Prezident Putinin yaxın çevrəsinə daxil olan tanınmış rusiyalı biznesmen Priqojinin sifarişli qətlin təşkilində əli var" />

Sübut olunub: bir il əvvəl rusiyalı jurnalistləri soyğun məqsədilə yox, araşdırmalarına görə öldürüblər

Prezident Putinin yaxın çevrəsinə daxil olan tanınmış rusiyalı biznesmen Priqojinin sifarişli qətlin təşkilində əli var

Rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenkonun bir il əvvəl soyğun məqsədilə qətlə yetirilməsi haqda Rusiya hakimiyyətinin rəsmi versiyası yalan adlandırılıb.

Bu haqda Rusiyanın “Dosye” Mərkəzinin araşdırmasında deyilir. Araşdırmada Priqojinin əməkdaşlarının messenger-də yazışması yer alıb.

Hesabatda həmçinin qətlin təşkilində Rusiya prezidentinə yaxın olan peterburqlu biznesmen Yevgeni Priqojinlə (“Putinin aşpazı” ləqəbi ilə tanınır) bağlı olan insanların iştirak etdiyi deyilir

Yevgeni Priqojin (soldan) Vladimir Putinə naharını təqdim edir. Foto 2011-ci ilin noyabrında, Putin baş nazir vəzifəsini tutarkən çəkilib. REUTERS/Misha Japaridze

Jurnalistlər neçə öldürülüb?

Jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko 2018-ci il iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onların avtomobili axşam təqribən 10 radələrində naməlum şəxslər tərəfindən saxlanılıb. Sükan arxasında yerli sakin Byenvenyu Duokama olub. Jurnalistləri güllələyiblər. Onların meyitləri BMT missiyasının üzvləri tərəfindən Sibyu şəhərinin 20 kilometrliyində tapılıb. Sürücü sağ qalıb.

Jurnalistlər “Vaqner ÖHŞ” adlanan Rusiya hərbi şirkətinin bu ölkədə nə iş gördüyünü araşdırırdılar. Amma təcrübəli jurnalistlərin gecənin qaranlığında vətəndaş müharibəsi gedən bir əraziyə necə gedib çıxdıqları məlum deyil.

Mobil telefonlardan başqa qatillər jurnalistlərin heç nəyinə toxunmayıblar. Amma Rusiya istintaqının “ərəbdilli quldurlar tərəfindən soyğun cəhdi” haqda rəsmi versiyası qüvvədə qalır.

“Vaqner ÖHŞ” nədir?

Rusiyanın “Novaya qazeta” nəşrinin yazdığına görə, Vaqner Özəl Hərbi Şirkəti qeyri-rəsmi bölmədir, Rusiya hərbi qurumunun balansında, o cümlədən də hüquqi şəxslər reyestrində mövcud deyil.

Amma “Vaqner ÖHŞ” döyüşçüləri Rusiyanın rəsmən hərbi əməliyyatlarda iştirak etmədiyi yerlərdə peyda olurlar.

Jurnalist araşdırmalarının nəticələrinə əsasən, vaqnerçilər Suriyada quru əməliyyatlarında və Şərqi Ukraynada, Donbas vilayətətində müharibədə iştirak ediblər.

Bəzi məlumatlara görə, bu bölmə “yüksək mövqeli biznesmenlər”, o cümlədən də prezident Putinin yaxın ətrafına daxil olan Yevgeni Priqojin tərəfindən maliyyələşdirilir.

Rəsmən o, restoran idarəçisidir, “Putinin aşpazı” ləqəbi də buradan gəlir. Amma bir neçə qapalı və yarıqapalı maliyyə  strukturu onun adı ilə bağlıdır, Priqojini həm də “trol fabriki” təşkilatçısı, Rusiyanın bir neçə nüfuzlu təşviqat nəşrinin yaradıcısı və rəhbəri də hesab edirlər.

Jurnalistlər tam aydınlaşdırılmamış şəraitdə qətlə yetiriliblər.

Priqojinin əməkdaşlarının jurnalistlərin qətlində əllərinin olması necə sübut edilib? 

Əsas tezislər:

1.

Jurnalistlərin MAR-a səfərinin təşkilində şəxsiyyəti indiyə qədər müəyyənləşdirilməmiş “Martin” kod adlı “fikser” əsas rol oynayıb.

Məhz o, qrupu qarşılamalı, onları əlaqə və təhlükəsizliklə təmin etməli idi. Ehtimal olunur ki, jurnalistlər öldürüldükləri gecə məhz “Martinlə” görüşə gedirmişlər. Bu adamı tapmaq heç cür mümkün olmayıb və araşdırmaçılar hesab edirlər ki, o, ümumiyyətlə mövcud deyil. Onun telefonu və emaili isə həlak olmuş jurnalsitlərə sahibinin Yevgeni Priqojin olduğu söylənilən FAN informasiya agentliyinin əməkdaşı tərəfindən təqdim edilib. 

2.

“Dosye”nin yazdığına görə, “adi soyğun” versiyası çox sayda faktla təkzib edilir. Sübut olunub ki, MAR-da jurnalistlər Priqojinlə əlaqəsi olan insanlar tərəfindən təqib olunub.

Həmçinin onların aldıqları yaraların xarakteri “qətlin qəsdən və peşəkarca törədildiyini göstərir”.

3.

Araşdırmaçılar müəyyən ediblər ki, on nəfər quldurun hücum etdiyi haqda versiya Priqojinin əməkdaşları tərəfindən hücum edənlərin şəxsiyyəti və sayı haqda məlumat mediada yayılandan ƏVVƏL səslənib. 

Çat iştirakçıları “əsas informasiya mənbəyinin yerli polis və səfirlik olacağı” haqda razılğa gəliblər. “Dosye”nin məlumatına görə, indi Priqojinin şirkətlərinin vəzifələri sırasına yalnız jurnalistlərin qətli ilə bağlı yalan versiyaların yayılması deyil, həm də mərhumların doğmalarının suallarını cavablandırmaq və Rusiya hüquq mühafizə orqanlarının bəyanatlarının yazılması da daxildir.

 


More on JAMnews