bu həqiqətdir – Rusiyaya qarşı hərbi cinayət törətməklə bağlı cinayət araşdırmasıbaşladılacaq.

ABŞ xəyanətda ittiham olunur, Yaxın Şərqdə vəziyyətin qəfil kəskinləşməsinə görə məsuliyyət bu ölkənin üzərinə qoyulub.

Economist yazır ki, Tramp qoşunların ərazidən çıxarılacağını elan etməklə praktiki olaraq, Türkiyənin Suriyadakı müttəfiqlərinə – kürdlərə qarşı hücumunu dəstəkləyib.

Üstəlik, o, indiyə qədər İslam Dövləti ilə qəhrəmancasına döyüşən kürdlərə ABŞ tərəfindən yaradılan koalisiya çərçivəsində xəbərdarlıq da etməyib – Economist yazır.

“Digərlərinə, məsələn, Rusiya və İrana məsələdə baş çıxarmaq imkanı vermək zamanı çatıb”, – Donald Tramp Twitter-də yazıb.

Amma Respublika Partiyasındakı həmkarları da onun bu qərarına qarşı çıxandan sonra Tramp geri çəkilib.

“Türkiyə qadağan olumnmuş heç nə etməməlidir”, – Trampın yeni tvitində deyilir.

Amma Türkiyə bu xəbərdarlığı tam iqnor edib və oktyabrın 9-da güclü hərbi kampaniya başladıb və bununla da Suriyanı növbəti qətllər zəncirinə məhkum edib – Ekonomist yazır.

Amerikanın bir çox media orqanı və siyasətçiləri baş verənləri xəyanət adlandırır və yaxın keçmişdən oxşar epizodu yada salırlar.

Prezident Buş İraq əhalisini Səddam Hüseyn rejimini devirməyə çağıranda ilk olaraq bu çağırışa kürdlər reaksiya vermişdi. Amma onlar hökumət qoşunlarının hücumu altında qalanda (itkilər minlərlə idi), onlar ABŞ-ın dəstəyini ala bilmədilər.

Türkiyə ilə sərhəddə Akçakale şəhərində Suriya müxalifətinin bayrağını qaldıran qiyamçı. 13 oktyabr, 2019. REUTERS/Murad Sezer

Şərh: İndən belə azadlıq və demokratiya naminə mitinqə çıxanda Amerika bayrağını dalğalandırmağa dəyərmi?

Patrik Salat, Tbilisidə yaşayan jirnalist:

“Honkonq, Venesuella və Gürcüstan arasında ümumi nə var?

Bütün bu ölkələrdə yaxın zamanda yerli hökumətə qarşı nümayişlər keçirilirdi və bu etirazların iştirakçılarının çoxu azadlıq və demokratiyaya inam rəmzi kimi əllərində Amerika bayraqları tutvuşdu.

AmmaSuriya kürdlərinin başına gələnlərdən sonra görünür ki, ABŞ bu cür rəms olmaqdan çıxır.

Şimali Suriyada kürdlər döyüşürdü və bütün dünya, xüsusən də Qərb üçün ən qorxulu təhlükə olan “İslam Dövləti” adlanan qruplaşmanın terrorçularına qalib gəliblər.

Qeyri-stabil Suriyada onlar de-fakto muxtar respublika yaradıblar və orada insanlar nisbi sülh içində yaşayırdı.

Düşmənlərin mühasirəsində onlar Amerikanın İŞİD-lə mübarizədə göstərdiyi dəsstəyə ümid edirdilər. Amma ABŞ prezidenti Donald Tramp birdən-birə Şimali Suriyadan min əsgəri geri çəkmək qərarı aldı.

Tramp Şimali Koreya diktatoru Kim Çen Inın əlini sıxır, Rusiya prezidenti Putinlə zarafat edir, Ukrayna prezidenti Zelenskini faktiki olaraq şantaj edir. İndi də Türkiyənin kürdlərə qarşı hücumuna “yaşıl işıq” yandırıb, hansı ki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çoxdankı xəyalı idi.

Yürkiyənin yeni sultanı kimi Ərdoğan vaxtilə Osmanlı imperiyasının tərkibinə daxil olan Suriyanın şimal ərazilərini geri qaytarmaq niyyətini gizlətmir. Eyni zamanda o, Suriyadakı kürdlərin axırına çıxmaq istəyir, çünki hesab edir ki, onlar qatı düşməni – Türkiyədə terrorçu təşkilat elan edilən Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqədədir.

Ərdoğan deyir ki, yeni müdaxilə sülhün yaradılması üçün sadəcə labüd addımdır, bu yolla Suriya müharibsindən qaçan iki milyon insan üçün 20 mil ərazidə “təhlükəsiz zona” yaradılacaq.

Başqa sözlə, Ərdoğan tank və topla sülh əməliyyatı təklif edib.

Amma Suriyanın şimalındakı kürdlər hesab edirlər ki, onlara xəyanət edilib.

Tramb əyani şəkildə göstərdi ki, onun xarici siyasəti əsasən sosial şəbəkələrdə baş verir. Onun başqa ölkələrdə yaşayan insanlara kömək etmək niyyəti yoxdur.

Bu isə o deməkdir ki, Ərdoğan və ya Putin kimi insanlar istədikləri hər yanı zəbt edə bilərlər.

Maraqlıdır, dünyada kimsə azadlıq və demokratiya uğrunda nümayişlərdə yenə də Amerika bayrağı qaldıracaqmı?”


More on JAMnews